Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səni deyirlər
"Səni deyirlər" (az-əbcəd. سني ديرلر مني ديرلر‎) — İnternetdə bir neçə gün ərzində mem olmuş, Azərbaycan dillində ifa edilən Cənubi Azərbaycan mahnısı. Müğənni Əlirza Şərifzadənin yeni təqdim etdiyi "Səni deyirlər" mahnısı İranda yaşayan cənubi azərbaycanlıların böyük marağına səbəb olmuşdur. Mahnıda Cənubi Azərbaycan vilayətinin paytaxtı Urmiya şəhəri və Urmiya gölü vəsf edilir. Onlar bu mahnının sədaları altında küçədə, avtomobil yolunda rəqs edirlər. Gənclər daha sonra lentə alınan görüntüləri sosial şəbəkələrdə paylaşıblar. Bu mahnı "Facebook", "YouTube" və "İnstaqram"da qısa müddətdə populyarlaşıb və böyük marağa səbəb olub. Bəzi istifadəçilər bu həştəqdən istifadə edərək rəsmilərə qarşı etirazlarını da bildirirlər. Güneyli gənclərin bu fleşmobu Urmiya gölünün qurudulması və İran rejiminin sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz kimi meydana çıxıb. Tı kto takoy?