Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hindenburq (dirijabl)
Hindenburq (dirijabl), LZ 129 Hindenburg (Luftschiff Zeppelin №129) — 6 may 1937-ci ildə ABŞ-də qəzaya uğrayaraq 36 nəfərin ölümünə səbəb olan alman dirijablı. Almaniya prezidenti Paul fon Hindenburqun şərəfinə adlandırılmışdır. Nəhəng gümüşü dirijabl Atlantik okean sahillərindən Nyu-Yorka tərəf hərəkət edirdi. Aşağıda- eyvanlarda, həyətlərdə, küçələrdə minlərlə insan isə onu təntənə ilə qarşılayırdı. Şahidlərin sözlərinə görə o, nəhəng qeyzerə bənzəyirdi. Bəziləri onu yanan şəlaləyə oxşadırdı. Səma nəhəngi "Hindenburq" cəmi 4 saniyəyə külə döndü. "Hindenburq"a Avropadan Amerikaya gəlmək üçün cəmi 2 gün kifayət etdi. 1937-ci ildə bəşəriyyət hava okeanına qalib gəldi. Qalib olmaq isə əsl alman soyadlı kapitana- Maks Prussa qismət oldu.
Diribaba türbəsi
Diribaba türbəsi — Qobustan rayonunun Qobustan şəhərində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır. == Tarixi == Türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi haqqında belə bir məlumat əks olunmuşdur: "Hicri 805-ci ildə (eramızın 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib." Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri baba bir çox səyyahların diqqətini özünə cəlb etmişdir. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığından elçisi Adam Oleari, holland səyyahı (XVII əsrin axırlarında Mərəzədən keçmişdir) Kornelius Devrin və digər səyyahlar yol qeydlərində həmin abidə haqqında yazmış və hətta türbənin rəsmini də çəkmişlər. Qeyd etmək lazımdır ki, həmin rəsmlərdə türbənin təsviri tam olduğu kimi göstərilmişdir. Lakin zaman keçdikcə abidə öz xarici görkəmini dəyişmişdir. XVII əsrdə abidə ilə bağlı bəzi məlumatların yoxlanılması üçün Rusiya imperiyasından xüsusi səlahiyyətli şəxslər gəlmiş, özlərinin maraq dairəsində abidəni tədqiq etmişlər. Qafqazın qədim keçmişinin araşdırmaçılarından olan Y.Bartolomeyin təlimatı əsasında XIX əsrdə rusiyalı akademik B.Dorn da abidə ilə maraqlanmışdır. Vaxtı ilə məşhur alim Məşədixanım Nemətova bu türbə haqqında tədqiqat işi aparmışdır. Məşədixanım Nemətova yazır ki, türbənin daş kitabəsi Petroqrad şəhərində , Ermitaj adlanan muzeydə saxlanılır.