Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Böyük cinsiyyət dodaqları
Böyük cinsiyyət dodaqları — lat. labia majora pudendi qasıq dağcığından aşağıda 7-8 sm uzunluğunda və 2-3 sm enində bir cüt paralel istiqamətdə durmuş elastik dəri büküşləridir. Bayır tərəflərdən çanaq-bud şırımı vasitəsilə sağ və solbuddan ayrılmışdır. Böyük cinsiyyət dodaqları orta xətdə cinsiyyət yarığını (lat. rima pudendi) əhatə edir. bu yarıq qızlarda və cavan qadınlarda qapalı yəni böyük cinsiyyət dodaqları bir-birinə söykənmiş olur. Təkrar doğmuş qadınlarda böyük cinsiyyət dodaqları elastikliyini itirdiyinə görə cinsiyyət yarığı açıq qalır. Cinsiyyət yarığının ön və dal uclarında böyük cinsiyyət dodaqları bir-biri ilə birləşərək ön və dal bitişməni — lat. commissura labiorum anterior et posterior əmələ gətirir. dal bitişmə dal tərəfdə 3 sm uzunluğunda aralıq adlanan sahə vasitəsilə anusdan ayrılmışdır.