Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Melita norwood
XX əsrin və ya son 100 ilin ən uzun müddət kəşfiyyat orqanına xidmət etmiş şəxs kimi də tanınmış, 35 il SSRİ təhlükəsizlik orqanlarına xidmət etmişdir. Hal-hazırda 90 yaşlı bu qadın Londonun cənubundakı kiçik evində yaşayır. Melita Norvud 1945-ci ildə SSRİ-yə ingilislərin əlindəki atom bombasının sirlərini verməklə 1 il sonra SSRİ-nin də "atom klubu"na üzv olmasında baş rol oynayan casus olaraq kəşfiyyat tarixinə keçmişdi. 1937-ci ildən 1972-ci ilə qədər SSRİ DTK-na xidmət edən bu qadının ifşa olunması isə 1992-ci ildə baş verir. Xanım Norvudun iç üzünü ortaya çıxaran isə 1992-ci ildə İngiltərəyə sığınan DTK arxiv idarəsində çalışan Vasili Mitroxin oldu. Mitroxinin iltica tələbinin qəbul olunmasını qarşılıqsız buraxmayaraq, aralarında Norvudun da olduğu bir çox İngiltərə vətəndaşı rus agentlərinin adını Mİ6 şeflərinə çatdırmışdı. Belə ki, xanım Norvud hər nə qədər elmi araşdırma mərkəzlərinin birində kiçik vəzifəli məmur olaraq çalışsa da, atom bombasının sirlərini təqaüdə çıxdığı 1972-ci ilə qədər ruslara ötürə bilmişdi. == 50 il davam edən casusluq == İngilis kəşfiyyatı onu 1940-cı illərdən etibarən izləməsinə rəğmən casus olmasını, ancaq iltica edən DTK üzvü sayəsində isbat edə bilmişdi. Casusluq karyerasına başladığında Londonun şimalındakı metal araşdırma şirkətində 5 il idi ki, katibə olaraq çalışırdi. Şirkət İngiltərənin nüvə silahlarını təkmilləşdirən önəmli araşdırmalar aparırdı.