Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Distillə olunmuş su
Distillə edilmiş su — mineral duzlardan, üzvi maddələrdən və orada həll olunan digər çirklərdən distillə yolu ilə təmizlənmiş su. Beləliklə, distillə edilmiş su təmizlənmiş su növüdür. == Tarixi == İçməli su dəniz suyundan ən azı təxminən eramızdan 200 il əvvəl distillə edilmişdir, bu proses Afrodisiyalı Aleksandr tərəfindən aydın şəkildə təsvir edilmişdir. Aristotelin Meteorologica əsərində bir keçid kimi suyun distillə edilməsinə aid hissələr vardır. "Dostluq" gəmisi kapitanı İsrael Uilyams (1797) suyu distillə etmək üçün bir üsul yaratdığı haqqında jurnalında məlumat yayımlatdırmışdır. == Fiziki xassələri == Distillə edilmiş suyun elektrik keçiriciliyi aşağıdır (GOST R 58144 0,43 mS/m-dən çox tələb etmir). Atmosfer qazları: oksigen, azot, arqon, karbon qazı və az miqdarda başqaları distillə edilmiş suda həll olunur. Həll edilmiş karbon qazına görə distillə edilmiş su bir az turşu mühitə malikdir və pH 5,0-7,0 təşkil edir. Tamamilə neytral su əldə etmək üçün karbon qazı tamamilə çıxarılana qədər qaynadılır (30 dəqiqə) və hava keçirməyən qabda saxlanılır. Çox təmiz olduğundan, xarici mexaniki çirklərin olmadığı halda, qaynama nöqtəsindən yuxarı qızdırıla bilər və ya faza keçidi olmadan donma nöqtəsindən aşağı soyudula bilər.
Dietil efiri
Dietil efiri (etil efiri, etoksietan). Kimyəvi xassəsinə görə - tipik alifatik sadə efirdir. Həlledici kimi geniş istifadə olunur. İlk dəfə olaraq orta əsrlərdə alınmışdır. == Tarix == Dietil efirinin ilk dəfə IX əsrdə əlkimyaçı Cabir ibn Xəyyam və ya 1275-ci ildə əlkimyaçı Raymund Lul (2,3) tərəfindən alındığı fərz edilir. Daha dəqiq tarix olaraq 1540-cı ildə Valerius Kordus tərəfindən sintez olunduğu göstərilir. V. Kordus onu həmin dövrdə “kuporus yağı”(2) adlandırılan etil spirti və sulfat turşusu qarışığının distilləsi yolu ilə almış və onu “şirin kuporus yağı” (lat. oleum dulce vitrioli) adlandırmışdır. Kordus həmçinin onun anesteziya xassəsinə malik olduğunu da göstərmişdir. 1680-cı ildə Robert Boyl tərəfindən efir ikinci dəfə sintez edilir.
İstili (Sərab)
İstili (fars. اسطلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 304 nəfər yaşayır (62 ailə).
Still xəstəliyi
Still xəstəliyi (ing. Still´s dis.) – 16 yaşaqədər (2–5 yaş) uşaqlarda yaranan xroniki artrit (oynaq sayı və ağırlığı müxtəlif), cins fərqi yoxdur, qızdırma (ən azı 2 həftə ərzində 3 ardıcıl gündə sənədləşdirilməsi), daxili üzvlərin (limfadenopatiya, hepatomeqaliya və ya splenomeqaliya, serozit) zədələnməsi, tez keçib gedən səpgi ilə xarakterizə olunur. EÇS normal olması xəstəliyi inkar edir. Anemiya, leykositoz, trombositoz, ferritin, CRP artır, ANA və RF neqativ olur.
Everything Still Worries Me
Everything Still Worries Me (kiçik hərflərlə) — Mançesterdən olan müğənni Abbie Ozard-ın debüt studiya albomu. 25 iyul 2024-cü ildə House Anxiety tərəfindən buraxılıb.
Rusiyanın Ukraynanı istila etməsi (2022)
Rusiyanın Ukraynanı işğalı — 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi'nin aktiv fazasıdır. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı işğal etməyə başladı. Kampaniya uzunmüddətli hərbi birləşmədən və işğaldan bir neçə gün əvvəl Rusiyanın Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını tanımasından sonra başlayıb. Moskva vaxtı ilə saat 06:00-da (UTC+3) Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində hərbi əməliyyat elan etdi. Daha sonra, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərində raket zərbələri endirildi. Ukrayna Sərhəd Xidməti bəyan edib ki, onun Rusiya və Belarusla sərhədləri hücuma məruz qalıb. Bir çox ölkə Ukraynaya hücumu pisləyib. 1991-ci ildə SSRİ-ni dağıldıqdan sonra, Ukrayna və Rusiya arasında yaxın münasibətlər davam edirdi. 1994-cü ildə Ukrayna nüvə arsenalından imtina etməyə razılıq verdi. Bunun qarşılığında Rusiya, Birləşmiş Krallıq və ABŞ Ukraynanın ərazi bütünlüyünə və ya siyasi azadlığına qarşı olan təhlükələrdən onu birgə qoruyacaqdır.