Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu, adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir. Məsələn: Kiçik Asiyanın qərb sahili.
Diskordant yatım
Diskordant (qeyri-uyğun) yatım - təbəqəli süxurların nəinki vəziyyətini, onların qarşılıqlı tarixi münasibətlərini müəyyən edir. Diskordant yatım şəraitində daha cavan çöküntülərlə daha qədim laylar arasında yuyulma səthi və ya çöküntütoplanma fasilələri müşahidə olunur. Diskordant yatım tektonik hərəkətlər nəticəsində Yer qabığının müəyyən sahəsinin əvvəlcə qalxması və denudasiyaya məruz qalması, sonra çökərək yenidən çöküntütoplanma sahəsinə çevriliməsi və onun üzərinə cavan çöküntülərin toplanması səbəb olur. Diskordant yatım uyğunsuzluğu əmələ gətirən tektonik hərkətlərin nisbi yaşını göstərir. Diskordant yatım tektonik hərəkətlərin iştirakı olmadan, su hövzəsinin dib axınları, sualtı sürüşmələr və b. səbəblərdən də yarana bilər. Diskordant yatım sırasına stratiqrafik gizli, bucaq, struktur, azimut və b. uyğunsuzluqlar aid edilir. == Həmçinin bax == Süxurlar Çöküntülər Yer qabığı == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.