YETİM

sif.
1. Atası-anası, yaxud atası və ya anası ölmüş. Yetim uşaq. Atadan yetim qız.
– Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı, qardaşın. A.Səhhət.

// İs. mənasında. Yetimə cancan deyən çox olar, çörək verən az. ( Ata. sözü ).
Yetim malına göz dikdiyin nədir daim; Həlal kəsb məgər narəvadır, ey vaiz? S.Ə.Şirvani.
Yetimlər məlul-məlul Aslanın əlinə baxdılar. C.Cabbarlı.
Bu gün isə Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman.

□ Atadan (anadan) yetim – atası (anası) ölmüş.
Bu iki uşaq atadan yetim idi … və ataları bunlara bir şey qoymamışdı. S.S.Axundov.

2. məc. Fağır, yazıq, aciz, zavallı, miskin mənasında.
[Əsgər:] Bircə deyin görüm, mən yetimin təqsiri nədir? N.Vəzirov.
Bu gün görürdüm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki, … məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər. C.Məmmədquluzadə.
İndi bəlkə mən yetimin də günü ağardı, – deyə, Səməd pıçıldadı. İ.Hüseynov.

◊ Yetim segah – Azərbaycan muğamlarından birinin adı.
Fışqırıq çala-çala, dodaqaltı yetim segah oxuya-oxuya malı sahmanladı. Mir Cəlal.

Yetimlər evi köhn. – bax yetimxana.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YETİM fağır — yazıq — aciz — zavallı
  • YETİM YETİM Yetim qız da, şahzadə oğlan da çıxıb getdi işinin dalınca.. (Elçin); ATA-ANASIZ [Hacı Murad:] Budur on iki ildir ki, ata-anasız yetimi öz oğlum

Antonimlər (əks mənalı sözlər)

  • YETİM YETİM – ATA-ANALI Xeyir, mən bədbəxt təkcə, yetim böyümüşəm (C.Əmirov); Uşaq ata-analı böyüyür

Etimologiya

  • YETİM Ərəblərdən keçib, türk dillərində onun yerinə öksüz kəlməsi işlədilib. Əri ol­mayan (dul) qadına da öksüz qadın deyiblər
YETİKLİK
YETİM-YESİR
OBASTAN VİKİ
Yetim
Yetim — Atası-anası, yaxud atası və ya anası ölmüş şəxs.
Yetim Emin
Yetim Emin əsl adı Muhamməd-Əmin (1840, Yalsuq[d] – 1880, Yalsuq[d]) — ləzgi şair. Əsərlərini doğma Ləzgi dili ilə yanaşı, Azərbaycan və ərəb dilində yazırdı.. Y.Emin 1838-ci ildə Dağıstanın Kürə xanlığının Tsiling kəndində anadan olub. Şairin atası savadlı adam idi. İlk dəfə yazıb-oxumağı atasından öyrənən şair, sonradan Kean aulunda Xoca İsmayıl əfəndinin mədrəsəsində təhsil alır. Təhsilini Əlqədar kənd mədrəsəsində bitirir. O, burada təkcə Qurana yiyələnmir, həm də şərq dillərini öyrənir. Eminin ömrünün böyük hissəsi atasının qazılıq etdiyi Yalsuğ kəndində keçib. Atasının ölümündən sonra Emin atasının yerində işləməyə başlayır. Yetim Eminin yaradıcılığı çoxşaxəlidir.
Yetim Eyvaz
Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu – 23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair. Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Şabran rayonunda anadan olmuşdur. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib. 1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb. Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi.
Yetim Seyid
Yetim Seyid - XX əsr aşıqlarındandır. 1895-ci ildə Tovuzun Ocaqlı kəndində anadan olub. 10-12 yaşlarından çobanlıq etməyə başlayıb. Çobanlıq etdiyi dövrlərdə həm də aşıq kimi tanınıb. Gəraylı və qoşma şəklində söylədiyi şeirləri məlumdur. BAYRAMIDI Bahar fəsli yaz ayları gələndə, Sanarsan bülbülün gül bayramıdı. İki sevgi bir araya gələndə, Dodaq busə içər, dil bayramıdı. Bülbül təki daldan-dala qonanda, Şirin canım eşq oduna yananda, Bir saatım yardan ayrı qalanda, Elə bilginən ki, il bayramıdı. Yetim Seyid bu dastanı deyəndə, Sallanıban nazlı yarı gələndə, Gözüm görüb, əlim ələ dəyəndə, Könül müjdə verir, el bayramıdı. ŞİRİNDİ Bir gözəl görmüşəm əsrik əlində, Tər, nazik əllərdə saqi şirindi, Camalın bənzətdim şəmsü-qəmərə, Baxdıqca qaşların tağı şirindi.
Yetim evi
Yetim Gürcü heykəli
Yetim Gürcü heykəli — Kür çayının sağ sahilində, Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşir. Yetim Gürcü (Efim Gürcü, orijinal adı Arutyün Qriqoryeviç Aqacanov; 1875—1940) — Gürcüstan xalqının müğənnisi və şairi, aşıq. 1985-ci ildə əsası qoyulmuşdur, heykəltaraş isə Dmitriy Mikatadzedir, memar — Şota Kavlaşvili. Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015. 174 с.
Qara yetim (teleserial, 2013)
Qara Yetim (ing. Orphan Black) — ssenarist Qrim Anson və rejissor Con Fauket tərəfindən yaradılmış elmi fantastika trilleri teleserialıdır. Baş rolda Tatyana Maslani çəkilib və o eyni adamın fərqli klonlarını oynayıb. Serial Sara Manninqin bir gün öz klonu Elizabet Çildsin ilə rastlaşdıqdan sonra Elizabetin intihar etməsindən sonrakı hadisələr ətrafında cərəyan edir. Həmçinin insanların klonlaşdırılmasıvə bunun şəxsiyyət dəyişiminə səbəb olması serialın əsas mövzularındandır. Serial Temple Street Productions-ın disterbutorluğu ilə BBC America və Bell Media’s Space-in birgə əməkdaşlığı ilə hazırlanıb. Serialın premyerası Kanadada 30 mart 2013-cü ildə Space kanalında, Birləşmiş Ştatlarda isə eyni tarixdə BBC America kanalında baş tutdu. 7 may 2015-ci ildə 10 serialı 4 mövsüm sifariş edildi və 14 aprel 2016-cı ildə yayımlandı. Həmin ilin 16 iyun tarixində serial 5-ci və sonuncu 10 serialı mövsüm üçün yeniləndi və 10 iyun 2017-ci ildə yayımlanacağı bildirildi. Serial ticarət sənəti ilə məşğul olan Sara Manninqin birgün metroda öz Doppelqanqeri olan Bet Çildsin intiharına şahid olması ilə başlayır.
QİÇS yetimləri
QİÇS yetimləri (ing. AIDS orphan) - Qazanılmış İmmun Çatışmazlığı Sindromunun səbəb olduğu xəstəliklərdən hər iki və ya bir valideynini itirmiş uşaqları adlandırmaq üçün istifadə olunan termin. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramı, Ümumdünya Səhiyyə Təşkilatı və BMT Uşaq Fondu QİÇS yetimləri ifadəsini daha çox 15 yaşından aşağı olan və əsasən anasını Qazanılmış İmmun Çatışmazlığı Sindromundan itirmiş uşaqları təsnifatlandırılması zamanı istifadə edir. İfadənin şamil edildiyi uşaqların əksəriyyətinin ataları sağdır. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının məlumatına əsasən QİÇS yetimlərinə şamil edilən uşaqların 80% qədərində bir valideynləri sağdır. Hər il 70 mindən çox uşaq bu kateqoriyaya şamil edilir və onların mütləq əksəriyyəti Afrika qitəsinin dövlətlərinin payına düşür. Cinsi yolla yoluxma hallarının artması və qorunmamış cinsi əlaqələrin yüksək risk qrupuna daxil olmasından sonra QİÇS-in yayılmasında da zəmin yaranmışdır. Afrika qitəsi qorunmamış cinsi əlaqələr və zorakalıq halları baxımdan digər qitələrdən daha öndə olduğundan QİÇS yetimlərinin bu qitədə artması ilə nəticələnmişdir. 2007-ci ilin məlumatına əsasən QİÇS yetimlərinin ən çox yaşadığı ölkə Cənubi Afrika Respublikasıdır. 2005-ci ilin məlumatında isə Zimbabvedə uşaqların yetim qalmasında əsas səbəbin QİÇS olduğu göstərilmişdir.
Yetimxana
Yetimxana (film, 2007)
Yetimxana (ing. The Orphanage, isp. El orfanato) — 2007-ci ildə istehsal olunmuş ispan filmi. 1975-ci ildə İspaniyada Laura adında balaca bir uşaq yetimxanadan övladlıq alınır. 30 ildən sonra yetişkin Laura əri Karlos və yeddi yaşındakı Simon adındakı oğulları ilə birlikdə yetimxanaya qayıdır. Laura yetimxananı əngəlli uşaqlar üçün yenidən açmaq istəyir. Simon Tomas adında bir uşaqla dost olduğunu iddia edir və onun çuval (kisə) maskası taxan bir uşaq olaraq şəkillərini çəkir. Özünü sosial xidmət işçisi olaraq Beniqna kimi tanıdan biri Simonu görmək üçün evi ziyarət edir. Beləliklə Laura və Karlosun Simonu övladlıq götürdükləri və Simonun QİÇS daşıdığı ortaya çıxır. Beniqnanın icazəsiz girişinə əsəbləşən Laura ondan getməsini istəyir.
Yetimyedizdirən ev (Novoçerkassk)
Yetimyedizdirən ev — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində yeləşən xeyriyyə məqsədli istifadə edilən bina. İlk əvvəllər müəssisə kazak Tambovsevin binasında yerləşirdi. Sonradan Platovski prospekti, ev 28 ünvanında yerləşən binaya köçürülmüşdür. 22 fevral 1842-ci ildə Novoçerkaskda yetimlər evi açılmışdır. Bu körpə yetimlər və yeniyetmələrə, onlara baxmağa heç kimin olmadığı şəxslərə yardım etmək məqsədilə təşkil edilmişdir. Bu bütün Rusiya ərszisində bu tip üçüncü müəssusə idi. Müəssisənin ehtiyaclarını ödəmək məqsədilə kazak Tambovsevin evi kirayələnmişdi. Buraya gətirilən uşaqların böyük qismi Rostov-na-Donu, Naxçıvan-na-Donu, Taqanroq və Don vilayətindən gətirilmişdi. Burada müəssisəyə gətirilmiş uşaqların sayına heç bir məhdudiyyat qoyulmamışdı. Körpələr burada baxıçılar tərəfindən yedizdirilirdi.
Yetimlər evi

Digər lüğətlərdə