Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daşdibi (Germi)
Daşdibi (fars. داشديبي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (16 ailə).
Enişdibi
Enişdibi — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Quşəncə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Enişdibi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisi 123 nəfərdir ki, onunda 62 nəfəri kişi, 61 nəfəri qadındır.
Dağdibi (Uludərə)
Dağdibi — Türkiyənin Şırnak vilayətinin Uludurə rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdmənşəli Hedrin kimi istinad edilir. Əvvəllər Hakkari vilayətinin Uludere rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni yaradılmış Uludere rayonuna birləşdirilib.
Didubi panteonu
Didube panteonu və ya Gürcüstanın yazıçı və ictimai xadimlərinin Didube panteonu (gürc. დიდუბის მწერალთა და საზოგადო მოღვაწეთა პანთეონი) — Gürcüstanın Tbilisi şəhərinin Didube rayonunda bir çox məşhur yazıçısının, alimlərinin, artistlərinin, milli qəhrəmanlarının dəfn olunduğu nekropol. 2015-ci ildə nekropolun bağlanması rəsmən elan edildi. == Panteonda dəfn olunanların siyahısı == Abaşidze Qriqol Qriqoryeviç (1914–1994) – gürcü şairi, Abaşidze Kita Georgiyeviç (1870–1917) – gürcü ictimai xadimi, Abakeliya Tamara Qriqoryevna (1905–1953) – gürcü heykəltəraşı, teatr rəssamı, qrafik Arçvadze Tengiz Qriqoryeviç - gürcü aktyoru, zadəganı Abuladze Tengiz Yevgeneviç (1924–1994) – gürcü rejissoru, SSRİ xalq artisti, Avalişvili Zurab Davidoviç (1876–1944) – gürcü ictimai xadimi, tarixçi, diplomat və hüquqşünas, Amaşukeli Elquca Davidoviç (1928– 2002) – sovet və gürcü heykəltəraşı, Andronikov Luarsab Nikolayeviç (1872–1939) – gürcü və rus vəkili, İ.D.Andronikovun atası, Anfimov Yakov Afanasyeviç (1852–1930) – rus nevropotoloqu və psixiatrı, Axvlediani Yelena Dmitriyevna (1901–1975) – gürcü rəssamı, qrafik, Burmistrova Natalya Mixaylovna (1918–2008) – SSRİ xalq artisti, Vasadze Akaki Alekseyeviç (1899–1978) – gürcü aktyoru və rejissoru, SSRİ xalq artisti, Qabaşvili Yekaterina Revazovna (1851–1938) – gürcü yazıçısı, Gegeçkori Georgi Vladimiroviç (1923–2003) – gürcü aktyoru, Gürcüstan SSR xalq artisti, Davıdova Vera Aleksandrova (1906–1993) – sovet opera müğənnisi və pedaqoqu, RSFSR xalq artist və Gürcüstan SSR xalq artisti, İnanişvili Revaz Konstantinoviç (1926–1991) – gürcü yazıçısı, İoseliani Caba (1926–2003) – gürcü siyasətçisi və hərbçisi, İnqorokva Pavle İeseviç - gürcü tarixçisi, filoloqu və xeyriyyəçisi. İoseliani Otia Şalvoviç (1930–2011) – gürcü və sovet yazıçısı, Jvaniya Zurab Vissarionoviç (1963–2005) – Gürcüstanın keçmiş Baş Naziri Jukovskaya-Kandelaki Yevgeniya Petrovna – gürcü heykəltəraşı, Gürcüstan monumental heykəltəraşlıq məktəbinin banisi Kandelaki Nikolay Porfiroviç (1889–1970) – gürcü heykəltəraşı, Gürcüstan monumental heykəltəraşlıq məktəbinin banisi, Keşelava Platon Georgiyeviç(1893–1963) – gürcü ictimai xadimi, yazıçı-tənqidçi, Koberidze OtarLeontiyeviç (1924–2015) – gürcü aktyoru və rejissoru, Gürcüstan xalq artisti, Apollon Karamanoviç Kutateladze – gürcü rəssam-rəssam, qrafika rəssamı. Kvirkveliya Terenti Samsonoviç - gürcü şairi və esseisti, qrafika rəssamı. Leselidze Konstantin Nikolayeviç (1903–1944) - Sovet İttifaqı Qəhrəmanı, Sovet hərbi sərkərdəsi, general-polkovnik, Leselidze Nina İvanovna (1906–1974) – general-polkovnik Konstantin Nikolayeviç Leselidzenin arvadı, Maxaradze Kote İvanoviç (1926–2002) – sovet və gürcü aktyoru, teleaparıcı, Pancikidze Quram İvanoviç (1933–1997) – gürcü yazıçısı, Çiaureli Sofiko Mixaylovna (1937–2008) – gürcü və sovet aktrisası, Aleksandr Solomonoviç Roinaşvili - gürcü ilk peşəkar fotoqraf, etnoqraf və kolleksiyaçı Çxeidze Rezo Davidoviç (1926–2015) – sovet və gürcü kino rejissoru və aktyoru, Çxikvadze Ramaz Qriqoryeviç (1928–2011) – sovet və gürcü teatr və kino aktyoru, SSRİ xalq artisti, Eliava Liya Şalvovna (1934–1998) – sovet və gürcü aktrisası, Umikov Pyotr İosifoviç - gürcü xalq yazıçısı, ictimai xadim, publisist, gürcü folklorunun kolleksiyaçısı və naşiri, jurnalist, müəllim, dramaturq, teatr xadimi, komediya artisti Georgi Konstantinoviç Totibadze (1928–2010) – gürcü rəssamı. == Ədəbiyyat == Ениколопов (Энаколопашвили) И. К. Дидубийский пантеон. — Тбилиси: Техника да шрома, 1957. — 242 с.
Bənövşə Daşdılı
Bənövşə Daşdılı (Bənövşə Heydər qızı İbadzadə; 29 aprel 1954, Laçınkənd, Laçın rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, "Vahid", "Araz", "Dirili Qurbani" ədəbi birliklərinin üzvü. "Qızıl Qələm" media mükafatı laureatı. == Həyatı == Bənövşə Daşdılı 29 aprel 1954-cü ildə Laçın rayonunda Qarıkaha sövetliyinin Laçın kəndində anadan olub. anadan olub. Atası Hüseynov Heydər Bahadur oğlunun işi ilə əlaqədər Laçın rayonunun Taxtazavodu adlanan Hacısamlı qəsəbəsinə köçüblər. İbtidai təsilini Hacısamlı kəndində alıb. Orta təhsilini Kürthacı kənd orta məktəbndə bitiribdir. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bititib. Uzun müddət Baki şəhərinin Yasamal rayonunda M.Müşfiq adına 18 saylı Pilot orta məktəbdə ibtidai sinif müəllimi vəzfəsində çalışıb. Bununla yanaşı yeni təhsil sistemi ilə əlaqədar olaraq Bakı Problemlər İnistitunun təşkil etdiyi Ümumtəhsil məktəblərinin 1–4 siniflər üçün fənn Kurrikulumlarında müəllimlərə dərslər keçib.