DÖŞÜRMƏK

f. Toplamaq, cəm etmək, yığmaq, yığışdırmaq.
Dərviş Məstəlişah cəld taxta parçaları döşürüb, töküb xurcuna, atır çiyninə, girir yükün qabağından asılan pərdənin dalısına, gizlənir. M.F.Axundzadə.
Şərqli uşaqlar … qapı-bacanızda konserv qutuları, papiros kötükləri döşürmək istəməyir. O.Sarıvəlli.

// Yığmaq, dərmək, dərib toplamaq.
Bir tərəfdən də qadınlar, çocuqlar otların arasından çiyələk döşürüb orada-burada qurumuş otlardan qotman vururlar. A.Şaiq.
Sadə biyanlardan döşürüb dərdik. S.Vurğun.
Adam var dolanar səhranı, düzü; Adam var döşürər gülü, nərgizi. Aşıq Abbas.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖŞÜRMƏK toplamaq — yığmaq — dərmək
DÖŞÜRMƏ
DÖŞÜRÜLMƏ

Digər lüğətlərdə

идио́т кли́нопись отпра́шиваться самообразова́тельный сап вы́слушать га́же забо́ристо каллигра́фический прицепно́й скосоры́литься уменьшиться choregy chose jugée distortionless filling station hallucinate self-digestion shrewdness squireen unbelt возвышаться врать крупнотоннажный летописец