Ekshumasiya
Ekshumasiya — Məhkəmə-tibbi ekspertizanın və ya patoloji-anatomik tədqiqatların aparılması məqsədilə meyitin məzardan çıxarılması. Ekshumasiya sözü latın dilindən hərfi tərcümədə torpaqdan çıxarılma (lat. exhumatio: lat. ex – çıxarılma, lat. humus – torpaq) anlamına gəlir. Proses zaman-zaman arxeoloji məqsədlər çərçivəsində də icra edilməkdədir.
Ekshumasiya adətən ölüm halının səbəblərini araşdırmaq və ya öyrənmək, mərhumun şəxsiyyətini müəyyən etmək, cinayət işində yeni faktlar və sübutlar aşkar etmək, daha az hallarda isə onun yenidən dəfn edilməsi üçün həyata keçirilir. Müasir dövrdə qatı açılmamış cinayət işlərinin həll edilməsində və hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbçilərin qalıqlarının aşkarlanmasında sözügedən metotdan tez-tez istifadə edilməkdədir.
== Tarixi ==
Qədim dövrlərdə cəsədin, məzarın öyrənilməsi məqsədilə ekshumasiyalar demək olar ki, həyata keçirilmirdi. Bu hal cəsədin və qəbrin murdarlanması, həmçinin mərhumun cəsədini və onun ruhunu təhqir etmək hesab olunurdu.