Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yolağac
Yolağac — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 829 nəfərdir. Yerli məlumata görə, yaşayış məntəqəsini təqribən XVIII əsrin ortalarında Yardımlı rayonunun Bərcan və Lerik rayonunun Xanəgah kəndlərindən gəlmiş ailələr salmışlar. Oykonim haqqında iki fikir mövcuddur. Birinci fikrə görə, oykonim “yol kənarında ağac” mənasındadır. Yerli əhalinin məlumatına görə, Yardımlı rayonunun bir sıra kəndlərinin əhalisi son illərə qədər bu yoldan istifadə edir və həmin ağacın kölgəsində dincəlirdilər. İkinci fikrə görə isə, kəndin adı yol (tal, “böyük”, “hündür”) və ağac sözlərindən ibarət olub, “böyük, hündür ağac” mənasındadır. Məlumat verilir ki, kəndin qərb tərəfində böyük bir ağac varmış və kənd də həmin ağaca görə belə adlandırılmışdır.
Zolağac
Zolaxaç, Zolağac, Zolakar — Zolakar (erm. Զոլաքար), Ermənistanın Qeqarkunik vilayətində kənd. Çar Rusiyasının İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd olmuşdur Ermənistan SSR ALİ Soveti Rəyasət Heyətinin qərarı ilə 1935-ci ildə kənd ermənicə Zolokar adlandırılmışdır. 1948-ci ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. Zolaxaç GEOnet Names Server-də. World Gazeteer: Armenia – World-Gazetteer.com Report of the results of the 2001 Armenian Census, Ermənistan Respublikası Milli Statistika Xidməti Bredi Kislinq, Rediscovering Armenia, p. 46; original archived at Archive.org, and current version online on Armeniapedia.org.
Divağac
Divağac — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 123 nəfərdir. == Toponimiyası == Lerik rayonunun Qosmalyan inzibati ərazi vahidində olan bu kəndin əsl adı Divağaşdır. Bir sıra yerlərdə və ensiklopedik lüğətlərdə "Dibağac" kimi göstərilsə də bu kənddə yaşayan sakinlər bunun düzgün olmadığını bildirirlər. Kəndin yaşlı sakinləri bildirirlər ki,kəndin adı bu kəndin ilk sakini olan "Div Ağammədin" adı ilə bağlıdır.Div Ağaş,yəni,Div Ağammədin adı ilə bu kənd Divağaş adlandırılmışdır.Digər mənbələrdə isə kəndin adi "Dibağac" kimi gostərilmişdir .Oykonim dib (ətək, dağın Aşağı hissəsi) və ağac (meşə, ağaclıq) komponentlərindən düzəlib, "dağ ətəyində meşə" deməkdir.
Dorağacı
Dorağacı ya dor (nid. mast) — yelkənli gəmi konstruksiyasında şaquli bərkidilmiş dirək. Dorağacına adətən yelkən bərkidilir. Yelkənli gəmilər təkmilləşdikcə, yelkənlərin sayı artdıqca dorağacının sayı 2-yə, 3-ə bəzən 4-ə qədər atmışdır. Buxar mühərikli gəmilərdə dorağacı funksiyasını itirərək, metal qülləyə çevrilmiş olur. İlk yelkənli gəmilərin dorağacları bütöv bir ağac gövdəsindən hazırlanırdı. Dorağacının aşağı nisbətən qalın hissəsi bilavasitə qayığa ya gəmiyə bərkidilirdi. Dorağacı adətən yüngül oduncaqlı və şirəli şam ağacından: küknar, kedr ağaclarından hazırlanırdı. XVIII əsrdə dorağacı bir və iki dirəyin birləşdirici dəmir üzüklərlə bir-birinə pərçinlənməsi üsulu ilə hazırlanırdı. Yelkənli gəmlərin təkmilləşməsi ilə əlaqədar dorağacının sayı artıqca müxtəlifliyinə görə adlandırılmağa başlanılır.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Dolaşa
Dolaşa (lat. Coloeus monedula) (syn. lat. Corvus monedula) — qarğalar fəsiləsinin dolaşa cinsinə aid quş növü. Ənənəvi olaraq bu növü qarğa (Corvus) cinsinə aid etsələr də, müasir tədqiqatçılar dolaşanı dolaşa cinsinə aid edirlər. == Yarımnövləri == Corvus monedula monedula Linnaeus, 1758, Skandinaviyada yaşayır.. Corvus monedula spermologus (Vieillot, 1817). Qərbi və Mərkəzi Avropada yaşayır. Corvus monedula soemmerringii (Fischer, 1811). Şərqi Avropa, Ön və Mərkəzi Asiya.
Dolanan dağı
Dolanan – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli Ağsal şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Şahbulaq kəndindən 3 km şimalda dağ (hünd. 1660,3 m). Üst Permin Murqab regiomərtəbəsinə aid Şahbulaq lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən Qızılqaya-Dolanan sinklinalının nüvə hissəsində yerləşir. Zirvəsindən submeridional istiqamətli fay qırılması keçir. Yamaclarında şimal-şərq və şimal-qərbə uzanan qırılmalar müşahidə olunur. Yerli əhali bəzən dağı Dolanay dağı adlandırır.
Dolama (Urmiya)
Dolama (fars. دولاما‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (92 ailə).
Dolğan dili
Dolğan dili (Dolğanca: Haka tıla, saxa Dulğan tıla) — dolğanların dili, türk dillərindən biri. Rusiyanın Krasnodar diyarının Taymır rayonunda və Yakutiyanın Anabar ulusunda yayılıb. Danışanların təxmini sayı təqribən min nəfərdir (siyahıyaalma, 2010). == Adının mənşəyi == Adı yakutların Dolqan tayfasının adından yaranıb. == Təsnifatı == Türk dilləri qrupuna aiddir. Yakut dilinin dialektindən yaransa da, evenk dilinin təsiri böyükdür. == Dialektləri == Norilsk, payasin, xatanq və popiqay şivələri vardır. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Андросова С. И.: Долганский язык // Языки мира. Тюркские языки. М, 1997.
Labirintdə dolaşan (film)
Labirintdə dolaşan (ing. The Maze Runner) — Ceyms Daşnerin 2009-cu ildə yazdığı eyniadlı romanı əsasında rejissor Ues Balın 2014-cü ildə çəkdiyi elmi fantastika, distopiya, döyüş və triller janrlarındakı ABŞ filmidir. Baş rollarda Dylan O'Brien, Aml Ameen, Kaya Scodelario, Thomas Brodie-Sangster, Will Poulter və Ki Hong Lee oynamışdırlar. 18 sentyabr 2015-ci ildə onun davamı olan Labirintdə qaçış: Alovlu sınaq filmi buraxılmışdır. == Süjet xətti == Qleyd daş divarlarla əhatə olunmuş geniş ərazidir. Tomas qleydə buraxılanda digər oğlanlar kimi adından başqa heç nəyi xatırlamırdı. Qleyddəki Tomasdan başqa hamı oradan çıxmağın mümkün olmadığını düşünür. Tomas çıxış yolunu tapa biləcəyini düşünür; lakin bunun üçün beyninin dərinliklərindəki sirləri həll etməlidir.
Göyağac
Göyağac (Tikantəpə) — Təkab şəhristanı ərazisinə daxil olan kənd. Göyağac (Xudafərin) — Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Zolaxaç
Zolaxaç, Zolağac, Zolakar — Zolakar (erm. Զոլաքար), Ermənistanın Qeqarkunik vilayətində kənd. Çar Rusiyasının İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd olmuşdur Ermənistan SSR ALİ Soveti Rəyasət Heyətinin qərarı ilə 1935-ci ildə kənd ermənicə Zolokar adlandırılmışdır. 1948-ci ildə kəndin əhalisi Azərbaycana köçürülmüşdür. Zolaxaç GEOnet Names Server-də. World Gazeteer: Armenia – World-Gazetteer.com Report of the results of the 2001 Armenian Census, Ermənistan Respublikası Milli Statistika Xidməti Bredi Kislinq, Rediscovering Armenia, p. 46; original archived at Archive.org, and current version online on Armeniapedia.org.
Dördağac (Çaypara)
Dördağac (fars. دورت اغاچ‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (4 ailə).
Göyağac (Tikantəpə)
Göyağac (fars. گوي اغاج‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.557 nəfər yaşayır (298 ailə).
Göyağac (Xudafərin)
Göyağac (fars. گوی‌آغاج‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (9 ailə).
Dolqan dili
Dolğan dili (Dolğanca: Haka tıla, saxa Dulğan tıla) — dolğanların dili, türk dillərindən biri. Rusiyanın Krasnodar diyarının Taymır rayonunda və Yakutiyanın Anabar ulusunda yayılıb. Danışanların təxmini sayı təqribən min nəfərdir (siyahıyaalma, 2010). == Adının mənşəyi == Adı yakutların Dolqan tayfasının adından yaranıb. == Təsnifatı == Türk dilləri qrupuna aiddir. Yakut dilinin dialektindən yaransa da, evenk dilinin təsiri böyükdür. == Dialektləri == Norilsk, payasin, xatanq və popiqay şivələri vardır. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Андросова С. И.: Долганский язык // Языки мира. Тюркские языки. М, 1997.
Atilla Olgaç
Attila Olgaç (28 iyul 1944, Ankara) — Türkiyə teatr və serial aktyoru.
Attila Olgaç
Attila Olgaç (28 iyul 1944, Ankara) — Türkiyə teatr və serial aktyoru.
Taymır Dolqan-Nenes rayonu
Taymır Dolqan-Nenes rayonu — Rusiya Federasiyasının Krasnoyrsk diyarının şimalında bələdiyyə rayonu və xüsusi statuslu inzibatı-ərazi vahidi. Ərazisinə görə Rusiyanın ən böyük bələdiyyə rayonu. Ərazisi — 879900 km², əhalisi — 33 861 nəfərdir. İnzibati mərkəzi — Dudinka şəhəri.