Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bioloji sistemlər
Dispers sistemlər
Məhlullar — iki və ya daha artıq komponentlərdən təşkil olunmuş birfazalı sistemdir. Dispers sistem- bir maddənin kiçik hissəciklər şəklində başqa maddə mühitində paylanmasından alınan sistemə deyilir. Məhlulların məlum olan bütün növlərini dispers sistemlərə aid edirlər. == Məhlullar == Təmiz maddələrdə olduğu kimi məhlul da homogen sistemdir. Yəni məhlulun komponentləri qarşılıqlı surətdə bir-birinin kütləsində molekul, atom və ya ionlar şəklində bərabər paylanır. Bu zaman aqreqat halını dəyişməyən komponent "həlledici" adlanır. Məsələn, müxtəlif duzlar, şəkər və s. suda həll olduqda, suyun aqreqat halı dəyişməz qalır. Məhlulun eyni aqreqat halına malik komponentlərdən (qaz+qaz, maye+maye, bərk+bərk) əmələ gəlməsi zamanı isə miqdarca çoxluq təşkil edən komponent həlledici olur. == Doymamış, doymuş və ifrat doymuş məhlul == Verilmiş müəyyən temperaturda məhlulda həll olan maddənin yeni əlavə edilmiş kristalları həll olarsa, belə məhlul doymamış məhlul adlanır.
Ekspert sistemlər
Ekspert sistemlər — konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır. Belə sistemlər konkret predmet sahəsində az təcrübəli mütəxəssislərə ərar qəbul etməkdə dəstək olurlar. Odur ki, belə sistemlərə bəzən qərarların qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər. Ekspert sistemi – müəyyən bilgilərə və tətbiq olunduğu sahənin (məsələn, maliyyə və tibb) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanmaqla həmin sahədə problemləri həll edən, tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən tətbiqi proqramın bir növü. Ekspert-insanlar problemləri həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini tətbiq edirlər. Ekspert sistemində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilib: biliklər bazası və məntiqi nəticə (çıxarma) mexanizmi. Biliklər bazası verilmiş mövzuya aid olan spesifik fakt və qaydaları təqdim edir, məntiqi nəticə (çıxarma) mexanizmi isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürütmə qabiliyyətini gerçəkləşdirir. Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi əlavə vasitələri də özündə birləşdirir. İstifadəçi interfeysləri, başqa tətbiqi proqramlarda olduğu kimi, sorğuları formalaşdırmağa, informasiyanı təqdim etməyə və sistemlə özgə yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərin ən maraqlı komponentlərindən biri olan əsaslandırma vasitələri sistemə çıxardığı nəticələri izah etməyə imkan verir; bu vasitələr sistemi hazırlayanlara həmin sistemlərin işini yoxalmağa imkan verir.
Gömülmüş sistemlər
Gömülmüş sistemlər (ing. Embedded System) — mikroprosessorlu sistemlər olub, xüsusi funksiya yerinə yetirən, mexaniki, elektrik və elektro-mexaniki sistemlərin içərisinə gömülmüş kompüter sistemləri. Personal kompüterlərdən fərqli olaraq gömülmüş sistemlər xüsusi əməliyyatların öhdəsindən gəlmək üçün dizayn edilir.
Gömülü sistemlər
Gömülmüş sistemlər (ing. Embedded System) — mikroprosessorlu sistemlər olub, xüsusi funksiya yerinə yetirən, mexaniki, elektrik və elektro-mexaniki sistemlərin içərisinə gömülmüş kompüter sistemləri. Personal kompüterlərdən fərqli olaraq gömülmüş sistemlər xüsusi əməliyyatların öhdəsindən gəlmək üçün dizayn edilir.
Qapalı sistemlər
Qapalı sistemdə qarşılıqlı münasibətin və ya informasiya alış verişinin olmaması və ya buna səd çıkilməsi əsasdır. Şirkətlərdəki əməliyyatlardan əyani misal çəksək, AR-GE(Tədqiqat və təkmilləşdirmə) bölümü, müəyyən ölçüdə satınalma və finans bölümlərində informasiya çıxışının önlənməsi üçün qapalı bir sistem mexanizmi mənimsənir.
İqtisadi sistemlər
İqtisadi sistem — özünün ictimai təşkili formasından asılı olmayaraq iqtisadiyyat sistem halında olur və fəaliyyət göstərir. İqtisadi sistemin mahiyyətini başa düşmək üçün ilk növbədə sistemin özünün nə demək olduğunu aydınlaşdırmaq çox vacibdir. Sistem dedikdə – vahid bir tamın məzmununa daxil olub, qarşılıqlı əlaqə, asılılıq və qarşılıqlı təsir halında olan, nizamla düzülmüş çoxsaylı komponentlərin məcmusu başa düşülür. Hər bir sistemin özü də yarımsistemlərdən ibarətdir. Çünki, hər bir sistem daxili komponentlərin özü də məzmuna malikdir və sistem halında olur. Bu sistemin başlıca xüsusiyyətlərindən biridir. Başqa bir xüsusiyyəti sistemdaxili ünsürlərin bir-birilə sıx bağlılığıdır. Onlar qarşılıqlı əlaqədə, qarşılıqlı asılılıqda və vəhdətlikdə mövcuddurlar. Hər bir sistemin öz əsası, daxili quruluşu, xarakterik xüsusiyyətləri özünə xas olan əlaqələndirici mexanizmi vardir. Bütün bu xüsusiyyətlər cəmiyyətin iqtisadi sisteminə də aiddir.
Avtomatik meteoroloji sistemlər
== Müasir meteoroloji təminat sistemləri == Son onilliklər ərzində istismara yararlı, uzaq məsafələr qət edən, yüksək sürətə malik hava laynerlərinin meydana çıxması ilə əlaqədar olaraq, dumanda görünüş məsafəsinin ölçülməsi zamanı 10 m-lik dəqiqlik tələb olunur və xüsusən də qalxma-enmə zonasında hava gəmilərinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək yer səthi üzərində küləyin sürət və istiqamətinin və digər meteoroloji kəmiyyətlərin ölçülmə dəqiqliyinə olan tələblər də xeyli artmışdır. Ona görə də operativliyin tam təmin olunması üçün uçuşların meteoroloji təminatı vəzifəsinə qarşı qoyulan əsas tələblər məlumatların vaxtlı-vaxtında və tam şəkildə çatdırılmasından ibarət olur. Yuxarıda qeyd edilən şərtlərlə əlaqadar olaraq istismar edilən müasir meteoroloji təminat sistemlərinə yüksək inteqrallaşdırılma və avtomatlaşdırılma səviyyəsi istiqamətində qoyulan təlblər də artmış olur. == Avtomatik meteoroloji sistemlər == Müşahidələrin aparılması üçün ən çox yayılan üç avtomatik stansiya var: AWOS -Almaniya, VAİSALA -Finlandiya, ASOS -ABŞ, KRAMS-4 isə Rusiya istehsalıdır. Bu stansiyalar vasitəsilə meteoroloji müşahidələr yarım saatdan bir aparılır. Əldə olunan meteoroloji məlumatları kodlaşdırırlar. Bu isə METAR adlanır. Bundan başqa xüsusi müşahidələr də vardır. Xüsusi müşahidələr kodu isə SPESİ adlanır. SPESİ müəyyən kriteriyalar vasitəsilə xüsusi hava təzahürləri üzərində aparılır.
Homogen və heterogen sistemlər
Məhlullar və dispers sistemlər
Məhlullar — iki və ya daha artıq komponentlərdən təşkil olunmuş birfazalı sistemdir. Dispers sistem- bir maddənin kiçik hissəciklər şəklində başqa maddə mühitində paylanmasından alınan sistemə deyilir. Məhlulların məlum olan bütün növlərini dispers sistemlərə aid edirlər. Təmiz maddələrdə olduğu kimi məhlul da homogen sistemdir. Yəni məhlulun komponentləri qarşılıqlı surətdə bir-birinin kütləsində molekul, atom və ya ionlar şəklində bərabər paylanır. Bu zaman aqreqat halını dəyişməyən komponent "həlledici" adlanır. Məsələn, müxtəlif duzlar, şəkər və s. suda həll olduqda, suyun aqreqat halı dəyişməz qalır. Məhlulun eyni aqreqat halına malik komponentlərdən (qaz+qaz, maye+maye, bərk+bərk) əmələ gəlməsi zamanı isə miqdarca çoxluq təşkil edən komponent həlledici olur. Verilmiş müəyyən temperaturda məhlulda həll olan maddənin yeni əlavə edilmiş kristalları həll olarsa, belə məhlul doymamış məhlul adlanır.
Açıq rezonator və açıq sistemlər
Açıq rezonator — güzgülər toplusundan yaranan rəqs sistemidir, burada güzglərin ölçülərindən və onların arasındakı məsafədən dəfələrlə kiçik olan λ dalğa uzunluqlu zəif sönən eletromaqnit rəqslər saxlanıla bilər. İlk açıq rezonator iki paralel müstəvi güzgülər şəklində 1958-ci ildə A. M. Proxorov, sonra amerika alimləri R. Dikke, A. Z. Şavlov və Ç. Tauns təklif etmişdir. Eyni ölçülü qapalı həcmli rezonatorlar ilə müqayisədə açıq rezonator xüsusi tezlikli daha seyrək spektrə malikdir. BU spektrə xüsusi ayirdedici elementlər daxil etməklə, yaxud güzgülərə forma seçməklə asanlıqla spektrin əlavə seyrəlməsini reallaşdırmaq olar. Açıq rezonator dalğa uzunluğu, optik, millimetr və submillimetr diapazonli cihazlarda yüksək möhkəmli sistem kimi tətbiq olunur. == Açıq Sistemlər == Açıq sistemlər ətraf mühitlə maddə, enerji və implusla mübadilə edən termodinamik sistemlərdir. Açıq sistemlərin ən mühüm növünə kimyəvi reaksiyaların fasiləsiz ötüb-keçdiyi kimyəvi sistemlər aidir (xaricdən reaksiya göstərən maddə daxil olur, reaksiyanın məhsulları isə xaric olunur). Bioloji sistemlərə, canlı orqanizimlərə də açıq sistemlər kimi baxmaq, orqanizmlərə də həmçinin açıq sistemlər kimi baxmaq olar. Canlı orqanizmlərə belə yanaşma onların inkişaf və həyat-fəaliyyəti proseslərinin qeyr-taraz proseslərin termodinamikası, fiziki və kimyəvi kinetikanın qanunları əsasında tədqiq olunmasına imkan verir. Açıq sistemlərin xassələri termodinamik tarazlıq halının lap yaxınlığında təsvir olunur.