vakuum-distillə

vakuum-distillə
vakuum-boru
vakuum-əyləc
OBASTAN VİKİ
Vakuum
Vakuum — heç bir şeyin olmadığı yerdir, başqa sözlə desək, boşluqdur. Bu söz latınca "vakuus" sözündən yaranmışdır və "boşluq" mənasını verir. Əslində tam vakuum mövcud deyil. Siz metal qabdan havanı nə qədər sorub çıxarsanız da, havanın müəyyən miqdarı yenə də orada qalacaqdır. Belə qismən boş olan yer yarımçıq vakuum adlandırılır. Hava həmişə vakuumu doldurmağa çalışır və bizim ağciyərlərimizin işi bu prinsipə əsaslanmışdır. Biz nəfəs verəndə сiyərlərimizdə yarımçıq vakuum alınır və nəfəs aldığımız zaman hava onu doldurmağa çalışır. Amma boşluq heç də həmişə hava ilə dolmur. Əgər biz stəkandakı limonadı çöplə içsək, onda ağzımızda olan yarımçıq vakuum hava deyil, limonad dolduracaqdır. Yarımçıq vakuum təyyarələrə havada qalmağa yardım göstərir.
Vakuum borusu
Vakuum borusu (Vacuum tube) – elektron selini idarə etmək üçün metal elektrodlardan və tordan ibarət şüşə boru; vakuum yaratmaq üçün həmin borudan, demək olar ki, bütün qazlar çıxarılıb. 1950-ci illərdə yarımkeçiricilərin meydana çıxmasından qabaq vakuum boruları elektron sxemlərdə gücləndirici və açarların funksiyasını yerinə yetirirdi. Onlardan bu gün də müəyyən qurğularda, məsələn, çox yüksək səviyyəli gücün tələb olunduğu katod-şüa borularında istifadə olunur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Distillə olunmuş su
Distillə edilmiş su — mineral duzlardan, üzvi maddələrdən və orada həll olunan digər çirklərdən distillə yolu ilə təmizlənmiş su. Beləliklə, distillə edilmiş su təmizlənmiş su növüdür. == Tarixi == İçməli su dəniz suyundan ən azı təxminən eramızdan 200 il əvvəl distillə edilmişdir, bu proses Afrodisiyalı Aleksandr tərəfindən aydın şəkildə təsvir edilmişdir. Aristotelin Meteorologica əsərində bir keçid kimi suyun distillə edilməsinə aid hissələr vardır. "Dostluq" gəmisi kapitanı İsrael Uilyams (1797) suyu distillə etmək üçün bir üsul yaratdığı haqqında jurnalında məlumat yayımlatdırmışdır. == Fiziki xassələri == Distillə edilmiş suyun elektrik keçiriciliyi aşağıdır (GOST R 58144 0,43 mS/m-dən çox tələb etmir). Atmosfer qazları: oksigen, azot, arqon, karbon qazı və az miqdarda başqaları distillə edilmiş suda həll olunur. Həll edilmiş karbon qazına görə distillə edilmiş su bir az turşu mühitə malikdir və pH 5,0-7,0 təşkil edir. Tamamilə neytral su əldə etmək üçün karbon qazı tamamilə çıxarılana qədər qaynadılır (30 dəqiqə) və hava keçirməyən qabda saxlanılır. Çox təmiz olduğundan, xarici mexaniki çirklərin olmadığı halda, qaynama nöqtəsindən yuxarı qızdırıla bilər və ya faza keçidi olmadan donma nöqtəsindən aşağı soyudula bilər.