Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sevilay İmamoğlu
Sevilay İmamoğlu (7 oktyabr 1984, Lüləburqaz, Kırklareli ili) — Türkiyəni təmsil edən həndbolçu. Sevilay İmamoğlu, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Sevilay İmamoğlu, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Devils-Tauer
Devils-Tauer- ABŞ da milli təbiət abidəsidir. == Haqqında == Devils-Tauer Bell-Furş çayının yatağında Vayominq ştatında yerləşir. Özündə hündürlüyü dəniz səviyyəsindən 1558 m (çay yatağında isə 386 m) olan vulkan monolitindən ibarətdir, öz hündürlüyü isə 265 m-dir. ABŞ-də qeydə alınan birinci milli abidə hesab olunur. Öz statusunu 1906-ci ildə 24 sentyabrda prezident Teodor Ruzveltdən almışdır. == Quruluşu == Bu abidə yerin daxilindən püskürmüş maqmanın yer səthində donub yaratdığı relyef forması kimi nəzərə çarpır. Abidəni təşkil edən süxurların yaşı təqribən 225 milyon ildən 195 milyona ilə qədər ölçülür. Qarışan nümunələr tünd qırmızı rəngə çalır. == Kino aləmində == Bu dağ Stiven Spilberqin "Üçüncü dərəcənin yaxın əlaqələri" (1977) filmində əsas rola malikdir. Belə ki, burada yadplanetlilərlə əlaqə məhz bu dağda baş verir.
Sevilay Çelenk Özen
Sevilay Çelenk Özen (1977, Elazığ ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Sevilay Çelenk Özen 1967-ci ildə Elazığ ilinin Maden ilçəsində anadan olub. Ankara Universiteti Siyasi Elmlər Bölməsindən məzun olub. Ankara Universitetinin Sosial Elmlər İnstitutunda magistr və PhD dərəcələri alıb. 1995-1997-ci illərdə Ankara Universitetində müəllim olaraq çalışıb. 6 yanvar 2016-cı ildə Sülh naminə müəllimlərin bəyannaməsinə imza atan 1128 müəllimdən biri olub. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə tutduğu vəzifədən azad edilib. Səbəb olaraq KK/KCK silahlı terror qrupunun təbliğatını apardığı iddiası göstərilib. 2019-cu ildə bəraət alıb, amma Fövqəladə Hallar Komissiyasının qərarı ilə vəzifəsinə bərpa olunmayıb. Radio və Televiziya Ali Şurası (RTÜK) və TRT-də aparılan araşdırmalarda şərhçi və məsləhətçi olaraq çalışıb.
Devil May Cry
Devil May Cry (デビル メイ クライ, Debiru Mei Kurai, azərb. İblis də ağlaya bilər‎) — Yaponiya istehsalı olan və "Campcom" tərəfindən hazırlanan videooyun seriyası. Eyni zamanda bu oyun "Daimi bəla" filminin davamı olaraq da bilinir. Oyunun sujet xətti yarı-mələk və yarı-iblis olan Dantenin anası hələ o uşaq ikən öldürüldükdən sonra qisas almaq məqsədilə bütün iblisləri öldürməyə başlamasından ibarəttir.
The Devil Inside
Şeytan daxildədir (ing. The Devil Inside) — Uilyam Brent Bell ilə edilmiş mistik kino, yalançı sənədli (pseudo documentary) janrında çəkilib. Kino 6 yanvarda 2012-ci ildə ABŞ-də prokata çıxıb. MPAA reytinqi — R. == Süjet == 1989-cu ilin oktyabrın 30-da, ekzorsizm sessiyasının vaxtında Mariya Rossi üçqat qətl etmişdir. O ekzorsizm seyansı ona tərəf edilirdi. Katolik kilsəsi Mariyanı həbsxanaya qoymaya razılıq vermiyib, onu Romadaki katolik ruhi xəstəxanaya göndəriblər. Onun qızı İzabella, atası tərəfindən düzünü bilir, ata danışandan sonra üç gün keçmiş ölür. Atasının söhbətindən sonra İzabella qabağına məqsəd qoyur — bütün haqqı bilmək.
Devil May Cry (anime)
Devil May Cry (デビル メイ クライ, Debiru Mei Kurai, azərb. İblis də ağlaya bilər‎) — Şin İtaqakinin rejissorluğu ilə Madhouse studiyası tərəfindən Devil May Cry video oyununun motivləri əsasında 2007-ci ildə çəkilmiş anime serialı. Yaponiyada 14 iyun 2007-ci ildən 6 sentyabr 2007-ci ilə kimi yayımlanmış və 12 seriya davam etmişdir.