Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adolf Dassler
Adolf "Adi" Dassler (3 noyabr 1900, Herzoqenaurax[d], Bavariya – 6 sentyabr 1978, Herzoqenaurax[d], Bavariya) — alman idman geyimləri şirkəti Adidasın təsisçisi. Pinəçi kimi fəaliyyətə başlamış, Birinci dünya müharibəsindən dönəndən sonra isə özünün yeni idman ayaqqabılarını anasının çamaşırxanasında hazırlamağa başladı. Onun ayaqqabı fabrikində işləyən atası Kristof və Zehlein qardaşları, Dassleri öz biznesini qurmağında dəstəklədi. 1924-cü ilin 1 iyulunda böyük qardaşı Rudolf Dassler, "Dassler qardaşları" ayaqqabı fabrikinə qoşuldu. 1928 yay Olimpiya oyunlarında Dassler bir çox idmançıları öz şirkətinin məhsulları ilə təmin etdi. Berlində keçirilmiş 1936 yay Olimpiya oyunları ərzində, Dassler ABŞ idmançısı Cessi Ouensi idman ayaqqabıları ilə təmin etdi. Cessi Ouensin geyindiyi Adidas idman ayaqqabıları, onun 4 qızıl medal qazanmasında mühüm rol oynadı. 1930-cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə, Dassler qardaşları Nasist partiyasına üzv oldular, daha çox Rudolf qatı nasional-sosialist olması ilə tanınmışdı. Rudolf ayaqqabıların layihəsini hazırlayar, Adolf Vermaxt üçün ayaqqabılar istehsal edərdi, lakin sonralar Nasist partiyasından uzaqlaşdı. Müharibə, qardaşlar arasında fərqləri kəskinləşdirdi.
Cek Rossiter
Cek Rossiter (13 iyun 1997) — Avstraliyalı atıcı. Cek Rossiter Avstraliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Cek Rossiter birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 612.4 xal toplayaraq 46-cı yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Messier 100
NGC 4321, Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Veronikanın Saçları bürcü istiqamətində yerləşir. SBbc tipli qalaktikadır. Fransız astronomu Pierre Mechain tərəfindən 1781-ci ildə 7.62 sm (3 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.
Messier 51
Messier 51 (M51, NGC 5194/95), Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. 30 milyon işıq ili uzaqlıqdadır və göy üzündə Tazılar bürcü istiqamətində yerləşir. Sbc tipli qalaktikadır. Fransız astronomu Çarlz Messier tərəfindən 1773-cü ildə 8.38 sm (3.3 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.
Messier 88
NGC 4501, Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Veronikanın Saçları bürcü istiqamətində yerləşir. Sb tipli qalaktikadır. Fransız astronomu Çarlz Messier tərəfindən 1781-ci ildə 8.38 sm (3.3 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.
Messier cisimləri
Messier cisimləri — Çarlz Messierin orjinalı 1771-ci ildə yayımlanan, Dumanlıq və ulduz qrupları (Catalogue des Nébuleuses et des Amas d'Étoiles") kataloqundakı səma cisimləridir. Bu kataloqun hazırlanma məqsədi, özü kimi kometa həvəskarlarına və digər astronavtlara, dəyişməyən göy cisimləri ilə hərəkətli göy cisimlərinin ayırd edilə bilməsinə kömək etməkdir. Bu katoloq, M1 olaraq adlandırılmış Xərçəng dumanlığından, Andromedanın yanındakı kiçik eliptik bir qalaktika olan M110-a qədər astronomik olaraq ən önəmli göy cismlərini ehtiva etməkdədir.
Rudolf Dassler
Rudolf Dassler (tam adı: Rudolf Christoph Dassler; 26 mart 1898, Herzoqenaurax[d], Bavariya – 27 oktyabr 1974, Herzoqenaurax[d], Bavariya) – Almaniyanın Puma idman şirkətinin qurucusu və Adidas şirkətinin qurucusu Adolf Dasslerin böyük qardaşıdır. Qardaşlar "Dassler Qardaşları Ayaqqabı Fabrikinin" ortaqları idi. Rudolf 1924-cü ildə bu şirkətə qatıldı. Ancaq qardaşlar İkinci Dünya müharibəsindən sonra rəqib oldu və 1948-ci ildə hərəsi öz şirkətini açdı. Rudolf həm də, İspan, Fransız, Rus, Rumın, Portuqal, İtalyan, Polyak, Çex, Bolqar, İsveç, Danimarka, Norveç, Fin, Bosniya Xorvat, Serb, Sloven və Macar dillərini də bilirdi. == Həyatı == Rudolfun kiçik qardaşı Adolf Dassler, II Dünya Müharibəsindən döndükdən sonra anasının mətbəxində idman ayaqqabıları istehsal etməyə başladı. Atası Kristof ayaqqabı fabrikasında işləyirdi. Onların dəmirçi mağazasında Adolf öz işinə başlamışdır. 1924-cü ildə Rudolf Gebrüder Dassler Schuhfabrik (Dassler Brothers Ayaqqabı Fabriki) halına gələn biznesə qoşulmuşdur. 1930-cu illərdə Adolf Hitlerin göstəri ilə Dassler qardaşları Nazi Partiyasına qoşulublar.
Çarlz Messier
Şarl Messye (fr. Charles Messier; 26 iyun 1730[…] – 12 aprel 1817[…], Paris) — fransız astronom. 1774-cü ildə dumanlıqlar və ulduz topaları kimi 45 dərin kosmos cismindən ibarət olan bir kataloq dərc elədi. Bu kataloqun hazırlanma məqsədi, özü kimi kometa həvəskarlarına və digər göyüzü müşahidəçilərinə, dəyişməyən göy cisimləri ilə hərəkətli göy cisimlərinin ayırd edilə bilinməsinə köməklik etməkdi. 1781-ci ildə 110, "Messier cisimlərini" əhatə edəcək formada genişləndirildi. M1-dən M110-a qədər bu cismlər, günümüzdə hələdə yüksək nisbətdə istifadə edilməkdədir. Bu katoloq, M1 olaraq adlandırılmış Xərçəng dumanlığından, Andromedanın yanındakı kiçik eliptik bir qalaktika olan M110-a qədər astronomik olaraq ən önəmli göy cismlərini ehtiva etməkdədir. Messier marafonlarında həvəskar kosmonavtlar, çoxluqla şərtlərin daha uyğun olduğu mart ayında, bu 110 göy cismini günbatışından gündoğuşuna qədər keçən bir gecə içərisində müşahidə etməyə çalışarlar. Aydakı Messier krateri və 7359 Messier meteoru, onun şərəfinə adlandırılmışdır.
Euseius dossei
Euseius dossei (lat. Euseius dossei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Typhlodromus dossei
Typhlodromus dossei (lat. Typhlodromus dossei) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus dossei Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Dosso Dossi
Dosso Dossi (it. Dosso Dossi, əsl adı it. Giovanni di Niccolò de Luteri; ən tezi 1480 və ən geci 1490 – avqust 1542, Ferrara) — İntibah dövrünün italyan rəssam və qravür ustası, Ferrara məktəbinin ən görkəmli nümayəndəsi. == Bioqrafiya və yaradıcılıq == Dossi, Lorenzo Kostanın yanında və Corconenin emalatxanasında tələbə olub, Venesiya rəssamlarının təsiri altında rəssam kimi formalaşmışdı. Bellini, Tisian, Romanino ilə birgə işləmişdi. 1516-cı ildən — Ferrara sarayının saray rəssamı olmuşdu. Dossi demək olar ki, bütün ömrünü Este hersoqlarının — I Alfonso d'Este, II Erkole d'Estenin — xidmətində idi, amma bu xidmət yalnız rəsmlə kifayətlənmir, həm də diplomatik tapşırıqların yerinə yetirilməsini də nəzərdə tuturdu. Dosso, qardaşı Batista ilə birlikdə hersoqlar üçün mifoloji əsərlər, portretlər yaradır, saraylar, qalaların divarları üçün dekorativ freskalar çəkirdi. Rəssamın əsərləri və freskaları demək olar ki, günümüzə qədər qalmamışdır. Dossinin işinin ən maraqlı tərəfi onun bəzən rəsmdə hakim mövqe tutan genişlənmiş peyzaj fonuna olan marağıdır.
Rosa Maria Rössler
Roza Mariya Rössler (alm. Rosa Maria Rössler‎; 1901 – 1954) — Avstriya əsilli həkim. == Erkən həyat == O, Jozef və Maria Vimmerin qızı idi. Rosa Maria Rössler orta təhsilini 1920-ci ildə Gmundendə başa vurdu. O, əvvəlcə Qrats Universitetində, sonra isə Vyana Universitetinin Tibb Fakültəsində təhsilini tamamladı. Həmçinin, ixtisası üzrə İnsbruk Universitetində tibb təhsilini davam etdirib. 20 iyul 1927-ci ildə Vyana Universitetində bütün tədris prosesi başa çatdı. 1935-ci ildə nasist rejiminin tətbiqləri nəticəsində Avstriyanı tərk etmək məcburiyyətində qaldı. == Türkiyə illəri == Rössler Türkiyəyə ilk dəfə 1934-cü ildə gəldi, lakin 1937-ci ildə daimi yaşayış yerini təmin edə bildi. İstanbul Universiteti Tibb Fakültəsində işləməyə başladı.
Roza Mariya Rössler
Roza Mariya Rössler (alm. Rosa Maria Rössler‎; 1901 – 1954) — Avstriya əsilli həkim. == Erkən həyat == O, Jozef və Maria Vimmerin qızı idi. Rosa Maria Rössler orta təhsilini 1920-ci ildə Gmundendə başa vurdu. O, əvvəlcə Qrats Universitetində, sonra isə Vyana Universitetinin Tibb Fakültəsində təhsilini tamamladı. Həmçinin, ixtisası üzrə İnsbruk Universitetində tibb təhsilini davam etdirib. 20 iyul 1927-ci ildə Vyana Universitetində bütün tədris prosesi başa çatdı. 1935-ci ildə nasist rejiminin tətbiqləri nəticəsində Avstriyanı tərk etmək məcburiyyətində qaldı. == Türkiyə illəri == Rössler Türkiyəyə ilk dəfə 1934-cü ildə gəldi, lakin 1937-ci ildə daimi yaşayış yerini təmin edə bildi. İstanbul Universiteti Tibb Fakültəsində işləməyə başladı.