Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dodaqlar
Dodaqlar — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur. Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur. Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir. Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür. Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür. Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir. Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir.
Modallıq
Modallıq (fr. modalité, lat. modus - ölçü, üsul) — mühakimənin doğruluq dərəcəsini göstərən fəlsəfi kateqoriya. Hər-hansı bir obyektin mövcudluğu və ya hər hansı bir hadisənin gedişi üsulu (ontoloji M.). Yaxud obyekt, təzahür və ya hadisə haqqındakı anlayış, mühakimə üsulu. Aristotelin işlətdiyi M. anlayışı sonralar klassik fəlsəfəyə daxil olmuşdur. Yeni dövr məntiq və fəlsəfəsində mühakimənin İ.Kant tərəfindən assertorik, apodiktik və problematik mühakimələrə bölünməsi ənənəvi şəkil almışdır.
Qonaqlıq
Qonaqlıq və ya Ziyafət ictimailəşmə, danışma və istirahət məqsədləri üçün bir ev sahibi tərəfindən dəvət edilmiş şəxslərin bir yığıncağına deyilir, ya da festival və ya digər xüsusi münasibətin çərçivəsində xatirə günü kimi ifadə olunur.
Böyük dodaqlar
Xarici dodaqlar (labia majora), vaginanı xarici tərəfdən örtən həssas bir toxumadır. Tüklər vardır, lakin labia minorda ümumiyyətlə tük yoxdur. Qadınlarda cinsiyyət sisteminin xaricində yer alan ən əsas hissə üzəri tüklə örtülü olan, yuxarıdan başlayaraq aşağıda birləşən və cinsiyyət yarığını örtən böyük cinsiyyət dodaqlardır. Daxilində çoxlu tər və yağ vəzisi, sinir, qan damarı vardır. İç hissəsində tük yoxdur.
Kiçik dodaqlar
Kiçik dodaqlar (labia minora), qadın reproduktiv sistemlərindən biridir. Vaginal bucağın hər iki tərəfindən sallanan dərilərdir. Kiçik dodaqlar, müxtəlif boyda, rəngdə və şəkildə ola bilər. Kişi üretrası və penis dərisi ilə bərabərdir Kiçik dodaqlar böyük dodaqların tam altında yerləşir. Uşaqlıq yolunu əhatə edən, iki kiçik dəri qatından ibarətdir. Ölçüləri qadından qadına fərqli olur. Adətən kiçik cinsiyyət dodaqları böyük cinsiyyət dodaqları ilə örtülü olur. Bəzi qadınlarda kiçik cinsiyyət dodaqları nisbətən iri olub böyük cinsiyyət dodaqlarından xaricə çıxır və buda bəzi qadınlarda kompleks yaradır. Kiçik dodaqlarda yağ və tük olmaz. Qan damarları və sinir hüceyrələri olduqca çoxdur.Kiçik dodaqlar, klitordan aşağı və yana doğru və vagina girişinin hər iki tərəfindən arxaya doğru uzanaraq vagina girişi ilə xarici dodaqların arasında sona çatır.
Xarici dodaqlar
Xarici dodaqlar (labia majora), vaginanı xarici tərəfdən örtən həssas bir toxumadır. Tüklər vardır, lakin labia minorda ümumiyyətlə tük yoxdur. Qadınlarda cinsiyyət sisteminin xaricində yer alan ən əsas hissə üzəri tüklə örtülü olan, yuxarıdan başlayaraq aşağıda birləşən və cinsiyyət yarığını örtən böyük cinsiyyət dodaqlardır. Daxilində çoxlu tər və yağ vəzisi, sinir, qan damarı vardır. İç hissəsində tük yoxdur.
Böyük odalıq
Böyük odalıq (fr. La Grande Odalisque) — 1814-cü ildə fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Əsərdə bir cariyə təsvir edilmişdir. Tədqiqatçılar bu əsəri rəssamın neoklassisizmdən ayrılması və eqzotik romantizmə yaxınlaşması dövrünün başlanğıcı kimi qəbul edirlər. Əsər ilk dəfə ictimayətə təbliğ edildiyi zaman böyük marağa səbəb olmuş, incə, uzun ətrafları və anatomik gerçəklikdən uzaqlığı diqqət çəkmişdir. Rəsm əsəri, hazırda Parisdəki Luvr muzeyində sərgilənməkdədir. == Tarixçə == Əsər, Napoleon Bonapartın bacısı Neopolitan kraliçası Karolin Murat tərəfindən sifariş edilmiş və 1814 – cü ildə tamamlanmışdır. Enqr əsəri çəkərkən Corconenin "Yatan Venera" və Tisianın "Urbinolu Venera" əsərlərindən ilham alsa da, əsasən 1809 – cu ildə Jak-Lui Davidin çəkdiyi "Madam Resamierin portreti"nin təsiri altında olmuşdur. Əsərdə bədən ölçüləri normal olmayan bir cariyə uzanmış və arxasını izləyiciyə çevirmiş şəkildə təsvir edilmişdir. Qadının kiçik bir başı, anormal ölçülü qol və ayaqları var.
Cinsiyyət dodağı
Cinsiyyət dodağı — Qadın cinsiyyət üzvlərindən biri. Bunlar vulvanın xaricdən görünə bilən ən böyük hissələridir. İnsanlarda iki cüt cinsiyyət dodağı vardır: böyük cinsiyyət dodağı (labia majora) daha böyük və daha şişman, kiçik cinsiyyət dodağı (labia minora) isə xarici dodaqlar arasındakı bədən büküşləridir. Cinsiyyət dodağı klitor, vagina və sidik kisəsini əhatə edir və qoruyur. Labioplastika, labia minorayı (daxili labia) və labia majorayı (xarici labia), insan vulvasını əhatə edən bədən büküşlərini dəyişdirmək üçün istifadə edilən plastik cərrahiyyə əməliyyatı növüdür.
Dağlıq Borçalı
Dağ Borçalı — qədim Borçalı mahalının yüksək dağlıq zonası. Borçalı mahalının əsasən Ermənistan SSR-in tərkibində qalan hissəsini ehtiva edir. == Tarix == 1918-ci ilin dekabrında baş vermiş erməni-gürcü müharibəsindən sonra Borçalı mahalı 2 yerə parçalanmış, Dağ Borçalı Ermənistan SSR-ə verilmiş Aran Borçalı isə Gürcüstanda qalmışdır.. 30-cu illərdə Kalinino , Cəlaloğlu (Stepanavan), Noyemberyan və Allahverdi (hazırkı Alaverdi ) rayonlarına parçalanmışdır. Dağ Borçalı hazırda Ermənistanda Lori ( Loru-Pəmbək ) və Tavuş adlı əyalətlərin tərkibinə qatılmışdır. == Coğrafiyası == Ermənistanın şimal-şərqində yerləşən Dağ Borçalı Qaraxaç silsiləsi (indiki Cavaxet silsiləsi) və Ağlağan dağları (indiki Bazum silsiləsi), eləcə də Ermənistanın Gürcüstan və Azərbaycan Respublikaları ilə sərhəd xətti ilə hüdudlanır.
Dağlıq Qarabağ
Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb bölgəsi. Dağlıq Qarabağ Azərbaycanın mərkəzi hissəsində yerləşir. Sovet hakimiyyəti dövründə burada ərazisi 4,4 min km², yaxud Azərbaycan Respublikasının ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 1970-ci ildə aparılmış siyahıyaalmaya əsasən Dağlıq Qarabağ Muxtar Vilayətinin 150.313 nəfər əhalisi olmuşdur. Vilayətin tərkibinə Əsgəran rayonu, keçmiş Ağdərə rayonu, Xocavənd rayonu, Şuşa rayonu və vilayət tabeli Xankəndi şəhəri daxil idi. Tarixən Qafqaz Albaniyasının (Arranın), Qarabağ xanlığının, Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olmuşdur. Dağlıq Qarabağın əhalisini 19-cu əsrin əvvəllərinə qədər azərbaycanlılar təşkil etmişdir. 1820-ci ildən başlayaraq ermənilər Azərbaycana, xüsusilə bu bölgəyə kütləvi şəkildə köçürülmüşdür. Ermənidilli mənbələrdə bölgənin adı "Artsax" kimi işlənir. Amma maraqlı olan odur ki, bu sözün də kökü Azərbaycana, türklərə gedib çıxır.
Dağlıq dazısı
Dağlıq dazısı (lat. Hypericum montanum) — dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Dağlıq kenqurusu
Dağlıq kenqurusu (lat. Macropus bernadus) — kenquru cinsinə aid heyvan növü.
Dağlıq mahalı
Dağlıq mahalı — Gəncə xanlığının mahallarından biri. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Sərhədləri — == Mahalın tarixi == 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir; Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir.
Dağlıq öküzotu
Dağlıq öküzotu (lat. Arnica montana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin öküzotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dağ öküzotu çoxillik ot bitkisidir. Kökümsovu sürünən, üfüqi budaqlanan, uzunluğu 15 sm-ə qədər, xarici tərəfdən qəhvəyi və ya tünd-qəhvəyi olub, çoxsaylı sapşəkilli kökü vardır. Kökümsovu 1–2 sm dərinlikdə və ya səthdə yerləşir. Yarpaqları qarşı-qarşıya, oturaq, bütövkənarlı, tərsyumurtaşəkilli, yuxarı hissədən dəmir parıltılı, aşağı hissədən çılpaq, uzunluğu 15–17 sm olmaqla, iri çətirlərdən ibarətdir. Gövdəsi tək (bəzən 2–3), hündürlüyü 60 sm-ə qədər, düzgövdəlidir. Çiçəkləri zəngşəkilli, ikicərgəli, yarpaqlarının forması uzunsov-neştərvari, rəngi isə yaşılımtıl-bozdur. Kənar çiçəkləri 14–20 dilcikli və 3 dişciklidir. Orta çiçəkləri boruşəkilli, ikicinsli və çoxsaylıdır.
Dağlıq ölkə
Dağlıq ölkə — Yer kürəsinin bir neçə min kilometr məsafədə, dəniz səviyyəsindən çox yüksəklikdə yerləşən mürəkkəb konfiqurasiyalı səthi. Konkret sərhəddi və coğrafi adı var (məsələn, Alp, Qafqaz, Altay və s.
Dağlıq Şirvan
Dağlıq Şirvan iqtisadi rayonu — tərkibinə Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati rayonları daxildir. Dağlıq Şirvan iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şamaxıdır. İqtisadi rayon şimaldan Quba-Xaçmaz, qərbdən Şəki-Zaqatala, cənubdan Aran, şərqdən isə Abşeron iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütübətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Düzənlik hissənin iqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km, əhalisi 270,2 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 7%-ni, əhalisinin isə 3,2%-ni təşkil edir. Respublikanın digər iqtisadi rayonları ilə müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda əhali nisbətən zəif məskunlaşmışdır. Əhalinin orta sıxlığı hər kv.
Dağlıq Şor
Dağlıq Şor (rus. Горная Шория, şor. Tağlığ Şor), Kemerovo vilayətinin cənubunda Altay, Sayan və Aba-Tura Aladağı (Alatau) qovuşan yerdə dağlar və meşələrdən ibarət (Tayğa) bölgə. Məşrut olaraq, bölgəni Altay Dağ sisteminə salmaq olar. Şoran öz adını bu yerdə tarix boyu dəmirçilik ilə məşğul olan və o işə görə Sibirdə peşəkar bilinən azsaylı bir türk xalqı Şorlardan (keçmiş adı Aba-Tura tatarları) aldı.
Asiya dağlıq kələzləri
Laudakia (lat. Laudakia) — heyvanlar aləminin pulcuqlular dəstəsinin kələzlər fəsiləsinə aid heyvan cinsi. Əvvəllər bu cins Afrika cinsləri olan Acanthocerus və Stellio daxil edilirdi.
Dağlıq Ermənistan Respublikası
Dağlıq Ermənistan Respublikası (erm. Լեռնահայաստանի Հանրապետութիւն, translit. Leřnahayastani Hanrapetutyun) — indi ki Ermənistanın Vayots dzor və Sünik mərzlərini, eləcə də Azərbaycan Respublikasına daxil olan Naxçıvan Muxtar Respublikası və Qarabağın qərbini əhatə edən, tanınmamış antibolşevik dövlət. Bu dövlət 1921-ci ilin aprel ayında baş tutan Fevral üsyanının yatırılmasından sonra hərbi komandir və siyasətçi Qaregin Njde ilə onun müttəfiqləri tərəfindən yerli partizan qüvvələrinin dəstəyi ilə qurulmuşdur. Dövlət həmin ilin iyul ayının ortalarında süquta uğramışdır. == Tarixi == Ermənistan Demokratik Respublikasının Qızıl Ordu tərəfindən işğal edilməsindən sonra daşnaklar 18 fevral 1921-ci il tarixində İrəvan şəhərində antisovet qiyamına rəhbərlik edilər və hakimiyyəti ələ keçirirlər. Daşnaklar İrəvan və ətraf bölgələri təxminən 42 gün nəzarətdə saxlaya bilir, 1921-ci ilin aprel ayınca sayca üstün olan Qızıl Ordu qoşunları tərəfindən məğlub edilirlər. Üsyan liderləri daha sonra Zəngəzur bölgəsinə çəkilirlər. 26 aprel 1921-ci il tarixində, Tatev monastırında keçirilmiş II Ümumzəngəzur qurultayında Dərələyəz, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Dağlıq Ermənistan Respublikası adı altında müstəqilliyi elan edilir. Bu dövlətin adı 1 iyun 1921-ci il tarixində Ermənistan Respublikası olaraq dəyişdirilir.
Dağlıq Qarabağ (1948)
Dağlıq Qarabağ — 1948-ci ildə çəkilmiş film. == Məzmun == Film Dağlıq Qarabağ Muxtar Vilayətinin 25 illiyinə həsr olunmuşdur.
Dağlıq Qarabağ (1977)
Dağlıq Qarabağ — 1977-ci ildə çəkilmiş film. == Məzmun == Televiziya filmi Dağlıq Qarabağ Muxtar Vilayətinə, onun tarixinə, sakinlərinə, mədəni həyatına, sənaye və kənd təsərrüfatına həsr olunmuşdur.
Dağlıq Qarabağ (dəqiqləşdirmə)
Dağlıq Qarabağ — Azərbaycan Respublikasının qərb bölgəsi. Dağlıq Qarabağ (film, 1948) — Azərbaycan filmi. Dağlıq Qarabağ (film, 1977) — Azərbaycan filmi.
Dağlıq Qarabağ Müharibəsi
Birinci Qarabağ müharibəsi — 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsi. Keçmiş DQMV-də Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin süqutunun yaxınlaşması səbəbindən fərqli istiqamətdə vüsət alaraq, etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və hətta etnik təmizləmə iddialarına səbəb olan qanlı toqquşmalarla müşayiət olunmuşdur. Baş verənlərin fonunda, keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan 1988-ci ildən başlamaqla Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı. Azərbaycanın ilk vaxtlarda əsas məqsədi separatçı hərəkatı məhv etmək, Ermənistanın niyyəti isə Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin bir hissəsini ilhaq etmək idi. Bu zaman kəsiyində, DQMV-nin yerli parlamenti DQMV-nin Ermənistanla birləşdirilməsinin lehinə səs verib, referendum keçirdi. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin referendumu boykotuna rəğmən erməni əsilli seçicilərin əksəriyyəti sözügedən aktın lehinə səs verərək münaqişənin yeni qarşıdurmalar fazasına keçid etməsini sürətləndirdi. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur. Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər. Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər uğursuz olmuşdur.
Dağlıq Qarabağ Respublikası
Qondarma Dağlıq Qarabağ Respublikası (erm. Լեռնային Ղարաբաղի Հանրապետություն, translit. Lernayin Ğarabaği Hanrapetut’yun) və ya rejimin özünü adlandırdığı kimi Artsax Respublikası (erm. Արցախի Հանրապետություն; — Beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasına aid, Cənubi Qafqazda dənizə çıxışı olmayan və Ermənistan Respublikası, Rusiya Federasiyası və Erməni Diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan keçmiş dövlət. 1991-2024-cü illər arasında tanınmamış respublika keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bəzi hissələrinə, o cümlədən mərkəz Xankəndinə nəzarət edirdi. Onun Ermənistana yeganə quru yolu eni 5 km olan Laçın dəhlizindən keçirdi. Rəsmi olaraq 10 noyabr 2020-ci ildə üçtərəfli atəşkəs bəyannaməsinə əsasən böyük hissəsində Azərbaycan Respublikası suveren nəzarəti bərpa etmişdir, bir hissəsinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. 28 sentyabr 2023-cü ildə, qondarma respublikanın "prezidenti" Samvel Şahramanyanın imzaladığı fərmana əsasən, 1 yanvar 2024-cü ildən etibarən idarə fəaliyyətində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilir və qondarma rejim fəaliyyətini dayandırır. == Qondarma rejimin elanı == 10 dekabr 1991-ci ildə azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum nəticəsinə görə "müstəqillik qərarı" alınmış və 6 yanvar 1992-ci ildə də "müstəqillik" rəsmən elan edilmişdir. Lakin Ermənistan Respublikası daxil, heç bir ölkə və ya beynəlxalq qurum qondarma rejimin müstəqilliyini tanımamışdır.
Dağlıq Qarabağ dramı
Dağlıq Qarabağ dramı (erm. Արցախյան դրամ) — Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi pul vahidi. DQR nümayəndələrinin məlumatlara görə, dram həmçinin Ermənistanda rəsmi ödəmə vasitəsidir. 1 dram 100 lumaya (erm. լումա) bərabərdir. Nominalın və tirajın məhdud olmasına görə kolleksiyaçı-numizmatların marağının özünə cəlb edir. Müəyyən səbəblərə görə real müraciətdə (həmçinin internet vasitəsilə) nominal dəyərdən çox bahalı olduğuna görə istifadə olunmurlar və satılırlar. Erməni dramı Dağlıq Qarabağ Respublikasının ərazisində əsas ödəmə vasitəsidir. Dağlıq Qarabağ dramı müəyyən nominala uyğun Ermənistan dramına bərabərdir. == Əsginaslar == Əsginaslar 2 və 10 nominallıq dramlarla buraxılmışdır.