Dyuk Ellinqton
Edvard Kennedi " Dyuk " Ellinqton (ing. Duke Ellington; 29 aprel 1899[…], Vaşinqton – 24 may 1974[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı caz pianoçu, bəstəkar və 1923-cü ildən ömrünün sonuna kimi özünün adını daşıyan caz orkestrinin rəhbəri
Vaşinqtonda anadan olan və böyüyən Ellinqton 1920-ci illərin ortalarından Nyu-Yorka köçmüş və Harlemdəki Cotton Clu -da orkestrin çıxışları ilə milli profil qazanıb. Ellinqton mindən çox kompozisiya bəstələmişdir. Onun geniş yaradıcılığı qeydə alınmış ən böyük şəxsi caz irsidir və onun əsərlərinin çoxu standartlara çevrilmişdir. O, həmçinin böyük qrup cazına ispan çalarları gətirən Xuan Tizolun " Karvan " kimi qrup üzvlərinin yazdığı mahnıları da lentə alıb.