DODAQ

is.
1. Ağız kənarlarını təşkil edən iki mütəhərrik dəri-damar büküklərindən hər biri. Adamın iki dodağı olur. Alt dodaq. Üst dodaq. Nazik dodaq.
[Əhməd:] Qara saçları, eşqlə dolu uzun kirpikli gözləri, ərəbi burnu, hamısından artıq gözəl balaca ağzı, qırmızı dodaqları mənim xoşuma gəldi. T.Ş.Simurq.

2. Bir şeyin (qabın və s.-nin) kənarı, qırağı. Banka dodağına qədər doludur.
// Məc. mənada.
Dənizin dodaqları torpağı öpən yerdə; Bir qul kimi bağlanmış; Sahillərə ana yurdu; Badam gözlü çinlilərin. R.Rza.

// Bəzən çiçəklərin dodaq şəklində olan bölüklərinə deyilir.
3. Müxtəlif alətlərin tutucu, sıxıcı hissəsi (bu mənada ancaq cəm şəklində işlənir). Məngənənin dodaqları.
◊ Dodağı qaçmaq – bax dodaqları qaçmaq.
[Sarxan] gələndə ən qaşqabaqlı adamların da dodağı qaçırdı. M.İbrahimov.
Əziz gülümsündü, qızın da dodağı qaçdı. Ə.Vəliyev.

Dodağı yer süpürmək – bax dodağı yerlə getmək.
Dodağı yerlə getmək – küsmək, incimək, çox pərt olmaq, qaşqabağını sallamaq. Sadıq kişinin qaşları çatılmışdı.
Dodağı da yerlə gedirdi. M.Hüseyn.

Dodağını büzüşdürmək – bax dodaq büzmək 2-ci mənada.
Dodağını dişləmək – birdən bir şey yadına düşmək, xatırlamaq.
Ayna dodaqlarını dişlədi. Ə.Məmmədxanlı.

Dodağını sallamaq – küsmək, qaşqabağını tökmək, acıq eləmək, pərt olmaq.
[Mirzə] dodağını sallamışdı. Mir Cəlal.

Dodağının altında – bax dodaqaltı.
Bahadır dərindərin fikirdə ikən, Novruz dodağının altında oxuyurdu… N.Nərimanov.
Rəna dodağının altında mırıldandı… S.Rəhimov.

Dodağının altından gülmək – istehza etmək, istehza yolu ilə gülümsəmək, qımışmaq.
Dodağının altından söylənmək – mırtıldanmaq, deyinmək, donquldanmaq.
Dodaq büzmək, dodağını (dodaqlarını) büzmək1) narazılıq göstərmək;
2) istehza etmək.
Qoca kəndli gülərək bu sözə dodaq büzdü; Əmniyyə rəisini başdan-ayağa süzdü. S.Rüstəm;

3) ağlamsınmaq, kövrəlmək, doluxsunmaq. Uşağa acıqlandım, dodağını büzdü;
4) naz əlaməti olaraq dodaqlarını büzmək; gülümsünmək.
Kiçikbəyim albalı rəngli dodaqlarını xoş bir əda ilə büzdü. Çəmənzəminli.

Dodaq çuxuru – üst dodağın ortasında burunun qabağındakı batıq yer. Üst dodağın çuxuru iki bığın arasıdır.
Dodaq sallamaq – küsmək, qaşqabağını tökmək, acıq eləmək, pərt olmaq.
Dodaq-dodağa – dodaqlarını bir-birinə yapışdıraraq.
[Əşrəf Rozaya:] …Ətrafımızdakı çiçəklərin dodaq-dodağa öpüşməsi nə qədər munis, nə qədər şairanə. H.Cavid.

Dodaq-dodağa vermək – ağız-ağıza vermək.
Dayan, mən də çıxım evdən bağçaya; Ötək verib dodaq-dodağa, bülbül! M.Rahim.

Dodaqları ağarmaq – bir hadisənin təsiri nəticəsində dodaqlarının qanı qaçmaq, dodaqları bozarmaq.
Dodaqları altında – bax dodaqaltı.
Mixail baba dodaqları altında mırıldanaraq kürkünü başına çəkdi. S.S.Axundov.

Dodaqları büzülmək1) narazılıq, xoşnudsuzluq ifadə etmək. Qadın o saat dəyişildi, gözəl dodaqları büzüldü, qaşları qalxdı, üzündə bir xoşnudsuzluq ifadəsi duyuldu. Çəmənzəminli;
2) ağlamsınmaq.
Dodaqları qaçmaq – gülümsünmək. Muradın dodaqları qaçdı.
Üzündə bir gülümsəmə əlaməti vardı. S.Hüseyn.

Dodaqlarını çeynəmək – qəzəb əlaməti olaraq dodaqlarını gəmirmək. Nadir yumruğunu qaldırıb, bütün gücü ilə dizinə vurdu.
Dodaqlarını çeynəməyə başladı. B.Talıblı.

Dodaqlarını sallamaq – bax dodağını sallamaq.
[Kosa] sustalaraq çarpayının yanında dayanmış, əlini qoynuna qoymuş, dodaqlarını sallamış, mat-mat tamaşa edirdi. S.Rəhimov.

Alt dodağı yer süpürmək – bax dodağı yerlə getmək.
Xanpəri … qozaların eyni vaxtda açılmayacağını fikirləşdikcə alt dodağı yer süpürürdü. Ə.Vəliyev.

Nə dil bilsin, nə dodaq – bax dil1.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DODAQ DODAQ Dodağı şəkərdir, göftarı şərbət; Nə fayda, eyləməz şirin məhəbbət (M.P.Vaqif); LƏB (kl.əd., şair

Etimologiya

  • DODAQ Bunu tutmaq feili ilə əlaqələndirirlər, tutaq formasında olub. Tutaq sözünün dodaq kəlməsinə çevrilməsi isə mümkündür
DODAĞIYOĞUN
DODAQALTI

Digər lüğətlərdə