Yeni Dizaxlı

Yeni Dizaxlı — ( ləz. ЦӀийи Дизахлы ) Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Dizaxlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yeni Dizaxlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yeni Dizaxlı kəndi Dizaxlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni Dizaxlı kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]

Yeni Dizaxlı
40°58′53″ şm. e. 47°50′44″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Yeni Dizaxlı xəritədə
Yeni Dizaxlı
Yeni Dizaxlı

Kənd Kov Murad dağının ətəyində yerləşir.[3]

2009-cu ilin siyahıyaalmasına əsasən kənddə 2008 nəfər yaşayır.[4] Əhali ləzgilər və azərbaycanlılardır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri olan kənd əhalisi son illərdə fərdi qoyunçuluq təsərrüfatını genişləndirmişdir. Kənd təsərrüfatı məhsullarının əkilməsi də geniş yayılmışdır.

Suvarma kənddən axan kanal vasitəsilə təmin edilir, həmçinin kəndə təmiz su xətti də çəkilib. Kənddə qaz və telefon xidməti də var.[3]

  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  2. "Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  3. 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629