Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dekorasiya
Dekorasiya (fr. decoratio — bəzək) — geniş anlamda əşyanın və ya yaşayış, fəaliyyət məskəninin müxtəlif bədii bəzədilməsi. Dekorasiya bəzədilən yerin xarakterinə və stilinə uyğun gəlməli, onun formalarını pozmamalı, onun gözəlliyini daha qabarıq verə bilməlidir.
Denonsasiya
Denonsasiya (fr. dénoncer — "pozmaq") — beynəlxalq müqaviləni imzalayan dövlətlərdən birinin digərinə fəaliyyətinin birtərəfli qaydada dayandırması haqqında bəyanat verməsi. Denonsasiya beynəlxalq müqavilə öhdəliklərinin pozulmasının digər üsullarından bununla fərqlənir ki, denonsasiya hüququ imzalanmış müqavilənin özündə və ya ona əlavə olunan xüsusi razılaşmada nəzərdə tutulur. Beləliklə, denonsasiya müqavilənin pozulması deyil, əksinə, onun dayandırmasının qanuni üsuludur. Denonsasiya əsasında müqavilə tərəflərinin razılaşması pozulur. Elə müqavilələr də vardır ki, denonsasiyalara icazə vermir. Bunlardan biri Müharibə qurbanlarının müdafiəsi haqqında Cenevrə konvensiyaları (1949) müharibə vaxtı onların denonsasiyasına icazə vermir.
Denotasiya
Denotasiya semantikada istifadə olunan işarələnən ilə işarələyən arasındakı əlaqəni ifadə edən çox mənalı bir termindir. Roland Barthesin dediyinə görə, denotativ işarə özünün "işarələmənin birinci səviyyəsi" adlandırdığı hissədədir. Bu quruluşda konotasiya denotativ işarənin işarələyənindən əldə edilən əlavə bir işarəyə və ya işarələrə aiddir.
İntonasiya
İntonasiya — nitqin ahəngi (səsin yüksəlməsi və ya alçalması), ritmi (vurğulu və vurğusuz hecaların nisbəti, əlaqəsi), nitqin tempi və ya sürəti (sürətlə və yavaş tələffüzü), intensivliyi (nəfəsalmanın güclənməsi və ya zəifləməsi), məntiqi vurğusu, tembri kimi hadisələrin məcmusuna deyilir. İntonasiya — melodika, vurğu, ritm, pauza, temp və tembr kimi akustik vahidlərin vəhdətidir. Hər dilin özünəməxsus intonasiyası var və onun düzgün mənimsənilməsi xarici dilin öyrənilməsinin ən mühüm şərtlərindən biridir. Türk və Azərbaycan dillərinin intonasiyalarında ümu­mi cəhətlər çoxdur. Bu, hər şeydən əvvəl, iki dil arasındakı yaxın qohumluqdan, türk və Azərbaycan dillərinin qrammatik quruluşlarının eyniliyindən irəli gəlir. Nitq axınında əsas tonun hərəkəti — nəqli cümlələrdə intonasiyanın alçalan, sual və əmr cümlələrində isə yüksələn olması, intonasiyanın nizamlama, məna fərqləndirmə, münasibət yaratma imkanları və s. bu iki dilin ortaq, ümumi cəhətlərini təşkil edir. Lakin intonasiyanı yaradan akustik vahidlərin türk və Azərbaycan dillərində fərqli şəkildə reallaşması, cümlə daxilində onların müxtəlif tezliyə malik olması bütövlükdə bu dillərin intonasiyasına da təsir göstərir. Biz yeddinci dərsdə türk dilinin vurğusundan bəhs etmiş, spesifik xüsusiyyətlərini aydınlaşdırmışdıq. Burada isə vurğunun cümlədə ritmyaratmadakı rolunu, intonasiyanın digər vahidlərinə münasibətini və cümlənin melodikasında əhəmiyyətini izah etməyə çalışaq.
Teatr-dekorasiya sənəti
Teatr-dekorasiya sənəti — dekorasiya, əlbəsə, qrim, işıq, mebel, butaforiya, və s. vasitəsilə səhnə tamaşasının əyani obrazının yaradılması sənəti. == Mahiyyəti == İncəsənətin sintetik növlərindən olan teatrda tamaşanın bədii tərtibatı əsərin ideya məzmununun açılmasında mühüm rol oynayır. Rəssam əsərin məzmununa və rejissor işinə əsaslanaraq, hadisələrin cərəyan etdiyi dövrü, yerli və milli koloriti səhnədə canlandırır, əsərin janrına və uslubuna uyğun dekorasiya, əlbəsə, işıq və s. bədii təsvir və ifadə vasitələrindən istifadə edərək obrazların fərdi xarakteristikasını daha dolğun nəzərə çatdırır. Teatr-dekorasiya sənəti memarlıq və təsviri sənətin vəhdətinə əsaslanır. Bədii tərtibat tamaşanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, onun bədii-emosional quvvəsini artırır. == Tarix == Teatr-dekorasiya sənətinin mənşəyi qədim, tarixi zəngin və çoxcəhətlidir. Hələ ən qədim xalq oyunlarında Teatr-dekorasiya sənəti ünsürlərindən (əlbəsə, maska və s.) istifadə olunmuşdu. Antik yunan və Qədim Roma teatrlarında hadisələrin cərəyan etdiyi məkanı konkretləşdirən dekorlar tətbiq edilirdi.