Dizaxlı

Dizaxlı — ( ləz. Дизахли )Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Dizaxlı
40°51′32″ şm. e. 47°41′45″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 352 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 483 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3614[1]
Xəritəni göstər/gizlə
Dizaxlı xəritədə
Dizaxlı
Dizaxlı

Oykonim ilk dəfə Cəfərqulu xan Xoylunun 1806-cı ilə aid fərmanında qeydə alınıb. Dizaq/Dizak Qarabağın qədim əyalətlərindən birinin adı olmuşdur. N.Gəncəvinin əsərlərində Dizaknak kimi xatırlanır. Orta Asiya ərazisində də Dizak (Cizak) adlı şəhər var. Oykonim "Dizak mahalından çıxanlar, dizaqlılar məskunlaşan kənd" mənasındadır.[2]

Kənd Kov Murad dağının ətəyində, Alazan-Əyriçay çökəkliyində yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndDə 483 nəfər əhali yaşayır.[3] Əhali Azərbaycan türklərindənləzgilərdən ibarətdir.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri olan kənd əhalisi son illərdir ki, ancaq fərdi qoyunçuluq təsərrüfatını genişləndirirlər. Əlavə kənd təsərrüfatı məhsullarının da əkilməsi geniş vüsət alıb. Həftə bazarına çıxarılan məhsulların əksəriyyəti bu kəndin təsərrüfatlarına məxsusdur. Suvarmada heç bir çətinlikləri yoxdur. Çünki buradan axan kanal köməklərinə çatır, bundan əlavə kəndə təmiz su xətti də çəkilib. Hər ailə su ilə təmin edilib. Kənddə qaz və telefon xidməti də var. İctimai iaşə obyektləri ilə zəngindir.

Kənddə Dızaxlı kənd məscidi dini icması fəaliyyət göstərir.[4]

  1. http://www.azerpost.az/?options=content&id=188.
  2. Dizaxlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. səh.629
  4. MÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-08 at the Wayback Machine. scwra.gov.az  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]