Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • dibazol 2021

    dibazol

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • DİBAZOL

    сущ. мед. дибазол (лекарственный препарат, снижающий кровяное давление)

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • дибазол

    -а; м. Лекарственный препарат (применяется как сосудорасширяющее средство)

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • трапп

    ...Горная порода вулканического происхождения, относящаяся к группе диабазов. Сибирский трапп.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
  • диабаз

    ...(используется как строительный материал и для мощения улиц) Облицевать диабазом. Тёмный диабаз.

    Tam oxu »
    Rus dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Tiazol
Tiazol və ya 1,3-tiazol - tərkibində həm kükürd, həm də azot saxlayan heterosiklik birləşmədir; "tiazol" termini tiazolun törəmələrinin böyük ailəsinə aiddir. Tiazolun özü piridinə bənzər qoxuya və C3H3NS molekulyar formuluna malik açıq sarı rəngli mayedir. Tiazol halqası tiamin (B1) vitamininin tərkib hissəsidir. == Molekulyar və elektron quruluşu == Tiazollar azolların, imidazol və oksazolların daxil olduğu heterotsiklik birləşmələrin üzvlərindən biridir. Tiazol da funksional qrup hesab edilə bilər. Oksazollarla əlaqəli birləşmələrdir, kükürd oksigenlə əvəz olunur. Tiazollar struktur olaraq imidazollara bənzəyir, imidazoldan fərqli olaraq tiazolda bir kükürd atomu azotla əvəz olunur. Tiazol həlqəsi plenar və aromatikdir. Tiazollar müvafiq oksazollardan daha böyük pi-elektron delokalizasiyası ilə xarakterizə olunur və buna görə də daha böyük aromatikliyə malikdir. Bu aromatiklik güclü diamaqnit həlqə cərəyanını açıq şəkildə göstərən proton NMR spektroskopiyasında (7,27 ilə 8,77 ppm arasında) həlqə protonlarının kimyəvi yerdəyişməsi ilə sübut olunur.
Əsəd Dilbazov
Dilbazov Əsəd Kamil ağa oğlu (12 yanvar 1926, Qazax rayonu – 21 iyul 2003, Bakı) — İqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsinin dekanı (1975–1980), Şöhrət ordeni laureatı. == Həyatı == Mənsub olduğu Dilbazilər nəslindən çıxan ən hörmətli və nüfuzlu şəxslərdən biri olmaqla, Əsəd Kamil ağa oğlu Dilbazov Azərbaycanın tarix və iqtisad elmində adı vəfatından sonra da ehtiramla çəkilən bir adamdır. Tarixçi və iqtisadçı elm adamları onu iqtisad və tarix sahəsində Azərbaycan eLminə əhəmiyyətli töhfələr vermiş, öz xalqının, öz ölkəsinin sosial-iqtisadi, mədəni-məişət problemiərinə həssaslıqla yanaşmağı bacaran bir alim kimi qiymət verir, yad edirlər.Ali məktəb mühitində öz sağlam zəkası, mühakimə qabiliyyəti və təfəkkür dərinliyinə malik birziyalı, görkəmli alim və pedaqoq, bacarıqlı ali məktəb təşkilatçısı kimi tanınan iqtisad elmləri doktoru, professor Əsəd Dilbazov 1926-cı il yanvarın 12-də Qazax mahalının qədim Xanlıqlar kəndində sovetləşmədən sonra öz səksə- kəli həyatını yaşayan bir bəy ailəsində anadan olmuşdu. Beş yaşında ikən — 1931-ci ilin fevralında ailənin və qohumların başına gələn fəlakətin ağırlığını 5 il sürən Qazaxıstan sürgünündə dərk etmişdi. Ailə 1936-cı ildə sürgündən qayıdanda artıq 10 yaşını keçmişdi və hər şeyi yaxşı dərk edirdi. Ata sürgün yerində bu müdhiş məşəqqətlərə dözməyib vəfat etmişdi.Ailənin azyaşlı övladı Səmayə də orada tələf olmuşdu. Qazaxıstanın qızmar çöllərindən bu iki qardaş Əsəd və Ağalar Qazağa anaları Gövhər xanımla qayıtmışdılar. == Elm yolunda == Əsəd Dilbazov 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini "orta məktəb tarix müəllimi" ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurur. Üstəlik 1947-ci ilin martında artıq Kommunist Partiyasına üzv ola bilmişdi. Anketin ictimai mənşə qrafasında "kəndli ailəsində" doğulduğunu göstərmişdir.Ali məktəbi bitirdiyi il onun elmə olan həvəsni,hazlığını və əlbəttə,partiyalığını nəzərə alaraq aspiranturada saxlamışdılar.Elə həmin tarixçə ali məktəblərdə onun uzun sürən-56 illik elmi həyatının baçlanğıc nöqtəsi sayıla bilər.Onun APİ-nin SSRİ tarixi kafedrasında "aspirantura dövrü" 1947-ci il oktyabrın 1-dən 1950-ci il oktyabrın 1 göstərilir.
Əbdürrəhman ağa Dilbazov
Əbdürrəhman ağa Hacıkərim ağa oğlu Dilbazov (d.1859-v.1917) — == Həyatı == Əbdürrəhman ağa Dilbazov 1859-cu ildə anadan olmuşdur. Atadan və anadan yetim qaldıqdan sonra analığı Xanımqızın nəzarətində böyüyür. Xanımqız onu evləndirir və atasının mal-mülkündən ona çatasını ayırıb sərəncamına verir. Onunla atabir-anabir bacı olan Güləndam xanım da ərə verilir. Mirvarid xanım yazır ki, çox nəcib bir gənc olan Əbdürrəhman ağa da ömrünün sonuna qədər ona ana kimi hörmət edir və onun əmisindən olan kiçik Paşaya böyük qardaş münasibəti bəsləyir. Əbdürrəhman ağa doğma kəndi Xanlıqlarda maldarlıq yə qoyunçuluqla yanaşı, atçılıqla da yaxından məşğul olmuşdur. Vəli ağa Dilbazinin yazılı xatirəsində də anıldığı kimi, Əbdürrəhman ağanın ilxısı açıq boz rəngli Dilbaz atlarından ibarət idi. Xatırlandığına görə, keçən yuzilin əvvəllərində ən çox sayda cins Dilbaz atları onun atçılıq təsərrüfatında olmuşdur. Bundan başqa, onun Aslanbəylidə Dərviş adlı şəxşə bu atlardan damazlıq verdiyi və həmin adamın o kənddə bu cins atların sayını artıra bildiyi söylənir. Bundan başqa Əbdürrəhman ağanın Qazax şəhərində də ev və həyətyanı sahədən ibarət mülkü vardı.
Hacı Allahyar ağa Dilbazov
Hacı Allahyar ağa Dilbazov ( ? - 1866-cı il) - Azərbaycan nəqşbəndi, Hacı Rəhim ağa Dilbazov "Vəhidi"nin atasıdır. == Həyatı == Qazax mahalında nəqşbəndiliyi ilk qəbul etmiş şəxslərdən olan Allahyar ağa öz zəmanəsinə görə savadlı və təhsili bir adam olmuşdur. Əlində olan məlumatlara əsaslanaraq Firidun bəy Köçərli Allahyar ağa barəsində "dəyanətkirdar və səxavətşüar bir bəy" deyə xarakteristika verir. 1827-28 ci il Rus-İran müharibəsində Qazax Süvari Alayının tərkibində iranlılara qarşı döyüşlərdə iştrak etmişdir. Şamxor döyüşünün, Əsrik döyüşünün, Gəncə ətrafındakı döyüşün qəhrəmanlarından biridir. 3 sentyabr 1826-cı il tarixdə baş vermiş Şamxor döyüşündə şəxsi igidlik göstərdiyi üçün Anna lenti üzərində gümüş medal layiq görünmüşdür. Firidun bəy Köçərlinin yazdığına görə, Allahyar ağanın Qafqaz nəqşbəndilərinin təriqət başçılarından olan Mirhəmzə Nigari ilə qədimi dostluğu varmış. Mirhəmzə Nigarinin Osmanlıya mühacirəti ərəfəsində bir ilə yaxın Xanlıqlar kəndində Allahyar ağanın evində qalması yalnız bu şəxsi dostluq münasibətilə izah edilə bilər. == Ailəsi == Allahyar ağa Dilbazovun şəxsi həyatı barədə məlum olan budur ki, onun üç oğlu və bir qızından sonra həyat yoldaşı vəfat edir.
Hacı Rəhim ağa Dilbazov
Hacı Rəhim ağa Dilbazov (1822, Qazax – 1874) — XIX əsrdə yaşamış Azərbaycan şairi.
Kornet Rəhim ağa Dilbazov
Kornet Rəhim ağa Hüseyn ağa oğlu Dilbazov — Əlahəzrət İmperatorun konvoyda Kornet rütbəsində xidmət etmişdir. == Həyatı == 1842-ci ildə Qazax qəzası Xanlıqlar kəndində anadan olmuşdur. Türkcə təhsili olmuşdur (rusca da bilirmiş). Əlahəzrət İmperatorun konvoyda kornet rütbəsində xidmət etmişdir. Kornet — Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. Xidmət dövründə "Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı almışdır. Xidmətdən tərxis olunması aldığı xəsarətlə bağlı imiş Kornet ağa xidmətdən tərxis olduqdan sonra Qazax qəzasında ona mülk sahəsi ayrılmış və o zamanlar planlı şəkildə salınan bu qəza mərkəzinin 2-ci məhəlləsinin 10 nömrəli sahəsində özünə imarət tikdirmək qərarına gəlmişdir. AR Dövlət Tarix Arxivində sənədlərə əsasən, imarətin layihəsi Yelizavetpol Quberniya İdarəsi tikinti şöbəsinin 20 oktyabr 1882-ci il tarixli 183 saylı protokoluna əsasən, tikinti işi 3 il müddətinə, yəni 20 oktyabr 1885-ci ildə qədər başa çatmalı idi və bu müddətə başa çatırılmışdır. Hazırda bu bina Qazax şəhərində qalmaqdadır. Kornet Rəhim ağanın məzarı Xanlıqlarda Babadərviş qəbristanlığındadır.