Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ADDY
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. == Azərbaycanda dəmiryolu tarixi == === 1878–1917 === Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
Eddi
Eddi — ad. Eddi Albert — ABŞ aktyoru. Eddi İsrafilov — Azərbaycan futbolçusu. Eddi Mörfi — ABŞ aktyoru. Eddi O'Hara — Şotlandiya futbolçusu. Eddi Redmeyn — Britaniyalı aktyor.
Edda Művek
Edda Művek — Macarıstan rok qrupu. == Tarixi == József Halász "Edda Művek" qrupunu 1973-cı ildə Miskolc. "Edda Művek" müasir mahnı yaradıcılığından məharətlə istifadə etdiyi üçün öz ətrafına xeyli pərəstişkar toplaya bilir. == Heyət == Attila Pataky – vokal István Alapi – solo gitara László Kicska – bass gitara Zsolt Gömöry – klaviatura alətləri Zoltán Hetényi – zərb aləti == Diskoqrafiya == === Studiya albomları === 1980 – Edda Művek 1. 1981 – Edda Művek 2. 1983 – Edda Művek 3. 1986 – Edda Művek 6. 1988 – Változó idők 1988 – Pataky-Slamovits 1989 – Szaga van! 1990 – Győzni fogunk 1991 – Szélvihar 1992 – Edda Művek 13. 1993 – Elveszett illúziók 1994 – Sziklaszív 1997 – Edda 20.
Eddi Albert
Eddi Albert (ing. Eddie Albert; 22 aprel 1906[…] – 26 may 2005[…], Pasifik-Paliseyds[d], Kaliforniya) — ABŞ aktyoru. == Həyatı == Eddi Albert 22 aprel 1906-cı ildə əslən Almaniyadan olan emiqrant ailəsində anadan olmuşdur. Kiçik yaşlarında bu ailə Minnesotaya köçmüşdür. Birinci dünya müharibəsi zamanı soyadı – Haymberger məktəbdə ona bəzi xoşagəlməzliklər yaşadıb. Yoldaşları ona düşmən kimi baxırdılar. 6 yaşında ikən qəzetpaylayan kimi işləsə də, artıq 14 yaşında isə Eddi teatr dərnəyinə yazılmışdır. Dərnəkdə onunla bir sinifdə gələcəkdə Enn Sotern kimi şöhrət qazanacaq aktrisa Harriett Leyk təhsil alırdı. 1924-cü ildə məktəbi bitirən Eddi, Minnesota ştatının universitetlərinin birində iqtisadiyyatı öyrənməyə başlayır. Lakin 1929-cu ilin birja iflasından sonra onun ixtisasına uyğun iş yeri tapılmadı.
Eddi Merks
Edouard Louis Joseph, Baron Merckx (Hollandca tələffüz : [ɛmɛrks]; Fransız dili: [m ]ks]; 17 iyun 1945[…]) — Eddi Merks kimi daha yaxşı tanınan, Belçikalı keçmiş peşəkar yol və velosiped yarışçısı.11 Böyük Tur (Fransa, Beş Turiya, İtaliya və İspaniya turu), üç Dünya çempionatı və saat rekordu qazanıb. == Həyatı == Meensel-Kiezegem, Brabant, Belçikada anadan olub, valideynlərinin ərzaq mağazası işlədiyi Sint-Pieters-Woluwe-də böyüdü. O, bir neçə idman növü ilə məşğul olsa da, əsl həvəsini velosiped sürməkdə tapıb. Merckx ilk velosipedini üç və ya dörd yaşında aldı və ilk yarışında 1961-ci ildə yarışdı. Onun ilk qələbəsi 1961-ci ilin oktyabrında Petit-Enghien-də oldu. Həvəskar yarışçı kimi səksən yarış qazandıqdan sonra 29 aprel 1965-ci ildə Solo-Superia ilə müqavilə bağlayaraq peşəkar oldu. Onun ilk böyük qələbəsi bir il sonra, Peugeot-BP-Michelin-ə keçdikdən sonra Milan-San Remoda gəldi. 1967 mövsümündən sonra Merckx Faema'ya köçdü.İlk Grand Tour qələbəsi olan Giro d'İtalia-nı qazandı. 1970-1974-cü illər arasında Merckx dörd dəfə Grand Tour dublunu tamamladı. Onun son dubl, həmçinin UCI Yol üzrə Dünya Çempionatında elit kişilərin şose yarışında qalib gəlməsi ilə üst-üstə düşdü və onu velosiped idmanında Üçlü Tac qazanan ilk atlı etdi.
Eddi Mörfi
Edvard Riqan Mörfi (ing. Edward Regan Murphy; 3 aprel 1961[…], Bruklin, Nyu-York ştatı) – Amerikalı aktyor, prodüser, rejissor, ssenarist və müğənni. 2007-ci ildə "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür. == Həyatı == Eddi Mörfi 1961-ci ildə Bruklinin Buşvik məhəlləsində anadan olmuşdur. Anası Lillian telefon operatoru, atası Çarlz Edvard isə nəqliyyatda polis məmuru, həvəskar aktyor və komik olub. Atası 1969-cu ildə qətlə yetirilmişdi. Eddi və böyük qardaşı Çarli Ruzveltlə birlikdə Nyu-Yorkda yaşamışlar. Eddinin ögey atasıının adı Vernon Linçem olmuşdur. Ögey atası dondurma zavodunda usta vəzifəsində işləyirdi. Eddi Mörfi kino karyerasına 1975-ci ildə başlayıb.
Eddi Redmeyn
Edvard Con Devid "Eddi" Redmeyn (ing. Edward John David «Eddie» Redmayne; 6 yanvar 1982[…], London) — britaniyalı aktyor, model və müğənni. O, "Hər şeyin nəzəriyyəsi" filmin məşhur fizik-nəzəriyyətçi Stiven Hokinqin rolunda çəkilərkən dünya şöhrətini qazanıb və kino tənqidçilərin tərəfindən yüksək qiymətləndirilmişdir. Ən yaxşı kişi roluna görə "Oskar" mükafatın laureatı Britaniya kino akademiyasının və "Qızıl qlobus" mükafatların sahibi, həmçinin "Toni" teatr və Lourens Olivye mükafatların laureatı. 2015-ci ildə aktyor dram janrın inkişafında görkəmli xidmətlərinə görə Britaniya İmperiyasının Ordenin zabiti təyin olunmuşdur.
Eddi Silvestre
Eddi Silvestre Neqadi (29 avqust 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Silvestre Marsel akademiyası vasitəsilə inkişaf etmişdir. 22 iyun 2017-ci ildə Silvestre Liqa 1 təmsilçilərindən olan Nitsa klubu ilə müqavilə imzalamışdır. O, öz peşəkar karyerasında debütünü 22 dekabr 2018-ci ildə Strasburq klubuna qarşı oyunda etmişdir. O, 67-ci dəqiqədə Adrien Tamezeni əvəz etmişdir. Liqa 1 görüşündə Nitsa rəqibinə 0-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Silvestre Fransada anadan olmuşdur. Valideynləri isə Əlcəzair vətəndaşlarıdır.
Eddi Törnbull
Edvard Hanter Törnbull (ing. Edward Hunter Turnbull; 12 aprel 1923, Folkirk, Sterlinqşir[d] – 30 aprel 2011) — Şotlandiya futbolçusu və məşqçi. O, "Hibernian" klubu və Şotlandiya millisinin hücumçusu idi, bundan əlavə o, klubun "Famous Five" adlı hücum xəttinin bir hissəsi idi. Oyunçu karyerasını bitirdikdən sonra, o, "Aberdin" və "Hibernian" klublarında böyük nailiyyətlər qazanaraq uğurlu məşqçi karyerası yaşamışdır. == Öncəki həyatı == Törnbull İkinci Dünya müharibəsi zamanı Krallıq donanmasının heyətində idi. 2015-ci ilin noyabr ayında ona ölümündən sonra "Arctic Star" hərbi kampaniya medalı ilə təltif edildi. == Futbolçu karyerası == Müharibə sona çatdıqdan sonra 23 yaşlı Eddi peşəkar futbolda debüt etdi. 1940–1950-ci illərdə o, Qordon Smit, Bobbi Conston, Lori Raylli və Villi Ormond ilə birgə "Hibernian" klubunun məşhur 5-li hücum xəttini təşkil edirdi. "Hibernian"ın heyətində onlar 5 dəfə Şotlandiya çempionatının qalibi olmuşdular. 1955-ci ildə isə o, Avropa klub yarışlarında qol vuran ilk Britaniyalı oldu.
Eddi İsrafilov
Eddi İsrafilov (2 avqust 1992) — azərbaycanlı futbolçu. Hal-hazırda Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubuna məxsusdur. 2015-ci ilin yanvarında Azərbaycan millisində çıxış etməyə razılıq verib. == Həyatı == Eddi İsrafilov 2 avqust 1992-ci ildə İspaniyanın Almeriya bölgəsində Roketas de Marda anadan olmuşdur. Onun atası anqolalıdır, anası İradə İsrafilova isə azərbaycanlıdır. Atası Bakıda ali təhsil alan zaman anası ilə tanış olub. Eddi rus, ingilis və ispan dillərində danışsa da, Azərbaycan dilini bilmir. == Klub karyerası == Eddi 2005-ci ildə 13 yaşında Milanın Futbol Akademiyasına qoşuldu, ancaq iki il sonra "La Moyenera" klubuna keçdi. 2010-cu ilin yayında Eddi "Real Mursiya" komandasına qoşuldu. Eddi komandada debütünü 8 may 2011-ci ildə etdi.
Emil Edde
Emil Edde (ərəb. إميل أده‎; 5 may 1883, Dəməşq – 27 sentyabr 1949) — Livanlı maruni siyasətçi. Livanın baş naziri və prezidenti olmuşdur. == Erkən həyatı == Emil Edde 1883-cü (bəzi mənbələrə görə 1886-cı) ildə Dəməşqdə dünyaya gəlmişdir. Babası və atası Fransa konsulluğunda tərcüməçi işləyirdilər. Orta təhsilini Beyrutdakı yezuitlər məktəbində almış, 1902-1909-cu illərdə Eks-an-Provansda yaşamışdır. Atasının səhhəti ilə əlaqədar Beyruta qayıtmalı olmuş və orada vəkil kimi çalışmışdır. 1913-cü ildə Raymon, 1917-ci ildə Andre, 1921-ci ildə Pyer adlı oğulları dünyaya gəlmişdir. == Hərbi xidməti == Birinci Dünya Müharibəsi zamanı Misir cəbhəsində vuruşmuş Emil Edde Fransa ordusunun suriyalı və livanlı könüllülərdən ibarət Şərqi Legionunun (Légion d’Orient) yaradıcılarından biri olmuşdur. Sözügedən legion Livan hərbi qüvvələrinin təməli sayılır.
Kiçik Edda
Kiçik edda (isl. Snorra Edda) — Snorri Sturlusonun 1220-ci ildə İslandiyada qələmə aldığı əsər. Nəsr eddası, Snorrinin eddası olaraq da bilinir. Nəzm eddası ilə bərabər German-skandinav mifologiyasının öyrənilməsində ən böyük qaynaqdır. == Hissələr == === Giriş === Odin və digər tanrıların Troyadan şimala köçən sadə insanlar olduğu haqda hekayədən bəhs olunur. Onların üstün mədəniyyət və texnologiyaya sahib olmasının tanrılar kimi görünməsinə səbəb olduğu qeyd olunur. Onların ölümündən sonra qəbrinə ziyarət edənlərin tanrılaşdırdıqlarından bəhs olunur. === Gylfaginning === Gylfaginning (azərb. Gilvenin fırıldağı‎) dünyanın yaradılışı və məhv olunması haqda hissədir. Təqribən 20000 sözdən ibarətdir.
Eddi Qordo
Eddi Qordo (ing. Eddy Gordo) — Tekken video oyun seriyasındakı personaj. == Haqqında == === Tekken 3 === Eddi Braziliyanın ən zəngin ailələrindən birində anadan olub. Uşaqlıqdan bilirdi ki, böyüyəndə atasının işini idarə edəcək. Bir gün məktəbdən evə qayıdan Eddi atasını ölümcül vəziyyətdə tapır. Ölüm ayağında olan atanın deyə bildiyi son şey oğlunun günahı öz üzərinə götürməsini xahiş etməsi oldu. Törətmədiyi bir qətlə görə həbsxanada olarkən Eddi böyük gücə malik köhnə kamera yoldaşına diqqət edirdi. Məlum olub ki, bu adam Braziliya döyüş sənəti olan kapoeyra ilə məşğul olub . Eddi onun tələbəsi oldu və 8 il ərzində kapoeyra üzrə yüksək məharət əldə etdi. Qəhrəman həbsdən çıxandan sonra atasının qatillərini tapmağa qərar verir.
Edda Művek 1.
Edda Művek 1. ― Edda Művek albomu.
Eddi O'Hara
Eddi O'Hara (28 Oktyabr 1943 – 14 Oktyabr 2016) — Müdafiənin sol cinahında çıxış etmiş Şotlandiya futbolçusudur. == Karyerası == Eddi O'Hara Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur. O'Hara Falkirk, Şettleston, Roterham Yunayted, Everton, Morotn, Barnsli və Bloemfonteyn Siti klublarında çıxış etmişdir. == Ölümü == O'Hara uzun sürən xəstəlikdən sonra 14 oktyabr 2016-cı ildə 80 yaşında vəfat etmişdir.
Edgy (video oyun)
ADDA
Azərbaycan Dövlət Dəniz Akademiyası — Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) strukturuna daxildir. Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli, 197 nömrəli qərarı ilə Elm və Təhsil Nazirliyinin Dəniz Balıq Sənayesi Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Dənizçilik Kolleci adlandırılıb. == Haqqında == Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Diplomu dünyanın 170-dən çox ölkəsi tərəfindən tanınan Akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının, Sankt-Peterburq şəhərindəki admiral S.O.Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti yanında fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin Tədris-Metodiki Şurasının üzvüdür, Xəzəryanı dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və dünyanın 11 ölkəsinin 18 universiteti ilə ikitərəfli əməkdaşlıq edən ali təhsil müəssisəsidir. Akademiya Rusiyanın admiral S.O. Makarov adına Dövlət Dəniz və Çay Donanması Universiteti, Həştərxan Dövlət Texniki Universiteti, F.F. Uşakov adına Novorossiysk Dövlət Dəniz Universiteti, Nevelski adına Dövlət Dəniz Universiteti, Polşanın Şetsin Dəniz Akademiyası, Latviya Dəniz Akademiyası, Estoniya Dəniz Akademiyası TTU, Çernoqoriyanın Monteneqro Dövlət Universiteti, Bolqarıstanın Varna Texniki Universiteti, Ukraynanın Admiral Makarov adına Milli Gəmiqayırma Universiteti, Getman Petr Konaşeviç-Saqaydaçnı adına Kiyev Dövlət Su Nəqliyyatı Akademiyası, Odessa Milli Dəniz Universiteti, Qazaxıstanın Ş. Esenov adına Kaspiysk Dövlət Texnologiya və Mühəndislik Universiteti, Gürcüstanın Batumi Dəniz Akademiyası və Batumi Naviqasiya Tədris Universiteti, Litvanın Klaypeda Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti kimi Ali Təhsil Müəssisələri ilə aktiv əməkdaşlıq edir. Eyni zamanda, ADDA Litvanın İnformacine Raida və Türkiyənin “Turksen Eğitim Ltd” beynəlxalq şirkətləri ilə sıx əlaqələr qurub. Akademiya 2002-ci ilin oktyabrından etibarən davamlı olaraq dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001:2000 Beynəlxalq standartı ilə işləyib və 2010-cu ildən Akademiyada İSO 9001:2008 keyfiyyətin menecmenti sistemi tətbiq edilib. 2018-ci ilin fevral ayından Akademiya keyfiyyətin menecmenti sisteminin İSO 9001:2015 standartının yeni sertifikatı ilə işləyir. 2016-cı ilin fevralından dünyanın nüfuzlu təsnifat cəmiyyətlərindən olan Amerika Gəmiçilik Bürosunun (ABŞ) TTM-də apardığı beynəlxalq auditin nəticələri əsasında ABŞ-nin “Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları”na uyğunluğu təsdiqlənib və beləcə Akademiya 2016-cı ildə ABŞ-nin uyğunluq sertifikatını əldə edib.
Cedey
Demy
Dimitra Papadea (yun. Δήμητρα Παπαδέα; 21 avqust 1991, Afina) və ya səhnə adı ilə Demy — Yunanıstan müğənnisi. O, Yunanıstanın Panik Record albom şirkəti ilə uzun müddətlik anlaşma imzalamışdır. İndiyə kimi müğənninin iki studio albomu işıq üzü görmüşdür; 2012-ci ildə "#1" albomu və 2014-cü ildə "Rodino Oniro" albomu. 2017-ci ildə Demy bütün ingilis dilində olan mahnılarından təşkil olunmuş albom buraxmışdır. Müğənninin Yunanıstan hit paradlarında yer alan səkkiz ədəd nömrə 1 mahnısı və iki ədəd nömrə bir albomu olmuşdur. Karyerasının başlanğıcından indiyədək Demy 30 dəfə Yunanıstanın məşhur MAD Video Music Awards mükafatlandırma mərasimində mükafata namizəd göstərilmiş və ümumilikdə 11 mükafat qazanmışdır. Bu mükafatlardan ikisi "Ən yaxşı yeni ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyaları üzrə əldə edilmişdir. Demy Yunanıstan üzrə 4-cü ən çox mükafat qazanmış müğənnidir. Demy eyni zamanda "Ən yaxşı Yunan ifaçısı" kateqoriyasında MTV Europe Music Awards mükafatı qazanmışdır.
EBay
eBay — internet üzərindəki ən böyük hərrac üsulu alver saytıdır. 1995-ci ildə İran əsilli Pyer Omidyar tərəfindən qurulmuşdur. Şirkət mərkəzi Amerika Birləşmiş Ştatları ilə yanaşı Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Honq Konq, Hindistan, İran, İrlandiya, İtaliya, Koreya, Malayziya, Meksika, Niderland, Yeni Zelandiya, Filippin, Sinqapur, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə və Türkiyədə də fəaliyyət göstərməkdədir. Satıcı və alıcı arasında, məhsulu saytında nəşr edərək, vasitəçilik etməkdədir. Satılacaq məhsul üçün əvvəl siyahılama pulu və əgər məhsul satılsa bir də satış qiyməti üzərindən kəsilmə olmaq üzrə satıcını qiymətləndirər. Alıcı bağlanış qiyməti və ifadə edilən məktub ödənişi xaricində bir ödəniş ödəməz. Beynəlxalq pul göndərmək üçün ödəmə şəklinə və tərzinə görə vasitəçi təşkilata pul ödəmək lazım gəlmir. Ən məşhur ödəmə şəkli PayPal olmaqla birlikdə Western Union, kredit kartları və banklar arası pul transferi də bəzi satıcılar tərəfindən qəbul edilməkdədir. eBayda hər məhsulun satıcısı fərqli olduğundan hər təqdim edilən məhsulun tərifi və ödəmə şəkli müxtəlifdir. Ən çox problem bu sahədə olmaqla birlikdə, məktubda itmə və zərər görməyə qarşı sığorta, əgər təqdim edilmişsə, əlavə olunması tövsiyə edilər.
Ecey
Ecey - türk və altay mifologiyasında yer üzündəki ilk qadın, Həvva. Ece, Ece, Eje də deyilir. Törüngəyin yoldaşıdır. Şumerlerdeki Ecem (Kraliça Tanrıçası) ilə də əlaqəlidir. Adəm isə Əlley (və ya Törüngəy) olaraq bilinir. İlk insan (ilk kişi və ilk qadın) anlayışlarına bütün mədəniyyətlərdə maraq eşidilmişdir, çünki insanın yer üzündə nə vaxt və necə var olduğu sualı daim maraq edilmişdir. == Etimologiya == (Ec/Eç/Eş) kökündən törəmişdir. Şumer mənşəli olduğu deyilməkdədir. Türkcədə böyük bacı, kraliça mənaları vardır. Türkcədə "Eş" kökünü də işarə edər.
Edam
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Edip
Edip (yun. Οἰδίπους, Oidípous, lat. Oedipus) yunan mifologiyasına görə Fiv çarı, Lay və İokastanın oğlu. Yunan qəhrəmanlarından ən tragik personajı Kadma nəslindən olan Edipdir. Polidoranın nəvəsidir. == Mənşəyi == Lay çar taxtına oturduqdan sonra İokastaya evlənir. İllər keçsə də onların uşağı olmur. Çar Delfi peyğəmbərinə müraciət edir. Peyğəmbər ona övladsız qalmağı məsləhət görür. Oğlu olarsa öldürüb onun taxtına sahib olacağını deyir.
Edfu
İdfu (ərəb. إدفو‎) - Misirin cənub hissəsində, Nil çayının sahilində yerləşən şəhər. Nil çayının qərb sahilində Esna və Avan şəhərlərinin arasında yerləşir. Əhalisi 60 min nəfərə yaxındır. İdfu şəhəri eyni adlı Qədim Misir dövrünə aid məbədin şəhər yaxınlığında yerləşməsi ilə tanınmışdır. İdfu məbədi Qədim Misirə aid məbədlər arasında ən yaxşı vəziyyətdə olan ikinci məbəd hesab olunur. Məbədin 50 metr qərb tərəfində Tell İdfu olaraq adlandırılan qədim yaşayış yeri aşkar olunmuşdur. Şəhərin 5 km şimal hissəsində kiçik pilləkənli piramidaların xarabalıqları aşkarlanmışdır.
Cədəy
Cədəy xan — türk və altay mifologiyasında keşikçi tanrı. Şedey (Şaday, Çaday) Xan olaraq da bilinir. Altındağın (qızıl dağ) qoruyucusudur. Yeddi iti vardır. İtləriylə birlikdə Altındağa gedən yolu qoruyar. Başında tolgası (dəbilqəsi) ilə təsvir olunur. Qaya qapısı adlı yer altı keçidinin başında dayanmaqdadır. Bu qapı böyük bir dənizin kənarındadır. Zəncirlərlə bağlanmış yeddi azğın iti Ağ Dənizin kənarında qiyamət gününü gözləyir. Bəzən yer üzündə pisliklərə səbəb olduğu deyilər.