Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Devşirmə
Devşirmə və ya dəvşirmə (osman. دوشیرمه, hərf. toplamaq; digər dillərdə adətən "uşaq vergisi" və ya "qan vergisi" kimi tərcümə olunur) — Osmanlı dövlətinin Balkanlarda yaşayan xristian təbəələrinin uşaqları arasından əsgər və bürokratları məcburi formada hərbi xidmətə cəlb etmək və onları islam dinində böyütmək təcrübəsi. Balkanlardan gələnlər, ilk növbədə, zadəgan Balkan ailələrindən və rəayət (kasıb) təbəqələrdən idi. Bu, ilk dəfə 1438-ci ildə yazılı hesablarda qeyd olunmuşdur, lakin yəqin ki, daha əvvəldən başlamışdır. Bu sistem sultana sadiq əsgər və məmurlardan ibarət bir dəstə yaratmışdır. Devşirmə sistemi bəzən sultana qarşı çıxan türk zadəganlarına qarşı tarazlıq yaradırdı. Sistem 1400-cü illərdən 1600-cü ilə qədər xeyli sayda sədrəzəmlər yetişdirmişdir. Bu, Osmanlı imperiyasında sultandan sonra ikinci ən güclü mövqe idi. Başlanğıcda sədrəzəmlər sırf türkəsilli idilər, lakin sultan II Mehmed ilə edam edilən ilk sədrəzəm olan türkəsilli Kiçik Çandarlı Xəlil Paşa arasında problemlər yarandıqdan sonra mənşəyi kölə olan idarəedicilərin yüksəliş dövrü başlamışdır. Türk aristokratiyasının azad idarəçilərinə nisbətən sultanlar üçün onları idarə etmək daha asan idi.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.