Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dizaltı arteriya
Dizaltı arteriya (lat. Arteria poplitea) — bud arteriyasının ardı olub, dizaltı çuxurda yerləşmişdir. Yaxınlaşdırıcı kanalın aşağı dəliyi səviyyəsində başlayaraq dizaltı əzələnin və diz oynağının kapsulunun arxa səthi ilə aşağıya doğru gedir və dizaltı əzələnin aşağı kənarına çatır. Dizaltı arteriya dizaltı çuxurda vena və sinirlərə nisbətən ən dərində yerləşmişdir. Dizaltı vena — lat. V. poplitea dizaltı arteriyanın bayır və arxa tərəfində, qamış siniri — lat. N. tibialis isə bir az səthdə və bayır tərəfdə yerləşmişdir. Belə ki, səthdən getsək, əvvəlcə bayır tərəfdə və səthdə qamış sinirinə, bir az içəri tərəfdə və dərində dizaltı venaya və ondan da bir az dərində və içəri tərəfdə dizaltı arteriyaya rast gəlinir. == Şaxələri == === Uc şaxələri === Dizaltı arteriya dizaltı əzələnin aşağı kənarında iki uc şaxəyə bölünür: Ön qamış arteriyas — lat. a.
Dizaltı vena
Dizaltı vena — (lat. Vena poplitea) aşağı ətrafın venası. Aşağı ayağın dərin damarları ilə diz oynağının qoşalaşmış damarlarının birləşməsindən əmələ gəlir. Yanal və arxasında yerləşən dizaltı arteriyaya uyğun gəlir. Dizaltı arteriyadan medial olaraq keçir və bud venasına çevrilir. Ayaqdan qan çıxarır. Tibbi ultrasəs istifadə edərək müəyyən edilə bilər. O, təsirlənmiş dizaltı venanın tutulmasıva səbəb ola bilər. == Strukturu == Dizaltı vena dizaltı əzələnin aşağı kənarında anterior tibial ve posterior tibial venalarının qovuşduğu yerdə əmələ gəlir. Dizaltı arteriyanın medial tərəfi boyunca uzanır.
Dilaltı sinir
== İstinadlar ==
Dilaltı sümüyü
Dilaltı vəzi
Dilaltı vəzi lat. Glandula sublingualis — ağız boşluğu dibinin selikli qişasının altında lat. m. mylohyoideus üzərində yerləşmişdir. Uzunsov olub, uzunluğu 3-4 sm, eni və qalınlığı 1 sm və çəkisi 5q-dır. vəzin bir neçə axacağı vardır, bunlardan bəzisi — lat. ductus sublingualis minores ayrıca olaraq dilaltı büküşdə və bəzisi bir-birilə birləşərək — lat. ductus sublingualis major (Bartolini — BNA) adı ilə dilaltı ətciyi üzərində lat. ductus submandibularis ilə birlikdə xüsusi ağız boşluğuna açılır. Vəzifəsi şəffaf qələvi reaksiyalı, xüsusi çəkisi 1,006-1,008, tərkibində ptialin və salivin fermentlər olan ağız suyu lat.
Qalxan-dilaltı bağ
Qalxan-dilaltı bağ, Yan qalxan-dilaltı bağ və ya Dilaltı-qalxan bağ, Yan dilaltı-qalxan bağ (lat. ligamentum thyrohyoideum laterale, ligamentum hyothyreoideum laterale) — insanın qırtlaq aparatına aid bağ. Qalxan-dilaltı bağ dilaltı sümüyünün böyük buynuzlarından başlayıb və qalxanabənzər qığırdağın yuxarı buynuzuna bağlanır və yaxud əksinə qalxanabənzər qığırdağın yuxarı buynuzundan başlayıb, dilaltı sümüyünün böyük buynuzlarına bağlanır.
Qalxan-dilaltı zar
Qalxan-dilaltı zar, Dilaltı-qalxan zar (lat. membrana thyrohyoidea, membrana hyothyreoidea) — insanın qırtlaq aparatına aid zar. Qalxan-dilaltı zar dilaltı sümüyündən başlayıb və qalxanabənzər qığırdağa bağlanır və yaxud əksinə qalxanabənzər qığırdaqdan başlayıb, dilaltı sümüyünə bağlanır. Tərkibi elastiki birləşdirici toxumadan ibarətdir.
Dilaltı-qırtlaq qapağı bağı
Dilaltı-qırtlaq qapağı bağı (lat.
Tən orta qalxan-dilaltı bağ
Tən orta qalxan-dilaltı bağ (lat. ligamentum thyrohyoideum medianum (lig. Hyothyreoideum medium — BNA)) — qırtlaq aparatına aid struktur — bağ. Qalxanabənzər qığırdağın yuxarı kənarından dilaltı sümüyə doğru gedir və onun cisminin yuxarı səthinə bağlanır.
Daşaltı
Daşaltı — Azərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kənd inzibati ərazi dairəsində kənd. 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı "qayaaltı" mənasındadır. XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş erməni ailələri məskən salmışlar. Ondan sonra bu kənd azərbaycanlılar arasında "Daşaltı Neress uşaqları" adlanmışdır. XIX əsrin sonlarında bu kənddən Daşaltı-Xüzərbürd və Daşaltı Küngüt kəndləri yaranmışdır. Xüzəburt kəndinin adı isə şuşalılarda "Xəzinə qalası" adlı mağaranın ermənicə adıdır. Sonra bu ad ermənicə Xtsadberd adlanmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda iki Daşaltı adlı kənd vardı: Daşaltı-Künnət və Daşaltı-Xəzəbür.
Diyallı
Diyallı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Diyallı İcra Nümayəndəliyinə daxil olan kəndlər-Diyallı,Yuxarı Diyallı,Sədiyan və Güyüm kəndləri Diyallı rayon mərkəzindən 10 km şərqdə Əyriçayın sahilindən 4 km aralı İsmayıllı-Şamaxı şose yolu kənarında, Niyaldağ silsiləsinin ətəyində yerləşir. Əhalisi taxılçılıq, bağçılıq və heyvandarlıqla məşgul olur. Kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. == Etimologyası == Toponim: di tatca “iki”(Oqtay İsmayıllının fikrincə yunanca) və yal komponentlərindən ibarət olub, “iki yallı yerdə salınan kənd” mənasındadır.[mənbə göstərin] Həqiqətən də kəndin şimalında iki qoşa zirvə, yal vardır.[mənbə göstərin] Toponim öz adında coğrafi mövqeyi əks etdirmişdir.[mənbə göstərin] Cənubi Azərbaycan ərazisində də eyniadlı yer və vadi qeydə alınmışdır.[mənbə göstərin] Lətifə Əliyevanın “Diyalli” kitabından götürülmüş məlumata əsasən, indiki Diyallının ilk sakinləri eramızdan əvvəl İraqdan köçmüş və kəndin adını özləri ilə gətirmişlər. Bu ilk köçkünlərin Dəlcə çayının qolu olan Diyala çayı ətrafında-Diyala mahalında yaşayan türk-şumerlər olduğuna inanılırdı. Rəvayətə görə, onlar ərəb-yəhudi tayfalarının hücumları nəticəsində buraya gələrək kənd salmışlar.[mənbə göstərin] == Əhali == 1859-1864-cü ilə olan məlumata əsasən Diyallı kəndində 91 evdə 282 nəfəri kişilər, 225 nəfəri isə qadınlar olmaqla 507 nəfər sünni təriqətli müsəlman Azərbaycan türkü yaşayırdı. Əhalisi 1620 nəfərdir ki onun da 819 nəfəri kişi, 801 nəfəri qadındır. === Tanınmışları === Bəxtiyar Məmmədov — Kimya elmləri doktoru, professor Elnur Qədirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Oqtay İsmayıllı (Fərzəliyev) — Məşhur şair === Şəhidləri === 1.
Dizaxlı
Dizaxlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim ilk dəfə Cəfərqulu xan Xoylunun 1806-cı ilə aid fərmanında qeydə alınıb. Dizaq/Dizak Qarabağın qədim əyalətlərindən birinin adı olmuşdur. N.Gəncəvinin əsərlərində Dizaknak kimi xatırlanır. Orta Asiya ərazisində də Dizak (Cizak) adlı şəhər var. Oykonim "Dizak mahalından çıxanlar, dizaqlılar məskunlaşan kənd" mənasındadır. == Tarixi == == Coğrafiyası == Kənd Kov Murad dağının ətəyində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndDə 483 nəfər əhali yaşayır. Əhali Azərbaycan türklərindən və ləzgilərdən ibarətdir. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur.
Daşaltı (Həştrud)
Daşaltı (fars. داش التي‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 53 nəfər yaşayır (15 ailə).
Daşaltı (Qoşaçay)
Daşaltı (fars. داش التي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 40 nəfər yaşayır (8 ailə).
Daşaltı (Xudabəndə)
Daşaltı (fars. داشالتو‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (8 ailə).
Daşaltı (Şuşa)
Daşaltı — Azərbaycan Respublikasının Şuşa rayonunun Daşaltı kənd inzibati ərazi dairəsində kənd. 1991-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il 9 noyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin adı "qayaaltı" mənasındadır. XIX əsrin əvvəllərində Zəngəzurun Düzəbürd kəndindən gəlmiş erməni ailələri məskən salmışlar. Ondan sonra bu kənd azərbaycanlılar arasında "Daşaltı Neress uşaqları" adlanmışdır. XIX əsrin sonlarında bu kənddən Daşaltı-Xüzərbürd və Daşaltı Küngüt kəndləri yaranmışdır. Xüzəburt kəndinin adı isə şuşalılarda "Xəzinə qalası" adlı mağaranın ermənicə adıdır. Sonra bu ad ermənicə Xtsadberd adlanmışdır. XIX əsrin sonlarına aid məlumata görə indiki Şuşa rayonunda iki Daşaltı adlı kənd vardı: Daşaltı-Künnət və Daşaltı-Xəzəbür.
Daşaltı körpüsü
Daşaltı körpüsü — Azərbaycanın Şuşa rayonunda, Şuşa şəhərindən 1 kilometr (0.62 mil) şimal-şərqdə, Daşaltı dərəsi boyunda axan Qarqarçayın üzərində yerləşən körpü. Daşaltı dərəsinin rus sülhməramlılarının nəzarət etdikləri hissəsində yerləşir. == Tarixi == Daşaltı körpüsü 1720-ci ildə tikilmişdir. 1992-ci ildə Şuşanın işğalı ilə ermənilərin nəzarətinə keçmişdir. 2020-ci ildə Şuşanın azad edilməsindən sonra imzalanan üçtərəfli bəyanata əsasən, rus sülhməramlılarının nəzarətinə keçmişdir. Körpü indiki dövrdə də çayı keçmək üçün önəmli vasitə kimi xidmət edir. 2021-ci ildə rus sülhməramlıları körpünün təmirini həyata keçirmişdir. == Memarlığı == Körpü tağlıdır. Tağın künc hissələri yonulmuş daşlardan ibarətdir. Bundan başqa, körpünün qalan hissələri çay daşı, əhəngdaşı və əhəng məhlulu ilə üzlənmişdir.
Daşaltı əməliyyatı
Daşaltı əməliyyatı — Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat. 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib. == Zəmin == 1992-ci ildə yanvarın ortasına doğru Qarabağda ağır vəziyyət yaranmışdı. Erməni qoşunları öz hərbi üstünlüyündən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlılar məskunlaşan məntəqələri mühasirəyə alır və bir-birindən onları təcrid edir, sonra isə müntəzəm surətdə bu məntəqələri tutmağa başlamışdılar.
Diyallı bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dizaxlı (dəqiqləşdirmə)
Dizaxlı — Azərbaycanın Qəbələ rayonunda kənd. Yeni Dizaxlı — Azərbaycanın Qəbələ rayonunda kənd.
Dizaxlı bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sistemlərin dizaynı
Sistem dizaynı müəyyən tələblərə cavab verən bir sistem üçün memarlıq, modul, interfeys və məlumatların müəyyənləşdirilməsi prosesidir. Sistem dizaynı sistem nəzəriyyəsinin məhsul inkişafına tətbiq edilməsi kimi qəbul edilə bilər. Sistemlərin təhlili sistem arxitekturası və sistem mühəndisliyi fənləri ilə bəzi hallarda üst-üstə düşür. Sistemlərin dizaynı istifadəçinin müəyyən tələblərini təmin etmək üçün sistemlərin müəyyənləşdirilməsi və inkişaf etdirilməsi prosesidir. 1990-cı ilə qədər sistem dizaynı baza emal sənayesində mühüm və əhəmiyyətli rol oynayırdı. 1990-cı ildə kompüter avadanlığı və proqram təminatının standartlaşdırılması modul sistemlərin qurulmasına gətirib çıxardı. Ümumi platformalarda çalışan proqramın artan əhəmiyyəti proqram mühəndisliyi intizamını artırmışdır. == Memarlıq dizaynı == Sistemin memarlıq dizaynı bu sistemin strukturunu, davranışını və digər növlərini və analizini təsvir edən sistem memarlıq dizaynını vurğulayır. == Məntiqi dizayn == Sistemin məntiqi dizaynı sistemin məlumat axınlarının, giriş və çıxışlarının mücərrəd təmsilçiliyinə aiddir. Bu, tez-tez faktiki sistemin mücərrəd (bəzən qrafik) modelini istifadə edərək modelləşdirmə vasitəsilə aparılır.
Yeni Dizaxlı
Yeni Dizaxlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Dizaxlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yeni Dizaxlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yeni Dizaxlı kəndi Dizaxlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni Dizaxlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası == Kənd Kov Murad dağının ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalmasına əsasən kənddə 2008 nəfər yaşayır. Əhali ləzgilər və azərbaycanlılardır. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri olan kənd əhalisi son illərdə fərdi qoyunçuluq təsərrüfatını genişləndirmişdir. Kənd təsərrüfatı məhsullarının əkilməsi də geniş yayılmışdır. Suvarma kənddən axan kanal vasitəsilə təmin edilir, həmçinin kəndə təmiz su xətti də çəkilib.
Daşaltı (Dərələyəz)
Daşaltı — keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor mərzinin ərazisində mövcud olmuş kənd. Paşalı yaşayış məntəqəsindən 6–7 km cənubda, Arpaçayın sahilində yerləşirdi. == Etimologiyası == Toponim "dağ, qaya" mənasında işlənən "daş" sözü ilə mənsubiyyət şəkilçisi qəbul etmiş "alt" sözünün birləşməsindən əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1873-cü ildə 32 nəfər, 1886-cı ildə 37 nəfər, 1897-ci ildə 73 nəfər, 1904-cü ildə 28 nəfər, 1914-cü ildə 30 nəfər, 1916-cı ildə 24 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 15 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə azərbaycanlılar yenidən erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. 1926-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqları qalır.
Daşaltı (dəqiqləşdirmə)
Kəndlər Daşaltı — Şuşa rayonunda kənd. Daşaltı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Daşaltı (xarabalıq) (xaraba kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasınında, indiki Ermənistanın Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Daşaltı (Həştrud) — İranda kənd. Daşaltı (Xudabəndə) — İranda kənd. Daşaltı (Qoşaçay) — İranda kənd.
İstinad dizaynı
İstinad dizaynı başqalarının kopyalaması üçün nəzərdə tutulmuş sistemin texniki planına aiddir. O, sistemin əsas elementlərini ehtiva edir; lakin, üçüncü tərəflər tələb olunduqda dizaynı təkmilləşdirə və ya dəyişdirə bilər. Kompüter dizaynlarını müzakirə edərkən, konsepsiya ümumiyyətlə istinad platforması kimi tanınır. Referans dizaynın əsas məqsədi şirkətlərə ən son texnologiyalardan istifadə edərək gələcək nəsil məhsulların hazırlanmasında dəstək olmaqdır.İstinad məhsulu platforma konsepsiyasının sübutudur və adətən xüsusi proqramlar üçün nəzərdə tutulub.İstinad dizayn paketləri,müştərilərin inteqrasiya layihəsində xərclərin azaldılması və riskin azaldılması ilə bazara sürətli çıxış imkanı verir. İstinad dizaynları üçün üstünlük təşkil edən müştərilər OEM-lər olduğundan, bir çox istinad dizaynları texnologiya komponenti təchizatçıları tərəfindən, istər aparat, istərsə də proqram təminatı, məhsullarının OEM-in məhsuluna çevrilmə ehtimalını artırmaq və onlara rəqabət üstünlüyü vermək vasitəsi kimi yaradılır.
Bizanti
Bizantium və ya Bizantion (yun. Βυζάντιον, lat. Byzantium) — İstanbul şəhərinin Konstantinopoldan əvvəlki adıdır. Əfsanəyə görə, Meqara, Arqos və Korinfdən gələn dori yunanlar tərəfindən e.ə. 667-ci ildə qurulub və adını kral Bizas və ya Bizantasdan (yunanca: Βύζας, ya da Βύζαντας) alıb. Eramızın 330-cu ilində bizanslılar tərəfindən adı Konstantinopol olaraq dəyişdirilib. Şəhəri 1453-cü ilin may ayında türklər ələ keçirdikdən sonra Kostantiniyye və ya Dersaadet kimi adlandırılır. Yunanca "εις τήν Πόλι(ν)" (/is tin boli/) yəni "şəhərə" adı türklər tərəfindən sıx istifadə olunurdu. 1930-cu ildə Türkiyə Cumhuriyyəti dövründə şəhərin adı rəsmi olaraq İstanbul olur. == Tarixi == == İstinadlar == Necdet Sakaoğlu (1993/94a): "İstanbul'un adları".
Dızaxlı
Dizaxlı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim ilk dəfə Cəfərqulu xan Xoylunun 1806-cı ilə aid fərmanında qeydə alınıb. Dizaq/Dizak Qarabağın qədim əyalətlərindən birinin adı olmuşdur. N.Gəncəvinin əsərlərində Dizaknak kimi xatırlanır. Orta Asiya ərazisində də Dizak (Cizak) adlı şəhər var. Oykonim "Dizak mahalından çıxanlar, dizaqlılar məskunlaşan kənd" mənasındadır. == Tarixi == == Coğrafiyası == Kənd Kov Murad dağının ətəyində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndDə 483 nəfər əhali yaşayır. Əhali Azərbaycan türklərindən və ləzgilərdən ibarətdir. == İqtisadiyyatı == Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur.
Rizalit
Rizalit və ya rezalit - binanın bir hissəsi, binanın ana gövdəsində çıxıntı şəklində olan və tam hündürlüyü ilə gedən hissəsidir. Bu memarlıq elementləri, binanın mərkəzi hissəsi ilə ümumilikdə simetrik olur . Orta, yan və künc rizalitləri də vardır . Rizalit fasadın məkan təşkilinə müxtəliflik gətirir. Yan gövdələrdən fərqli olaraq, binanın əsas həcmi ilə bütünlük təşkil edirlər. .
Divali
Divalisanskr. दीपावली DīpāvalīIAST, tam. தீபாவளி TīpāvaḷiIAST, nep. दीपावली, तिहार Dīpāvalī, TihāraIAST, hind. दिवाली DivālīIAST, qüc. દિવાળી DivāḷīIAST, marathi दिवाळी DivāḷīIAST, kann. ದೀಪಾವಳಿ DīpāvaḷiIAST, konkani धाकली दिवाळी Dhākalī DivāḷīIAST, malaya. ദീപാവലി DīpāvaliIAST, oriya ଦୀପାବଳୀ DīpābaḷīIAST, pənc. ਦਿਵਾਲੀ DivālīIAST, tel. దీపావళి, urdu دیوالی, benq.
Dizaği
Dizaği — təxəllüs.
Fizali