Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ehsan Doğramacı
İhsan Doğramacı (3 aprel 1915, Ərbil – 25 fevral 2010[…], Ankara) — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü olmuşdur. == Həyatı == İhsan Doğramacı 1915-ci il aprelin 24-də o vaxt Osmanlı imperiyasının tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmanlarındandır. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib. == Karyerası == İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttərə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttərə Universitetinin yaranmasında böyük rol oynamışdır. İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963–1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965–1967), Hacəttərə Universitetinin rektoru (1967–1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.
Ehsan Hacsəfi
Ehsan Hacsəfi (Ərəb Əlifbası ilə: احسان حاج صفی) (25 fevral 1990[…], Kaşan, İsfahan ostanı) — İranlı futbol yarımmüdafiəçisidir. Hacsəfi 2011-ci ilin iyun ayında Təbrizin Traktor Sazi klubuna qoşulubdur. O Traktor Sazi klubuna gələndən öncə Sipahan klubunda oynamışdır. Hacsəfi İran milli futbol komandasında da oynayır.
Ehsan Təbəri
Ehsan Təbəri (1917–1989) — İran siyasətçisi, şair. == Həyatı == Ehsan Təbəri 1917-ci ildə Mazandaran əyalətinin Sari şəhərində doğulmuşdu. İran Tudə partiyasının fəallarından idi. İranda marksizmin təbliği ilə məşğul olan tudəçi Ehsan Təbəri həbs olunan zaman İslama meyilli şəxslərdən idi. O ustad Mütəhhərinin terroru barədə demişdi: "Şəhid Mütəhhərinin terroru Fürqan kimi düşüncəsiz bir qrupun planı ola bilməz." Ehsan Təbərinin fikrincə, Mütəhhərinin terroru CİA VƏ MOSSAD kimi təşkilatlar tərəfindən planlaşdırılmış bir terror idi. Onların məqsədi İslam maarifi bulağını qurutmaq olub. Təbərinin fikrincə, Sovetlər Birliyi də ABŞ kimi şəhid Mütəhhərinin düşüncə istehsalından narahat olub. İran kommunistlərinin 1970-ci illərdə ən böyük ideoloqu hesab edilən Ehsan Təbəri 23 bəhmən inqilabından sonra ölkənin çoxpartiyalılıq rejiminə keçməsi nəticəsində digər xalqların milli hüquqlarının rəsmi şəkildə tanınmasına xəyanət edərək ruhanilərin tərəfinə keçmişdi. Ehsan Təbəri şair idi. Fars dilində zərif şeirlər yazırdı.
Ehsan Zahidov
Ehsan Əflan oğlu Zahidov (1 iyun 1963, Şamaxı) — Azərbaycan Respublikası DİN-in Mətbuat xidmətinin rəisi (2017–2023), ehtiyatda olan polis polkovniki. == Həyatı == Zahidov Ehsan Əflan oğlu 1963-cü il iyun ayının 1-də Şamaxı rayonunda anadan olub. 1970–1980-ci illərdə orta təhsilini Qaradağ rayonu Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbdə almışdır. 1982–1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika ixtisası üzrə ali təhsil almışdır. Ailəlidir, 3 qızı və 1 oğlu var. == Fəaliyyəti == 1983–1985-ci illərdə Macarıstan Respublikasında hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi veteranıdır. 1990–1991-ci illərdə Təbiəti Mühafizə Komitəsinin "Fəryad" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən etibarən daxili işlər orqanlarında çalışır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil almışdır.
Ehsan Xan Kəngərli
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. == Hərbi fəaliyyəti == Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Ehsan Xan Naxçıvanski
Ehsan xan Naxçıvanski (polkovnik-leytenant)
Ehsan xan Naxçıvanski (II)
Ehsan xan Naxçıvanski (1855 — 1894) — polkovnik-leytenant. Görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı. == Fəaliyyəti == II Kalbalı xanın böyük oğlu II Ehsan xan 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. II Ehsan xan ilk təhsilini çarın paj korpusunda almışdı. Ona ulan alayının leyb-qvardiyasında fəal iştirakına və yüksək nizamintizama görə 1876-cı ildə poruçik rütbəsi verilmişdir. 1879-cu ildə Baş qərargahın nəzdində fəaliyyət göstərən Nikolay Akademiyasına qəbul olmuş II Ehsan xan təhsilini yarımçıq qoyaraq 1880-1881-ci illərdə Mərkəzi Asiyada gedən hərbi əməliyyatlara qatılmış və ağır kontuziya almışdır. II Ehsan xan döyüşlərdə göstərdiyi xidmətlərə görə III dərəcəli “Müqəddəs Stanislav”, IV dərəcəli “Müqəddəs Anna”, qeyri-xristianlar üçün “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüş, 1879-cu ildə mayor rütbəsi almış və Rumın iyonu “Dəmir İyon xaçı” ordeninə layiq görülmüş, 1884-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir.
Ehsan xan Naxçıvanski (III)
Ehsan xan Naxçıvanski (20 oktyabr 1891, Naxçıvan – Naxçıvan) — general-mayor. Görkəmli ictimai-siyasi xadim. III Kəlbəli xan, Cəfərqulu xan Naxçıvanskinin oğlu, məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı. == Fəaliyyəti == III Kalbalı xan 1891-ci il oktyabrın 20-də Naxçıvanda anadan olmuşdur. O, 1909-cu ildə kadet korpusunu bitirərək Qafqaz hərbi məktəbinin Nikolayev eskadronunda yunker rütbəsində xidmətə başlamışdır.Xidmətinin sonrakı mərhələlərində Varşavada hərbi xidmətini davam etdirir.Onun I Dünya müharibəsi cəbhələrində göstərdiyi şəxsi şücaətləri diqqətdən kənarda qalmamış, 1916-cı ildə ştabs-rotmistr rütbəsinə yüksəldilərək, III dərəcəli "Müqəddəs Stanislav", IV dərəcəli "Müqəddəs Anna", II dərəcəli "Müqəddəs Stanislav" və III dərəcəli "Müqəddəs Anna" ordenləri ilə təltif edilmiş- dir. III Kalbalı xan 1915-ci ildə qızıl "Georgi silahı" ilə mükafatlandırılmış- dır. 1917-ci ildə Rusiyada baş vermiş oktyabr çevrilişi və iğtişaşlar vaxtilə Romanovlar sülaləsinin tabeliyində olan Qafqazı da öz cənginə almışdı. Azərbaycanın Naxçıvan bölgəsinin ermənilər tərəfindən talan edilməsi, əhalisinin dəhşətli cinayətlərlə qarşılaşması çar ordusunda xidmət edən Naxçıvanskilərin böyük bir qisminin Naxçıvana qayıtmalarına səbəb olur. Onların arasında pokovnik-leytenant III Kalbalı xan Naxçıvanski də vardı. Ermənilərin Naxçıvana ərazi iddiaları, yerli əhalini qətlə yetirmələri xalqın səbir kasasını daşdırmışdı.
II Ehsan xan Naxçıvanski
II Ehsan xan II Kalbalı xan oğlu Naxçıvanski - Çar Rusiyası ordusunun polkovniki,hərbçi. 1800-cü ildən sonra Naxçıvan xanlığına, həmçinin quberniya dövrünə aid sənədlərdə 3 Ehsan xanın adına rast gəlinir. Bunlardan birincisi Ehsan xan I Kalbalı xan oğludur, ikincisi general-mayor II Kalbalı xan Naxçıvanskinin oğlu Ehsan xan, üçüncüsü isə Cəfərqulu xanın oğlu podpolkovnik Ehsan xandır. == Həyatı == Rusiya Dövlət Hərb Tarixi Arxivinin 400-cü fondundakı sənədlərdən aydın olur ki, II Ehsan xan 14 iyul 1855-ci ildə Naxçıvan şəhərində general-mayor II Kalbalı xan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Ailədə üçüncü övlad olsa da, oğlanların ən böyüyü olan II Ehsan xan 12 yaşınadək Naxçıvanda təhsil almış, 1867-ci il iyulun 31-də Sankt-Peterburqdakı Paj korpusunda oxumağa getmişdir. 3 sentyabr 1868-ci ildən 31 may 1873-cü ilədək Paj korpusunda təhsil almışdır. O, Paj korpusunu əla qiymətlərlə bitirmiş və birinci dərəcə almışdır. Qeyd edək ki, o, atasından sonra ikinci azərbaycanlıdır ki, Paj korpusunda oxumuşdur. == Hərb sahəsində xidmətləri == 10 sentyabr 1873-cü ildə II Ehsan xan Əlahəzrət çarın Sankt-Peterburqdakı Ulan (nizəli süvari əsgər) polkunun saray qvardiyasının korneti (süvari hissədə kiçik zabit) olmuşdur. II Ehsan xana 4 aprel 1876-cı ildən poruçik (zabit) rütbəsi verilmişdir.
Ehsan xan Kəngərli (xan)
Ehsan xan Kəngərli və ya Ehsan xan Naxçıvanski (1789, Naxçıvan – 1846, Naxçıvan) — Çar-Rus ordusunda general-mayor, Naxçıvanın sonuncu xanı Kəlbəli xan Kəngərlinin oğlu, tam süvari qoşunu generalı İsmayıl xan Naxçıvanskinin, Kəlbəli xan Naxçıvanskinin və Qönçəbəyimin atası. Naxçıvanski soyadından istifadə etmiş ilk Kəngərli nümayəndəsi. == Hərbi fəaliyyəti == Ehsan xan Kəngərli 1826–1828-ci illər Rusiya–İran müharibəsi zamanı Abbasabad qalası qarnizonunun hərbi rəislərindən biri, İran ordusunda sərhəngi (polkovnik) olmuşdur. Sonradan o, rusların tərəfinə keçmiş və qalanın alınmasında onlara kömək göstərmişdir. Tarixi mənbələrə görə, Ehsan xan Kəngərli naxçıvanlılardan və ruslardan ibarət on minlik qoşuna başçılıq etmişdir. İlk dövrlərdə çar hökuməti Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Naxçıvanda da eyni siyasət yeridir və xanlıqdaxili muxtariyyət hüququ verirdi. Azərbaycan xanlıqlarını öz torpaqlarına qatdıqdan sonra, yerlərdə xan üsul-idarəsi komendant idarəsi ilə əvəz olundu. Lakin Naxçıvanın idarəsi rus ordusunun polkovniki rütbəsini almış Ehsan xana tapşırıldı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən sonra general-mayor rütbəsi alan Ehsan xan Kəngərli İrəvan və Naxçıvan xanlıqlarının, Ordubad dairəsinin səlahiyyətli nümayəndəsi kimi Türkmənçay müqaviləsini (1828) imzalamış, xanlıq ləğv edildikdən sonra Naxçıvan əyalətinin ilk naibi təyin olunmuşdur. Ehsan xan abadlıq, quruculuq işlərinə, dünyəvi təhsilə böyük diqqət yetirirdi.
Ehsan xan Naxçıvanski (zabit)
Ehsan xan Naxçıvanski (1855 — 1894) — polkovnik-leytenant. Görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı. == Fəaliyyəti == II Kalbalı xanın böyük oğlu II Ehsan xan 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. II Ehsan xan ilk təhsilini çarın paj korpusunda almışdı. Ona ulan alayının leyb-qvardiyasında fəal iştirakına və yüksək nizamintizama görə 1876-cı ildə poruçik rütbəsi verilmişdir. 1879-cu ildə Baş qərargahın nəzdində fəaliyyət göstərən Nikolay Akademiyasına qəbul olmuş II Ehsan xan təhsilini yarımçıq qoyaraq 1880-1881-ci illərdə Mərkəzi Asiyada gedən hərbi əməliyyatlara qatılmış və ağır kontuziya almışdır. II Ehsan xan döyüşlərdə göstərdiyi xidmətlərə görə III dərəcəli “Müqəddəs Stanislav”, IV dərəcəli “Müqəddəs Anna”, qeyri-xristianlar üçün “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüş, 1879-cu ildə mayor rütbəsi almış və Rumın iyonu “Dəmir İyon xaçı” ordeninə layiq görülmüş, 1884-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir.
Ehsan xan Kəngərli (general-mayor)

Ehsan xan Naxçıvanski (general-mayor)
Ehsan xan Naxçıvanski (20 oktyabr 1891, Naxçıvan – Naxçıvan) — general-mayor. Görkəmli ictimai-siyasi xadim. III Kəlbəli xan, Cəfərqulu xan Naxçıvanskinin oğlu, məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı. == Fəaliyyəti == III Kalbalı xan 1891-ci il oktyabrın 20-də Naxçıvanda anadan olmuşdur. O, 1909-cu ildə kadet korpusunu bitirərək Qafqaz hərbi məktəbinin Nikolayev eskadronunda yunker rütbəsində xidmətə başlamışdır.Xidmətinin sonrakı mərhələlərində Varşavada hərbi xidmətini davam etdirir.Onun I Dünya müharibəsi cəbhələrində göstərdiyi şəxsi şücaətləri diqqətdən kənarda qalmamış, 1916-cı ildə ştabs-rotmistr rütbəsinə yüksəldilərək, III dərəcəli "Müqəddəs Stanislav", IV dərəcəli "Müqəddəs Anna", II dərəcəli "Müqəddəs Stanislav" və III dərəcəli "Müqəddəs Anna" ordenləri ilə təltif edilmiş- dir. III Kalbalı xan 1915-ci ildə qızıl "Georgi silahı" ilə mükafatlandırılmış- dır. 1917-ci ildə Rusiyada baş vermiş oktyabr çevrilişi və iğtişaşlar vaxtilə Romanovlar sülaləsinin tabeliyində olan Qafqazı da öz cənginə almışdı. Azərbaycanın Naxçıvan bölgəsinin ermənilər tərəfindən talan edilməsi, əhalisinin dəhşətli cinayətlərlə qarşılaşması çar ordusunda xidmət edən Naxçıvanskilərin böyük bir qisminin Naxçıvana qayıtmalarına səbəb olur. Onların arasında pokovnik-leytenant III Kalbalı xan Naxçıvanski də vardı. Ermənilərin Naxçıvana ərazi iddiaları, yerli əhalini qətlə yetirmələri xalqın səbir kasasını daşdırmışdı.
Ehsan xan Naxçıvanski (polkovnik-leytenant)
Ehsan xan Naxçıvanski (1855 — 1894) — polkovnik-leytenant. Görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı. == Fəaliyyəti == II Kalbalı xanın böyük oğlu II Ehsan xan 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. II Ehsan xan ilk təhsilini çarın paj korpusunda almışdı. Ona ulan alayının leyb-qvardiyasında fəal iştirakına və yüksək nizamintizama görə 1876-cı ildə poruçik rütbəsi verilmişdir. 1879-cu ildə Baş qərargahın nəzdində fəaliyyət göstərən Nikolay Akademiyasına qəbul olmuş II Ehsan xan təhsilini yarımçıq qoyaraq 1880-1881-ci illərdə Mərkəzi Asiyada gedən hərbi əməliyyatlara qatılmış və ağır kontuziya almışdır. II Ehsan xan döyüşlərdə göstərdiyi xidmətlərə görə III dərəcəli “Müqəddəs Stanislav”, IV dərəcəli “Müqəddəs Anna”, qeyri-xristianlar üçün “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüş, 1879-cu ildə mayor rütbəsi almış və Rumın iyonu “Dəmir İyon xaçı” ordeninə layiq görülmüş, 1884-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldilmişdir.
Nişançı (vəzifə)
Nişançı (Osmanlıca: نشانچی ) — Osmanlı imperiyası bürokratiyasında yüksək bir vəzifədi. Türkcə nişançı sözü, sözün əsl mənasında, "məhkəmə xəttatı" və ya "möhürləyən" mənasını verir, çünki nişancının əsl vəzifəsi sultanın əmrlərini möhürləmək idi. Nişançı Divan-ı Hümayuna qatılan dövlət məmurlarından biri olub, kalemiye (dəftərxana) qrupunun rəhbəri idi. Üstəlik nişançı hökmdarın imzası mənasını verən tuğranın sultan adına yazılacaq fərmanlarda, əmrlərdə, adlarda çəkilməsindən məsul olub. Tuğra Roma imperiyası ənənəsinin davamı olaraq, hazırlanan sənədlərin başında dururdu. Bununla belə, nişançının rəhbərlik etdiyi dəftərxana xarici dövlətlərlə əlaqələrdən, yazışmalardan və sənədlərin tərcüməsindən məsul idi. == Tarixi == Məhkəmə xəttatı vəzifəsi Orxan Qazi (1324-1361) dövründə yaradılsa da, nişançı adı II Murad (1421-1451) dövründən istifadə edilməyə başlandı. II Mehmed (1451–1481) dövrün də nişançı daha yüksək vəzifə sayılırdı. Sultan II Mehmed qanununa görə nişancı divanın (Osmanlı hökuməti) üzvü idi. Nişançı sözü isə tərdicən ərəbcə Müvekkinin əvəzinə işlənməyə başlandı.
Nişançı Mustafa Paşa
Nişançı Mustafa Paşa (ö. 13 sentyabr 1661) — IV Murad, Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnak olub, Mostarda dünyaya gəldi. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək şahinçibaşı oldu. 1628-ci ildə yeniçəri ağası, həmin ilin sonunda isə Dəməşq bəylərbəyi təyin edildi. 1631-ci ildə vəzifədən alınsa da, 1633-cü ildə vəzir rütbəsiylə divana daxil oldu. 1644-cü ildə Silifkə sancaqbəyliyi də ona verilərək nişançı vəzir oldu. 1643-1645-ci illərdə Silistrə bəylərbəyi olaraq xidmət etdi. 1647-ci ilin avqustunda Misir bəylərbəyi olub, həmin ilin dekabrında vəzifədən alındı.
Nişançı Əhməd Paşa
Nişançı Əhməd Paşa (v. 1705) — III Əhməd səltənətində 10 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Silâhdar Mehmed Ağa, Nusretnâme: Tahlil ve Metin (haz. Mehmet Topal, doktora tezi, 2001), MÜ Sosyal Bilimler Enstitüsü, s. 587, 610, 629-630, 652-653, 670-671; Ahmed Hasîb Efendi, Ravzatü’l-küberâ (haz. Mesut Aydıner), Ankara 2003, s. 31-32, 34-35, 70; Dilâverzâde Ömer, Zeyl-i Hadîkatü’l-vüzerâ, İstanbul 1271 ⟶ Freiburg 1969, s. 2-3; Sicill-i Osmânî, I, 235; Hüseyin Hüsâmeddin, Nişancılar Durağı, İSAM Ktp., nr. 63810, s. 127-130; Uzunçarşılı, Osmanlı Tarihi, IV/1, s.
Sancı daşı
Sancı daşı — Kəngərli rayonunun Xıncab qəbiristanlığında sənduqə tipli qəbirüstü abidə. Dördkünc, düzbucaqlı formada yonulmuşdur. Bir tərəfində, mərkəzi hissədə bir-birinin arxasında duran şir və öküz təsviri, onun yuxarı tərəfindəki frizdə isə ərəb əlifbasında yazı vardır. Təsvir dörd tərəfdən zəncirvari ornamentlə əhatələnmişdir. Təsvirin əks tərəfindəki üzündə ərəb qrafikası ilə verilən yazı daşın üzərini mamır basdığından oxunmur. Qəbir daşının baş və ayaq tərəfində fantastik təsvirlər vardır. Bu tip sənduqə tipli qəbir daşları Orta əsrlər üçün xarakterikdir. Xalq arasında bu qəbir daşı ilə bağlı olan rəvayətə görə müəyyən xəstəliyi, yaxud istəyi olan insanlar bu daşı ziyarət edir, arzularının yerinə yetirilməsi üçün dilək tuturlar. Nadir sənət əsəri olan bu qəbirüstü sənduqəni XVI-XVIII əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası.
Ayaşlı Nişançı İsmayıl Paşa
Ayaşlı Nişançı İsmayıl Paşa (ö. may 1690) — II Süleyman dövründə ümumilikdə 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == 1621-ci ildə Ankaranın Ayaş qəzasında dünyaya gəlmişdir. Nişançı vəzir olduğu üçün Nişançı ləqəbi ilə anılmışdır. Ailəsi və saraya necə alındığı barədə məlumat yoxdur. Əndərunda təhsil aldıqdan sonra müxtəlif vəzifələrdə xidmət etdi. Çuxadar vəzifəsində ikən 25 may 1668-ci ildə Rumeli bəylərbəyi olan İsmayıl Paşa 15 mart 1678-ci ildə Nişançı Abdi Paşanın yerinə nişançı vəzir təyin edildi və illərlə bu vəzifədə qaldı. 1687-ci ilin oktyabrında bir həftəliyinə İstanbul naibi oldu. Bunun ardından Sultan Mehmedin taxtdan endirilişi və II Süleymanın cülusu hadisələrində iştirak etdi. 1687-ci ilin noyabrında beşinci vəzirliyə gətirildi.
Nişançı Firudin Əhməd bəy
Nişançı Firudin Əhməd bəy həmçinin Nişançı Firudin Əhməd Paşa — dövlət xadimi, nişancı, tarixçi, xəttat və şair. I Süleymanın nəvəsi Ayşə Hümaşah Sultanın ikinci əri. Ona Osmanlı imperiyasının "ən məşhur nişançılarından biri" deyilir. İki əsərin müəllifidir: "Munşaat us-Salatin" ("Sultanların Məktubları") və "Nüzhetü-l-esrâr-il-ahbâr" (Siqetvar səfərinin təsviri). == Həyatı == Firudin Əhməd bəyin doğulduğu vaxt və yer məlum deyil. Vəqfin qeydlərinə görə atasının adı Abdulkadir olub. O, Çivizade Abdulla-effendi ilə birlikdə Şeyxülislam Çivizade Muhittin Mehmet-effendinin qardaşı deterdar Avdi-çələbinin ailəsində böyüyüb. 1552–1553-cü ildə Firudin Əhməd o dövrdə Rumeli bəylərbəyliyi olan Sokollu Mehmed Paşanın xidmətinə şəxsi katib olaraq girib. 1554-cü ildə I Süleyman ordusu ilə birlikdə Naxçıvan yürüşündə iştirak edib.Firudun Sokollu Mehmed Paşanın etibarlı adamı idi. 1565-ci ildə Firudinin himayədarı Sokollu baş vəzir (sədrəzəm) oldu.
Nişançı Qaraman Mehmed Paşa
Nişançı Qaraman Mehmed Paşa (13 sentyabr 1458, Karaman – 4 may 1481, Konstantinopol) — Osmanlı sədrəzəmı. Sultan II Mehmedin hakimiyyəti dövründə 1477–1481-ci illərdə sədrəzəmlik etmişdir. Nişançı Qaraman Mehmed Paşa II Bəyazidin yox Cem Sultanın hakimiyyətə gəlməsini dəstəkləmişdir. 1481-ci ildə yeniçərilər tərəfindən sultanın ölüm xəbərini gizlətməsi səbəbindən öldürülmüşdür.
Şeyx Əhməd Əhsai
Şeyx Əhməd Əhsai (ərəb. أحمد بن زين الدين الأحسائي‎) —Şeyxiyyə təriqətinin şeyxi. == Həyatı == Şeyx Əhməd 1753-cü ildə (hicrətin 1166-cı ilində) Fars körfəzinin qərbində, yəni Ərəbistan yarmadasının Qətif məntəqəsində yerləşən "İhsa" və ya "Lihsa" şəhərində dünyaya gəlmişdir. O, 1773-cü (h. q.1186-cı) ildə elm və təhsil əldə etmək məqsədilə Kərbəlaya gəlmiş və orada məşhur şiə alimlərindən olan Ağa Bağir Behbəhani, Seyyid Mehdi Bəhrul-ulum, Şeyx Cəfər Kaşiful-Ğita və bu kimi digər görkəmli şəxsiyyətlərdən dərs almışdır. Fiqh, üsul və hədis elmləri ilə yanaşı tibb, astronomiya, riyaziyyat və bu kimi digər dəqiq elmlərə də yiyələnmişdir. Şeyx İhsai hicri tarixi ilə 1221-ci ildə İrana gələrkən Fətəli şah Qacar tərəfindən səmimiyyətlə qarşılanır, daha sonra Fətəli şahın oğlu Məhəmmədəli mirzə Dövlətşahinin dəvəti ilə Kermana gələrək üç il orada qalır. 1826-cı (h.q.1241-ci) ildə ziyarət məqsədilə Məkkəyə gedir, qayıtdıqda Mədinə yolunda dünyasını dəyişir və elə oradaca dəfn olunur. == Təlimi == Şeyx Əhməd Əhsainin təlimlərindəki əsas mövzular 12-ci İmam Mehdinin zühuru, İslam Elminin batiniliyi əsas yer tutmuşdur. Şeyxin fikrincə İmam Mehdi haqqında deyilən əlamətlər hərfi yox, rəmzi xarakterlidir.