DONQULDANMAQ

DONQULDANMAQ (dodaqaltı və ya öz-özünə narazı halda danışmaq) Kepkalı oğlan Adilənin saatını açıb ata malı kimi cibinə qoydu və donquldandı (Ə.Qasımov); DEYİNMƏK [Qəndab] öz-özünə deyindi (B.Bayramov); MIRILDANMAQ Kəblə Novruzəli səsdən təngə gəlib mırıldandı (H.Sarabski); MIZILDANMAQ Muxtar yenə də nəzərini çevirmədən mızıldandı (B.Bayramov); SÖYLƏNMƏK Qəndab: Bir başqası da onun sözünə qüvvət verib söyləndi (B.Bayramov).

DONQAR
DONLUQ

Digər lüğətlərdə