ƏDƏB

is. [ ər. ] Əxlaq qaydalarına riayət, əxlaq və hərəkətdə, danışıqda nəzakət, incəlik; tərbiyə. Ədəb qaydaları. – Ədəbi kimdən öyrəndin? – Biədəbdən. ( Ata. sözü ).
Ədəbdən, elmdən gər feyzyab olsa əvamünnas; Düşər tənü şərəfdən mollalar, işanlar, insanlar. M.Ə.Sabir.
Baxdıqca onun marağı artır; Elmə, ədəbə, kitaba hərdəm. A.Səhhət.
[Müəllim:] Özümdən ədəb və nəzakət xaricində heç bir hərəkət baş verməmişdi. S.Hüseyn.

// Utancaqlıq, həya. Üzündən ədəb yağır.
// Hörmət, ehtiram, sayğı.
[Məhbub xanım] ədəb salamını yerinə yetirib dayandı. (Nağıl).
Təzə gəlinlər, cavan qızlar [Sara xanımın] yanına girə bilməzdi: ədəb, həya, hörmət vardı. Qantəmir.

Ədəblə şəklində zərf – hörmətlə, ehtiramla. Ədəblə danışmaq. Ədəblə cavab vermək.
– Tülkü görcək yavaş-yavaş gəldi; Endirib baş, ədəblə çömbəldi. M.Ə.Sabir.
Uşaq cürətlənib hərəkətə gəldi, irəli yeridi, əllərini yanına salıb ədəblə salam verdi. Mir Cəlal.
Qoçaq əsla tələsmədən əti götürdü və biriki addım kənara çəkilib ədəblə gəmirməyə başladı. M.Rzaquluzadə.

□ Ədəb gözləmək – əxlaq, tərbiyə, nəzakət, hörmət qaydalarına riayət etmək; öz hərəkət və sözlərində tərbiyəli, nəzakətli olmaq.
Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi! Lal ol, a balam, başlama fəryadə, əkinçi! M.Ə.Sabir.
Talıb xan … ədəb gözləyən yasovulun açılışmağının səbəbini yaxşıca anlamağa başlayırdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏDƏB nəzakət — incəlik — tərbiyə
  • ƏDƏB ədəb bax tərbiyə 1; qanacaq 1

Antonimlər (əks mənalı sözlər)

  • ƏDƏB ƏDƏB – QABALIQ Təzə gəlinlər, cavan qızlar yanına girə bilməzdi; ədəb, həya, hörmət vardı (Q.Qantəmir); Bax, mən gəncliyin bu qabalığı ilə razılaşa bi
ƏDƏ
ƏDƏB-ƏRKAN
OBASTAN VİKİ
Ədəb
Ədəb (dəqiqləşdirmə)
Ədəb – İslam dinində etiket
Ədəb (qəzet)
"Ədəb" — Cənubi Azərbaycanda dərc olunmuş qəzetlərdən biri. == Tarixi == Qəzet Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Sadiq xan Fərəhani tərəfindən 1898-ci ildə Təbrizdə çap olunmuşdur. O, sonralar qəzetin, tək Cənubi Azərbaycanda deyil, İranın Məşhəd və Tehran şəhərlərində də çap olunmasına nail olur. == Fəaliyyəti == Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi.
Dünya uşaq ədəbiyyatı kitabxanası
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik) — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin Azərbaycan dilində 50 cildlik nəşri.
Dünya uşaq ədəbiyyatı kitabxanası (50 cildlik)
Dünya uşaq ədəbiyyatı kitabxanası — Gənclik Nəşriyyatı tərəfindən 1982-1990-cı illər arasında dərc olunan, Azərbaycan dilində (kiril əlifbası ilə) 50 cildlik uşaq kitabları seriyası. == Kitabların siyahısı == == Mükafatlandırma == Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 351 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin bir qrupuna Azərbaycan Respublikasının aşağıdakı fəxri adları verilmişdir: "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" Orucov Hidayət Xuduş oğlu — "Gənclik" nəşriyyatının baş redaktoru. "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" Aslan Şahvələd oğlu Quliyev — 26 Bakı komissarı adına mətbəənin direktoru; Çingiz Əli oğlu Əliyev — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Məsudə Eyvaz qızı Zeynalova — "Gənclik" nəşriyyatının redaksiya müdiri; Qurbanəli Əliağa oğlu Məmmədov — Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi nəşriyyatlar idarəsinin rəisi; Nadir Hacıməmməd oğlu Rəhimov — "Gənclik" nəşriyyatının keçmiş bədii rəhbəri, "Şərq-Qərb" nəşriyyatının baş rəssamı; Reyhan Ələkbər qızı Salamova — pensiyaçı, "Gənclik" nəşriyyatının keçmiş tərcüməçi-redaktoru; Nəriman Veysəl oğlu Süleymanov — "Gənclik" nəşriyyatının böyük texniki redaktoru; Tənzilə Qərif qızı Cəmilova — "Gənclik" nəşriyyatının tərcüməçisi; Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 1991-ci il tarixli, 358 nömrəli Fərmanı ilə "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın nəşrində fəal iştirak etmiş işçilərinin digər bir qrupuna isə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilmişdir: Tahir Müseyib oğlu Ağayev — 26 Bakı komissarı adına mətbəənin çapçısı. Xədicə Həsənağa qızı Əhmədova — "Gənclik" nəşriyyatının makinaçısı. Rəfael Fərzulla oğlu Gözəlov — 3 nömrəli Bakı kitab mətbəəsinin sex rəisi. Svetlana Goyüş qızı Musayeva — "Gənclik" nəşriyyatının şöbə müdiri.
Dünya ədəbiyyatı
Xalqın mənəvi aləmi onun yaradıcılıq dühasında, bədii zövq və qabiliyyətində, qiymətli sözündə, gülüşündə, zərbməsəllərində, əfsanə və nağıllarında özünü göstərir. Xaqlın söz xəzinəsi, folkloru həmişə yazılı ədəbiyyata qida verən mənbədir və bu mənbə əsasında qüdrətli milli ədəbiyyatlar yüksəlmiş, inkişaf etmişdir. Şərqdə də belə olmuşdur, Qərbdə də belədir; dünyanın bütün xalqlarının ədəbiyyatlarında söz sənətinin başlanğıcı folklordan gəlir. Dünya ədəbiyyatının ən maraqlı və ölməz qəhrəmanlarını da xalq zehniyyəti yaratmışdır; müxtəlif bədii əsərlərdə müxtəlif obrazların və qəhrəmanların səciyyəsində verilmiş ən maraqlı keyfiyyətlərin, cizgilərin, ehtirasların ilk boyaları folklordan alınmışdır; böyük ədib Maksim Qorkinin dediyi kimi, qısqanc Otello, iradəsiz Hamlet, əyyaş Don-Xuan kimi tipləri Şekspir və Bayrondan hələ çox əvvəl xalq yaratmışdır. Faust kimi məşhur qəhrəman yazılı ədəbiyyata folklordan gəlmişdir, Prometeyin ilk surəti xalqın yaratddığı mifologiya və folklordadır. Leyli, Məcnun, Fərhad, Fitnə, Koroğlu, Nəbi, Həcər, Molla Nəsrəddin, Bəhlul Danəndə, Əsli, Kərəm, Qərib kimi qəhrəmanların ilk bədii surətləri xalq tərəfindən ədəbiyyatda yaradılmışdır; dünya ədəbiyyatının ən böyük dastanlarının — "İliada" və "Odisseya"nı, "Kalevala"nı, "Ulenşpigel"i, "Roland haqqında nəğmələr"i, "Sid"i, "Nibelunqlar"ı, "Beovulf"u, böyük və kiçik "Edda"ları xalq yaradıcılığından və folklor qaynaqlarından ayrı təsəvvür etmək olmaz. Çox maraqlıdır ki, dünya ədəbiyyatında epik janrla birlikdə, ədəbiyyatın digər janr və formaları, o cümlədən satirik janrlar da həmişə folklordan qidalanmış, xalqın gülüşü və ya nifrəti, xalqın kəskin tənqidi və kinayəsi bədii əsərlərdə satiraya, yumora geniş imkanlar açmış, gülməli və məzəli hadisələr, hərəkətlər, gülməli tiplər, məzəli və müdrik misallar, tapmacalar, sual və cavablar, atalar sözləri və sairə xalqın şən qəhqəhəsinin ifadəsinə çevrilmiş, xalqın həyat hadisələrinə münasibətinin güzgüsü olmuşdur. Molla Nəsrəddinin məşhur lətifələri belə yaranmışdır; Mollanın adına istinadən verilən lətifələrin əksəriyyətinin yaradıcısı xalqdır, onları işləyən, cilalayan, variantlara salan xalqdır, zəmanəyə və dövrə görə lətifələrin bu və ya digər cəhətini kəskinləşdirən, qabarıq ifadə edən və yaşadan da xalqdır. == Ədəbiyyat == Yusifli-İshaqlı A. XVII əsr Qərbi Avropa ədəbiyyatı (ali məktəblər üçün dərslik). Bakı, 2012.
Düyün (ədəbiyyat)
Düyün — bir aktın başlanğıcını təşkil edən hadisə. Bu, ya artıq mövcud olan ziddiyyətləri aşkar edir, ya da özbaşına münaqişələr yaradır. Belə ki, Vilyam Şekspirin "Hamlet" faciəsində düyün baş qəhrəmanın ruhla görüşü və ondan sonra atasının qətlinə görə xain kraldan qisas almaq qərarından ibarətdir. Düyün süjetin əsas elementlərindən biridir. == Ədəbiyyat == Завязка // Литературная энциклопедия терминов и понятий. Институт научной информации по общественным наукам РАН: Интелвак. Под ред. Николюкин, Александр Николаевич. 2001. ISBN 5-93264-026-X. Завязка // Словарь литературоведческих терминов.
Dəhşət ədəbiyyatı
Dəhşət ədəbiyyatı (ing. horror literature, horror fiction; adətən sadəcə "dəhşətlər", ya hətta "dəhşətciklər", hərdən "miskita" ya da ingiliscədən alınmış "horror") – oxucuda qorxu hissləri yaratmaq məqsədi güdən ədəbi janrdır. Tez-tez, ancaq həmişə olmayaraq, dəhşət ədəbiyyatında sözün həqiqi mənasında qeyri-təbii barəsində nağıl edilir; Məzmunlaşdırılmış personajların, bir qayda olaraq, müxtəlif xalqların mifologiyasının alt qatından götürülmüş (xortdanlar, zombilər, qulyabanılar, kabuslar, iblislər və s.r.) məhdudlaşdırılmış yığımı var. == Tarix == === Janrın mənbələri === Janrın mənbələri əvvəl olaraq bunları adlandırmaq düzgün olar: XIII əsrin ortalarında yazılmış "məhvedici qəbiristanlıq " "qotik" cəngavər romanı, şeytana mübtəla olma və digər infernal mövzulardan istifadə edən XVI-XVII ə. fransız "faciəli əfsanələri" (o cümlədən yepiskop Jan-Pier Kamünın romanları), ingilis qotik romanı (o qədər də erkən olmayan, Qoratsiya Uolpolun və Anna Radklifin, bir qədər gec, romantizm dövrünün, birinci növbədə Merri Şellinin "Frankenşteyin"i, həm də M.G. Lyüisin "Rahib"i və Çarlz Metyürinin "Sərsəri Melmot"ı), alman romantiklərinin nağılları (E.T.A.Hofman, Vilhelm Hauff, Ahim fon Arhim, Şamisso), Edqar Ponun və Ambroz Birsin psixoloji novellaları. Daha bir o qədər tez-tez adı çekilməyən mənbə – "vizionerlərin vahimələri" (Tomas de Kvinsinin "İngilis opiomanının etirafı", Şarl Bodlerin "Süni cənnət"i). Janrın formalşmasına XIX ə. ortalarının Uilki Kollins, Edvard Bulver-Littonun sensasiyalı romanı böyük təsirini göstərdi. 1860-cı illərdə İngiltərədə bilavasitə dəhşət ədəbiyatı adlamdırmaq mümkin olan janr formalaşır (Şeridian Le Fanüdən Brem Stokerə kimi). Həmin dövrürün klassik hekayəsi – Robert Lyüis Stivensonun "Doktor Cekil və mister Haydın gəribə əfsanəsi".
Eksperimental ədəbiyyat
Eksperimental ədəbiyyat — texnika və üslub baxımından müxtəlif yenilikləri vurğulayan və səciyyələndirən ədəbiyyat növü. Bu kateqoriyada ümumi sayılan ilk əsər Laurens Sternenin 1759-cu il tarixli “The Life and Opinions of Tristram Shandy, Gentleman” əsəridir. Eksperimental ədəbiyyat klassik ədəbiyyatdan xeyli fərqlənə bilər və dil, həqiqət (reallıq) kimi anlayışların müxtəlif təriflərindən və bu anlayışlara fərqli baxışlardan təsirlənmişdir. Eksperimental ədəbiyyat ədəbiyyatda postmodernizmin təsirlərindən çox təsirlənmişdir və bir çox eksperimental yazıçılar da postmodernist xəttdə yazmışlar. Bu gün Italo Calvino, Michael Ondaatje, Gertrude Stein, E.E. Cummings və Julio Cortazar eksperimental yazıya töhfə vermiş eksperimental müəlliflərdir. Bu adlar eksperimental ədəbi əsərlərində forma, üslub, dil, quruluş, səs və bir çox başqa ədəbi elementlərlə oynamış, yeniliklər, dəyişikliklər gətirmişdir.
Ekspozisiya (ədəbiyyat)
Ekspozisiya — Əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissə. Azərbaycan ədəbiyyatşünaslığında ekspozisiya anlayışı bədii müqəddimə, bədii zəmin sözləri ilə ifadə olunur. Süjet xətinin yuxarıda verilən qrafik ifadəsindən göründüyü kimi, ekspozisiya hadisələrin başlanğıcı ilə əlaqədardır. Yazıçı əhvalatı danışmağa başlamazdan əvvəl həmin hadisənin başvermə şəraiti, mühiti haqqında bu və ya digər şəkildə məlumat verir və bununla da hadisələrin necə cərayan edəcəyinə, sonrakı inkişafına işarə edir. Bu isə süjet xəttinin ekspozisiya mərhələsi adlanır. Başqa sözlə, əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissəyə ekspozisiya deyilir. Ekspozisiya müxtəlif əsərlərdə özünü müxtəlif şəkildə göstəririr. Bəzi əsərlərdə yazıçı ekspozisiyanı çox konkret, bir neçə əlaməti göstərməklə verir. Bəzən isə yazıçı ekspozisiya üzərində geniş dayanır, hadisənin yarandığı zəmini oxucuya ətraflı çatdırır. Hadisələrin geniş təsvirini verən irihəcmli əsərlərdə ekspozisiya daha aydın nəzərə çarpır.
Ellinizm ədəbiyyatı
Ellinizm ədəbiyyatı qədim yunan ədəbiyyatının əsas mərhələlərindən biridir. Bu dövr ədəbiyyatının görkəmli nümayəndələri Kallimax, Feokrit, Rodoslu Apolloni, Menandr olmuşdur. == Kallimax == Ellinizm ədəbiyyatının ən görkəmli şairidir. Dastanın dövrünün keçdiyini və kiçik şeirlər yazmaq lazım olduğunu söyləmişdir. Epiqramlar və satirik şeirlər yazmışdır. Dörd hisədən ibarət “Səbəblər” kitabı kiçik mənzum hekayələrdən ibarətdir. == Rodoslu Apolloni == Kallimaxın tələbəsi olmuş və onun fikirləri əleyhinə çıxmışdır. “Arqonavtiklər” dastanını yazmışdır. == Feokrit == Feokrit ellinizm dövründə yaranan kiçik şeirlər yazmaq ənənəsinin davamçısı olmuş İskəndəriyyə şairlərindən biridir. Qədim yunan ədəbiyyatında kiçik şeirləri xüsusən bukolikaları ilə tanınır.
Elmi kütləvi ədəbiyyat
Elmi kütləvi ədəbiyyat – elm, onun yaradıcıları haqqında əsərlər. Elmi kütləvi ədəbiyyata fundamental və tətbiqi elmlərin əsaslarından, aktual problemlərindən, elm xadimlərinin həyatından, səyahətlərdən bəhs edən müxtəlif janrlı əsərlər daxildir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi ədəbiyyat
Elmi ədəbiyyat — elmi metod çərçivəsində aparılmış tədqiqatların, nəzəri ümumiləşdirmələrin nəticəsində yaradılmış yazılı əsərlər məcmusudur. == Elmi ədəbiyyatın faydaları == Elmi ədəbiyyat alimləri və mütəxəssisləri elmin son nailiyyətləri ilə məlumatlandırmaq, eləcə də elmi kəşflərin ilkinliyini möhkəmləndirmək işinə xidmət edir. Bir qayda olaraq, dərc olunmamış elmi iş tamamlanmış hesab olunmur. == İlk elmi əsərlərin janrları == İlk elmi əsərlər müxtəlif janrlarda yaradılmışdır: traktat, mülahizə, nəsihət, dialoq, səyahət, tərcümeyi-hal və hətta şer formasında. == Elmi ədəbiyyatın formaları == Hal-hazırda elmi ədəbiyyatın formaları standartlaşdırılmışdır və bura monoqrafiyalar, icmallar, məqalələr, məruzələr, resenziyalar, bioqrafik, geoqrafik və s.təsvirlər(oçerklər), qısa məlumatlar, avtoreferatlar, referatlar, məruzə və məlumat tezisləri, elmi-tədqiqat işləri haqqında dərc olunmuş şəkildə yayılan və eləcə də elmi-tədqiqat işləri haqqında dərc olunmayan hesabatlar, dissertasiyalar daxildir. == Elmi ədəbiyyatın attestasiya mexanizmi == Hal-hazırda bir çox ölkələrdə elmi ədəbiyyatın hakimiyyət və ya içtimai elmi təşkilatlar tərəfindən dəstəklənən attestasiya mexanizmi mövcuddur. Məsələn, Rusiyada bu attestasiyanı AAK(Ali Attestasiya Komissiyası) həyata keçirir. == Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblər == Elmi ədəbiyyatın nəşrinə olan əsas tələblərdən biri onun mütləq rəyə verilməsidir. Bu proses çərçivəsində nəşriyyat və ya elmi jurnalın redaksiyası yeni elmi əsəri dərc etməzdən əvvəl, onu bu sahədə mütəxəssis hesab edilən bir neçə (adətən iki) rəyçiyə göndərir. Rəy verilmə prosesi kobud metodoloji səhvləri olan və ya tamamilə saxtalaşdırılmış materialların elmi ədəbiyyat çərçivəsində nəşrinin istisnasına xidmət edir.
Epistolyar ədəbiyyat
Epistolyar roman – [yun. epistole – məktub] ictimai xadimlərin və ya ayrı-ayrı şəxslərin mətbuatda dərc edilərək, ədəbiyyata və ictimai həyata daxil olmuş məktubları. Məktub formasında yazılmış elmi, ədəbi və publisist əsərlər də epistolyar ədəbiyyata aid edilir. Epistolyar – 1)məktub şəklində yazılmış; 2)bir yazıçının, mütəfəkkirin, şairin məktublar məcmusu. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Erotik ədəbiyyat
Erotik ədəbiyyat — bir fərd və ya qrup formasında insanın erotik həyatını müşahidə edən, etiraf edən, tənqid edən, dadaist və bu kimi üsullarla üzə çıxaran ədəbiyyat növüdür. İlk və ən uğurlu nümunələri Pierre Louys, Sappho və Marquis de Sade kimi adlarla əlaqədar olmuşdur. == Senzura == Fransız ədəbiyyatında əsas yerini tapan bu janr Son Amerika dövründə də özünə böyük diqqət cəlb etməyi bacarmışdır. Dünyadakı mövcud bu janrda olan əsərlərin böyük əksəriyyəti senzuralara və qadağalara məruz qalmışdırlar.
Esperanto ədəbiyyatı
Esperanto ədəbiyyatı- əslində bu süni dilin rəsmi yayımının əvvəlində, Esperanto dilinin yaradıcısı , Polyak oftalmotoloq Lüdviq Lazar Zamenhof tərəfindən başlamışdır. Zamenhof inkişaf etdirməkdə olduğu dilə şeir və məqalələri tərcümə edərək dilin zənginliyini və aydınlığını test etmiş və bir neçə tərcüməsini dilin ilk kitabı olan Unua Libro nun əlavələri olaraq nümayiş etdirmişdir. Dilin başqa erkən mühazirəçiləri şeirlər, hekayələr və inşalar yazmışlar. Henri Vallienne Esperanto dilində ilk romanı yazan şəxs olmuşdur. Bir ovuc şeirin xaricində Esperantonun ilk 20 ilindəki ədəbiyyat məhsullarının çoxu bu gün yalnız tarixlə bağlı dəyər olaraq qalmışdır. İki dünya müharibəsi arasında bir neçə yeni şair və yazar ilk əsərlərini nəşr etdilər, bunların içində hələ yeni sayılan bu dildə mükəmməl əsərlər yazanlardan bəziləri bunlardır: Julio Baqi, Yevgeno Mihalski, Kalman Kalocsay, Henrix Luyken və Jean Forge. Müasir yazarlar arasında Klaude Piro və Vilyam Auld yer alır ki, sonuncusu Ədəbiyyat üzrə Nobel mükafatına bir neçə dəfə namizəd olaraq göstərilmişdir. Gözləri görməyən və Yaponiya ilə Çində 1910 və 1920-ci illərdə yazan və dərs verən Rusiyalı Esperantist Vasili Yerosenkonun əsərləri ilə başlayaraq Brayl əlifbasında da bir çox Esperanto dilind yazılmış əsər nəşr olunmuşdur. Harold Brown da Esperanto dilində bir çox müasir əsərlər yazmışdır. Bu günə qədər Esperanto dilində 25.000-dən çox əsər dərc edilmiş və ən böyük Esperanto kitab xidməti verən Esperanto Dünya Dərnəyi (World Esperanto Association) 4.000-dən çox kitabı öz kataloqunda birləşdirmişdir.
Fars ədəbiyyatı
İran ədəbiyyatı — İranlı şair və yazıçıların İran mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. İran ədəbiyyatı da digər xalqların ədəbiyyatları kimi başlığını şifahi xalq ədəbiyyatından götürmüş daha sonralar isə yazılı xalq ədəbiyyatına keçmişlər. Şifahi xalq ədəbiyyatının nümunələri: laylalar, tapmacalar, nağıllar, zərbolməsəllər yəni atalar sözləri və s.
Firidun Hüseynov (ədəbiyyatşünas)
Hüseynov Firidun Cəlal oğlu (1933, Nursu, Naxçıvan MSSR – 1986) — görkəmli Azərbaycanlı ədəbiyyatşünas alim, pedaqoq, filologiya üzrə elmlər doktoru (1978), professor (1979). == Həyatı == Hüseynov Firidun Cəlal oğlu 1933-cü ildə anadan olmuşdur. O, Naxçıvan Dövlət İkiillik Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini (1959) bitirmişdir. ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor, filologiya fakultəsində dekan işləmişdir. "Molla Nəsrəddin" satirik ədəbi məktəbi F.Hüseynovun araşdırmalarının əsas obyekti olmuşdur. Firidun Hüseynov "Əli Nəzminin həyatı və yaradıcılığı" mövzusunda namizədlik (1964), "Cəlil Məmmədquluzadə nəsrində əsas problemlər" (1978) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. F.Hüseynov "Əli Nəzmi" (1970), "Adi əhvalatlarda böyük həqiqətlər" (1977), "Satirik gülüşün qüdrəti" (1982), "Molla Nəsrəddin" və mollanəsrəddinçilər" (1986) monoqrafiyalarının və məqalə toplularının, "Molla Nəsrəddin jurnalı", "İdeya-bədii körpü", "C.Məmmədquluzadənin bədii nəsrində ziyalı surətləri", "C.Məmmədquluzadə L.N.Tolstoy haqqında", "Aydınlara doğru", "İntibah carçısı" və s. məqalələrin müəllifidir. O, mollanəsrəddinçi şair Əli Nəzminin "Seçilmiş əsərləri"ni (1979) nəşr etdirmişdir. Görkəmli alim mollanəsrəddinçilərin əsas yer tutduğu "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin (professor Mir Cəlala birlikdə) müəllifidir.
Fransa ədəbiyyatı
Fransız ədəbiyyatı (fr. Littérature française) – Fransız şair və yazıçıların Fransa mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
Fransız ədəbiyyatı
Fransız ədəbiyyatı (fr. Littérature française) – Fransız şair və yazıçıların Fransa mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.
Fəlsəfə və ədəbiyyat
Fəlsəfə və ədəbiyyat filosofların və fəlsəfi mövzuların ədəbiyyatla əlaqəsi (fəlsəfə ədəbiyyatı) və ədəbiyyatın qaldırdığı məsələlərə fəlsəfə ilə əlaqələr daxildir. == Fəlsəfə və ədəbiyyatın əlaqələri == Fəlsəfə ilə ədəbiyyat arasındakı əlaqə povestdən başlayır. Hər ikisi povest qurmaq üçün ortaq dildən istifadə edir və həm fəlsəfə, həm də ədəbi mətnlər dil əsərləridir. Fəlsəfə bir dünyagörüşü , düşüncələr, duyğular və həyat haqqında fikirlər söyləyə bilir: lakin ümumi inancın əksinə, qavranması çətin, sirli ve ziddiyyətli deyildir; şübhəsiz, ziyalıların və "camaatın" inhisarında deyil. Ədəbiyyat, əksinə, çox kobud bir təsvir ilə duyğuların, düşüncələrin və həyatla bağlı fikirlərin estetik və bədii ifadəsidir. Hər ikisi ümumi mənbələrdən, həyatdan, insanlardan, ünsiyyətdən, fərdin və ya cəmiyyətin təcrübələrindən, şüurdan, tarixdən, mədəniyyətdən və əks olunmadan yaranan mücərrəd mövzularla qidalansalar da, ortaq bir dildə sistematik şəkildə istifadə etsələr də bir metod olaraq fərqlənirlər. Fəlsəfə ümumi və inklüziv olanı daha çox maraqlandırsa da, ədəbiyyat xüsusi və fərqli olanı axtarır. Fəlsəfə illüziyaları aradan qaldırmağa çalışarkən, ədəbiyyat illüziya yaratmağa çalışır. Fəlsəfə mücərrəd və konkret anlayışları aydınlaşdırmağa çalışsa da, ədəbiyyatda belə problem yoxdur. Jak Derrida'nın dediyi kimi, ədəbiyyatı "insana hər şeyi hər cür söyləməyə imkan verən uydurma bir qurum" olaraq düşündüyümüz zaman fəlsəfənin imperativlərinin ədəbiyyata aid olmadığı qənaətinə gələ bilərik.
Heyan dövrü ədəbiyyatı
Heyan dövrü ədəbiyyatı (平安文学, Heian-bungaku) və ya Çuko ədəbiyyatı (中古文学, Chūko-bungaku, azərb. Orta qədim ədəbiyyat‎) – Heyan dövründəki Yapon ədəbiyyatına verilən ad. 794-cü ildən 1185-ci ilə kimi davam etmişdir. Heyan dövrünün ilk poeziya almanaxı olan "Kokinşu", ilk nağıl kimi təqdim edilən "Taketori-monoqatari", ilk lirik povest sayılan "İse-monoqatari" bütünlüklə bu yeni dövrə məxsusdur. Heyan dövrü ədəbiyyatı mövcud olan tayfa aristokratiyası ilə çox sıx bağlı idi. Həyat qayda-qanunlarının yeni forması, hakim sülalənin dünyagörüşü ilə bağlı olan yeni ədəbiyyat cəmiyyətin bütün məzmununu özündə əks etdirirdi. Heyanların mədəni yaradıcılığı özünəməxsus okkultizm xətti ilə inkişaf edirdi. Heyanlıların bütün həyat tərzinə gedonistik tendensiyalar çox dərindən işlənmişdir. Heyanlılar üçün sevgi ancaq utilitar xarakter daşıyırdı. Qadın diqqət mərkəzində idi: qadın gözəlliyi ətrafında iki əsas gözəllik də dururdu, təbiət və məişət gözəlliyi, yəni Heyanlılar təbiətdən də zövq alırdılar, hətta sadə mənzərələrdən də onlar öz fərdi evlərində də bu gözəllik qanunları ilə yaşayırdılar.
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı (kitab)
Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi (kitab)
"Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" - Filologiya elmləri doktoru, professor,cavidşunas alim Əjdər Tağıoğlu tərəfindən yazılmış elmi əsər == Məzmun == Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) bu monoqrafiyasında dünya ədəbiyyatında demonizm ənənələrinin Hüseyn Cavidin bədii-estetik irsində davamı və inkişafı məsələləri araşdırılır, öyrənilir. Müəllif bu istiqamətdə H.Cavid estetikasının ideya-fəlsəfı, bədii-mifoloji qaynaqları üzərində dayanır, şairin bədii dünyagörüşünə xas olan milli və beynəlmiləl cəhətləri də tədqiqata cəlb edir. Əjdər Tağıoğlu nun rəsmi oponenti olmuş Moskvalı professor A.L.Şteynin kitaba yazdığı “Müəllif haqqında söz”də deyir: ”Bu monoqrafiya romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqədar olan biliyimizi genişləndirir və dərinləşdirir. Aydın olur ki,romantizm öz klassik forması ilə, Qərbi Avropada olduğu kumi, ancaq XIX əsrin I yarısı ilə məhdudlaşmır. Əksinə, bu klassik məktəb mütəfəkkir romantik şair Hüseyn Cavidin poetik şəxsində öz hüdudlarını genişləndirir və dünya mədəniyyətinin inkişafında yeni mərhələyə - XX əsrin inqilablar epoxasına qədəm qoyur.” Monoqrafiada Cavidlə paralel təhlilə çəkilən Esxil, Milton, Şekspir, Kalderon, Bayron, Şelli, Göte, Şiller, Puşkin, lermontov və bu sıradan olan dünya ədəbiyyatının başqa korifeylərinə həsr edilmiş səhifələrlə Azərbaycan, Rus və Qərbi Avropa romantizminin poetik və fəlsəfi məziyyətlərini milli-tarixi aspektdən açılan araşdırmalarda biz kitabın müəllifinin simasında geniş profilli filoloq-alimlə üz-üzə dayanmış oluruq. Monoqrafiyada zəngin elmi, tarixi, bədii və mifoloji materiallar əsasında vahid Azərbaycan ölkəsində Atarpatendə (Odlar ölkəsi) Azərbaycan türklərinin və onların bir xalq olaraq təşəkkülündə və formalaşmasında iştirak etmiş Ön asiyanın başqa qohum türk tayfalarının mənəvi və mədəni inkişafında Zərduşti dünyagörüşün müstəsna rol oynamasını elmi-nəzəri ümumiləşdirmələrlə verilir. Bu baxımdan "Azərbaycan", "Atar/Ata" sözünün açımı, "Demon","Satana","İblis" mifik adlarının yaranmasında tarixi əhəmiyyət kəsb edən Azərbaycan türklərinin ilk təfəkkür işığı "Div" ("Çan") kəlməsinin araşdırılması, habelə bu sözlərin etomoloji təhlili kitabın elmi-nəzəri sanbalını dəyərləndirən,onun monumentallığını ölçən cəhətlərdəndir.
Koreya Ədəbiyyatı Tərcümə İnstitutu
Koreya Ədəbiyyatı Tərcümə İnstitutu (kor. 한국 문학 번역원, LTI Korea, əvvəllər Koreya Ədəbiyyatı Tərcümə fondu kimi tanınan) 1996-cı ildə Cənubi Koreya hökuməti tərəfindən Koreya ədəbiyyatı və mədəniyyətini xaricdə tanıtmaq və bununlada dünya mədəniyyətinə töhfə vermək məqsədi ilə təsis olunmuşdur. LTI Korea Koreya ədəbiyyatının yüksək keyfiyyətli tərcüməsini təmin etmək üçün tərcümələr və nəşrlərə sponsorluq edir, Koreya ədəbiyyatının ixrac bazasının gücləndirilməsi və Koreyalı və xarici naşirlər üçün bir şəbəkənin yaradılması üçün xaricə müxtəlif mübadilə proqramlarını təşkil edir. Həmçinin peşəkar tərcüməçilərə Koreya ədəbiyyatının tərcümə imkanlarını genişləndirməyə kömək edir. == Tarixi == 1996-cı il. Koreya Ədəbiyyatı Tərcüməsi Fondu təsis olundu. 2001-ci il. Fondun adı "Koreya Ədəbiyyatı Tərcüməsi İnstitutu" na dəyişdirildi, təşkilat böyüdü. Dr. Park Huan-Dok qurucu prezident təyin olundu.
Kurtuaz ədəbiyyatı
Kurtuaz ədəbiyyatı (alm. höfische Dichtung‎; fr. poésie courtoise — fransız dilindəki fr. сourtois — "ədəbli", "nəzakətli" sözündən) — XII–XIV əsrlərdə Avropada (Provansda, Şimali Fransada, Almaniyada, sonralar İngiltərədə, İspaniyada, İtaliyada) ədəbi cərəyan, saray cəngavərlik ədəbiyyatı. Kurtuaz ədəbiyyatının başlıca qayəsi, idealı eposlardan fərqli olaraq nəsl, yaxud ölkə deyil, şəxsi şöhrət və ləyaqət naminə göstərilən rəşadətin, mənəvi kamilliyin tərənnümüdür (Provans ədəbiyyatı, truverlər, minnezinger poeziyası, cəngavərlik romanları ("Tristan və İzolda", Artur haqqında kelt əfsanələri və s.)). Yaxın Şərqdə cəngavərlik ədəbiyyatı Avropadakından fərqlənmiş, eposla daha sıx bağlı olmuşdur (Nizami Gəncəvi, Fəxrəddin Gürgani və başqalarının poemaları). "Gendzi-monoqatari" (Yaponiya) romanı kurtuaz ədəbiyyatının orijinal nümunələrindəndir. == İstinadlar == == Ədəbiyyat == Декс П. Семь веков романа (пер. с франц.). М.: 1962.
Köç ədəbiyyatı
Məhcər ədəbiyyatı yaxud Köç ədəbiyyatı (ərəb. أدب المهجر‎) — XIX əsrin sonları və XX əsrin əvvəllərində Amerikaya mühacirlərin ərəbcə ədəbi cərəyanı. Cübran Xəlil Cübran, Nəsib Ərizə, Mixail Nüeymə, Əmin ər-Reyhani, Əbdülməsih Həddad, İliya Əbu Mazi və Rəşid Əyyub Şimali Amerikada məhcərin ən görkəmli nümayəndələri hesab olunurlar. == Məşhur qəzet və jurnalları == Mühacir ərəblər Amerika qitəsində, xüsusilə Argentina, Braziliyada ərəb dilində qəzet, ədəbiyyat jurnalları çap edirdilər. Bundan əlavə onlar ərəb şairləri, yazıçıları bir araya yığaraq mühacir ərəblərin bir-biriləri ilə əlaqə yaratmasına şərait yaratmaq üçün ədəbiyyat klubları təsis etmişdilər. 250-dən çox çap olunan qəzet və jurnallar bir çox ədəbi şəxsiyyəti bir araya gətirmişdi. İlk qurulan ədəbiyyat klubu "Ər Rabiatul Qalamiyya" (Qələm cəmiyyəti) və çap olunan jurnal da eyni adlı jurnal olmuşdur. Klub 1920-ci ildə Xəlil Cübran Xəlilin başçılığı ilə qurulmuşdur. Üzvlərinin ölümündən sonra 1933-cü ildə zəifləmiş cəmiyyəti Sao Pauloda Şükrüllah əl Cur tərəfindən yaradılmış Əl Usbətul Əndəlusiyyə cəmiyyəti əvəz etmişdi.
Kürd ədəbiyyatı
Kürd ədəbiyyatı (kürd. وێژەی کوردی, Veceya kurdi) — kürd xalqının ədəbiyyatı. Kürd ədəbi əsərləri dörd əsas dilin hər birində yazılmışdır: Zaza, gorani, kurmanci və sorani. == Tarixi == Kürd ədəbiyyatının qədim yazılı abidələri b.e. VII əsrində naməlum müəllif tərəfindən dəri üzərində yazılmış dastanlardır. Onun hissələri 1920-ci ildə İraqın Süleymaniyyə ərazisində tapılmışdır. XI–XVII əsrlərdə poeziyanın mühüm nümayəndələri: Əli Həriri (XI əsr), Molla Ciziri (XII əsr), Molla Hüseyn Bateyi (XV əsr) və Əhməd Xani (XVII əsr). XIX–XX əsrlərdə Səlim, Hacı Qadir Köyi, Nali, Kürdi, Şeyx Rza Taləbani kimi şairlər məşhur idi. XX əsrin əvvəllərində ən yeni kürd ədəbiyyatı formalaşmışdır. Müasir kürd poeziyasının banilərindən olan Həmdinin, Liriy Merdanın və XX əsrin birinci yarısında yazıb-yaradan F. Bekasanın, eləcə də XX əsrin ikinci yarısında fəaliyyət göstərmiş şairlər Xocar (İran), Ciyərxun, Qədrican (Suriya), Varimon, Goran, yazıçılar Fəttah, Əhməd, Bərzinci (İraq), Bədirxan (Türkiyə) və başqaları öz əsərlərində kürd xalqının həyatını, milli istiqlal və azadlıq mübarizəsini, yaşadıqları ölkədə hökumətlərin siyasətinə etiraz əhval-ruhiyyəsini təsvir etmişdilər.

Digər lüğətlərdə