Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mədəd Allahverdiyev
Mədəd Mustafa oğlu Allahverdiyev — Azərbaycanın ilk iqisad elmləri doktorlarından biri, professor, iqtisadçı alim. == Həyatı == Mədəd Allahverdiyev 1929-cu il dekabr ayının 21-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra EA-nın iqtisadiyyat bölməsinin aspiranturasında təhsil almış, 1954-cü ildə isə Moskvada müvəffəqiyyətlə namizədlik dessertasiyası müdafiə etmişdir. M.Allahverdiyevin məhsuldar həyatının böyük bir dövrü Azərbaycan EA İqtisadiyyat İnstitutunda keçmişdir. O, burada baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində çalışmışdır. 1968-75-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində işləmişdir. Professor M.Allahverdiyevin iqtisadi oriyentrlərin dəyişdiyi indiki şəraitdə də öz aktuallığını saxlayan tədqiqatları yaradıcılığının ilk mərhələsində iqtisad elminin aqrar problemlərinə, sonrakı mərhələlərdə isə iş qüvvəsinin təkrar istehsalı, əmək, makroiqtisadi tarazlıq problemlərinə həsr olunmuşdur. Keçən əsrin 50-ci illərinin sonu və 60-cı illərin əvvəllərində M.Allahverdiyevin bir-birinin ardınca “Azərbaycan SSR-in çayçılıq kolxozlarının iqtisadiyyatının inkişafı” (Bakı, Akademiya nəşriyyatı, 1956) “Kolxozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi” (Bakı, Azərnəşr, 1956), “Kolxoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu” (Bakı, “Azərnəşr, 1959), “Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri” (Bakı, Azərnəşr, 1960), “Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları” (Bakı, Akademiya nəşriyyatı, 1960), “Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgun təşkili” (Bakı, Azərnəşr, 1962) kimi əsərləri çap olunur. M.Allahverdiyev 1964-1967-ci illərdə əmək və əmək resurslarına dair bir sıra fundamental əsərlər çap etdirir. “Əmək resursları və Azərbaycan SSRİ kənd təsərrüfatında onlardan istifadə olunması” (Bakı, Azərnəşr, 1964), “Sosialist əhali sakinliyi qanunu” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Akademiya nəşriyyatı, 1965), “Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı məsələləri” (Bakı, Akademiya nəşriyyatı, 1966), “Məhsuldar və qeyri-məhsuldar əmək” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Azərnəşr, 1967) kitabları müəllifin elmi yaradıcılığının ən uğurlu yekunlarındandır.
Mədəd Coşqun
Mədət Çoşqun (doğum adıyla Mədəd İsa oğlu İsmayılov; d. 18 iyun 1938, Azərbaycan Gəyliyən kəndi, Başkeçid rayonu, Gürcüstan SSR, SSRİ) — azərbaycanlı şair, publisist və ictimai xadim. == Həyatı == Mədəd İsa oğlu İsmayılov 1938-cı il iyunun 18-də Borçalıda Dmanisi (Başkeçid) rayonunun Azərbaycan Gəyliyən kəndində anadan olmuşdur. 1959-cu ildə Dmanisi rayonu Qızılkilsə kəndində orta məktəbini qızıl medalla, 1961-ci ildə isə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Tarix-Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tbilisidə nəşr olunan "Samqori" qəzeti Mədəd Coşqunun ilk iş yeri olub. İnstitutu bitirdikdən sonra o, Dmanisi rayonuna qayıdıb, Qamışlı kəndində səkkizillik məktəbin direktor müavini, Dmanisi rayonunun yerli radio verilişləri redaksiyasının redaktoru, rayon partiya komitəsinin ideologiya şöbəsində təlimatçı vəzifələrində çalışıb. Mədəd Coşqun uzun illər Dmanisidə iki dildə (gürcü və Azərbaycan) çıxan "Trialeti" adlı rayon qəzetində Azərbaycan şöbəsinin redaktoru olub. Borçalıda milli qarşıdurma dövründə Mədəd Coşqunun Gürcüstanda sonuncu iş yeri olan "Trialeti" qəzetinin Azərbaycan dilində nəşri 1991-ci ildə dayandırılıb. Gürcüstanda azərbaycanlıların milli zəmində sıxışdırılmasının, yeni-yeni başlayan köç prosesinin qarşısını almaq, soydaşlarımızı məlumat blokadasından çıxarmaq üçün Mədəd Coşqun "İnam" adlı qeyri-leqal qəzet yaradaraq Borçalıda yayımlamağa başlayır. Mədəd Coşqun Dmanisidə 1992-ci ilə qədər mübarizəsini davam etdirir.
Mədəd Çobanov
Mədəd Namaz oğlu Çobanov (11 aprel 1937, Darbaz, Lüksemburq rayonu – 2 iyun 2023, Bakı) – türkoloq və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türk Dili Kurumunun üzvü, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü. == Həyatı == 1937-ci il aprelin 11-də qədim Borçalı mahalinda – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib, doğma Darbaz kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayıb, bir il müəllim işlədikdən sonra Əsgəri xidmətə yollanıb. Zabitlər məktəbini bitirib. Bir il Bolnisi rayon komsomol komitəsində çalışıb, sonra irəli çəkilib, fəaliyyətini rayon partiya komitəsində davam etdirib. Eyni zamanda, Azərbaycan EA-nın İ. Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil alıb. 1973-cü ildə Daşkənddə Özbəkistan EA-nın Dil və Ədəbiyyat institutinda "Bolnisi rayon şivələrinin leksikası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə eləyib. Elə həmin ildən də A. S. Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunum Azərbaycan bölməsinə müəllim seçilib. 1994-cü ilədək düz 21 il həmin institutda müəllim, dosent, professor işləyib. 1992-ci ildə Bakı Dövlət Universitetində "Azərbaycan antroponimiyasının əsasları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.
Elmdə qadınlar
Elmdə qadınların mövcudluğu elm tarixinin ən erkən dövrlərini əhatə edir, burada onlar mühüm töhfələr vermişlər. Gender və elmə maraq göstərən tarixçilər qadınların elmi səylərini və nailiyyətlərini, üzləşdikləri maneələri və işlərinin əsas elmi jurnallarda və digər nəşrlərdə nəzərdən keçirilməsi və qəbul edilməsi üçün həyata keçirilən strategiyaları araşdırmışlar. Bu məsələlərin tarixi, tənqidi və sosioloji tədqiqi özlüyündə akademik bir fənnə çevrilmişdir. Qadınların tibbə cəlb edilməsi bir neçə erkən qərb sivilizasiyasında baş verdi və qədim Yunanıstanda təbiət fəlsəfəsinin öyrənilməsi qadınlar üçün açıq idi. Eramızın birinci və ya ikinci əsrlərində qadınlar kimyagərlik elminə töhfə vermişdilər. Orta əsrlərdə dini monastırlar qadınlar üçün mühüm təhsil yeri idi və bu icmaların bəziləri qadınların elmi tədqiqatlara töhfə verməsi üçün imkanlar yaradırdı. XI əsrdə ilk universitetlərin meydana çıxmağa başladı və qadınlar əksər hallarda universitet təhsilindən kənarda qaldılar. Akademiyadan kənarda botanika erkən müasir dövrlərdə qadınların töhfələrindən ən çox faydalanan elm idi. İtaliyada qadınların tibb sahəsində təhsil almasına münasibət digər yerlərə nisbətən daha liberal görünürdü. Elmi tədqiqatlar sahəsində universitetdə vəzifə tutmuş ilk qadın XVIII əsr italyan alimi Laura Bassi idi.
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü
Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü qadınların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində tam və bərabər çıxışını və iştirakını təşviq etmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 22 dekabr 2015-ci ildə 70/212 saylı qətnamə qəbul edərək, fevralın 11-ni hər il qeyd olunan xüsusi gün kimi elan etdi. Elmdə gender bərabərliyi üçün fokus nöqtəsi ətrafında xüsusi diqqət və müzakirə sahəsini vurğulamaq üçün hər il mövzu seçilir. Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü hər il UNESCO tərəfindən BMT-nin Qadınlar Təşkilatı ilə birgə təşkil olunur. Hər iki təşkilat elmi sahələrdə qadınların və qızların rolunu təşviq etmək və bu sahədə artıq uğur qazananları qeyd etmək kimi ortaq məqsədə nail olmaq üçün milli hökumətlər, hökumətlərarası təşkilatlar, vətəndaş cəmiyyəti tərəfdaşları, universitetlər və şirkətlərlə işləyir.
Əlhədid
"Əlhədid" — Cənubi Azərbaycanda dərc olunmuş KİV-lərdən biri. == Tarixi == Qəzet 1898-ci ildə nəşr edilmişdir. Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Hüseyn xan Ədalət tərəfindən çap olunmuşdur. == Fəaliyyəti == Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi.
Əhməde Həpo
Əhməde Həpo (22 may 1933, Qəmərli rayonu) — Azərbaycan yazıçısı və publisisti, "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin qurucusu. == Həyatı == Əhməde Həpo 22 may 1933-cü ildə Ermənistan SSR-nin Qəmərli rayonunun Şırran kəndində anadan olmuşdur. Mənşəcə kürddür. Onun ailəsi İosif Stalinin dövründə həyata keçirilən repressiyalar səbəbilə 10 il sürgündə olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi ilə Əhməde Həpo evindən didərgin olmuş, Azərbaycanın Yevlax rayonunda məskunlaşmışdır. Ali təhsil almaq üçün Bakıya gələn Əhməde Həpo dövri mətbuatda müntəzəm çıxış etmiş, sonradan Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə çalışmışdır. O, kürd folklorunun toplanması və nəşr edilməsində böyük xidmətlər göstərmişdir. Əhməde Həpo "Yara", "Qanlı göz yaşları", "Evsiz yolçu", "Ömür çiçəkləri" kimi 10 kitab müəllifidir. Onun əsərləri kürd dilində də nəşr olunmuşdur. Azərbaycanda müstəqillik elan olunduqdan sonra Əhməde Həpo "Ronahi" Kürd Mədəniyyət Mərkəzini yaratmış və ona rəhbərlik etmişdir.
Mirzə Əlməmməd Xəlilov
Mirzə Əlməmməd Xəlilov (1862, Naxçıvan – 1896) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq. == Həyatı == Mirzə Əliməmməd 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu.Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını bitirmişdi. O. bu seminariyanın ilk şagirdlərindən idi. 1879-cu ildə Qori Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsinin açılması məsələsi müzakirəyə çıxarılan zaman A. Çernyayevski bu şöbənin təşkili və yaradılması üçün ən münasib və layiqli şəxs hesab edilir. Həmin ilin yayında Azərbaycanın bütün irili-xırdalı yaşayış məntəqələrini, kənd və şəhərlərini qarış-qarış gəzib, seminariyanın yenicə açılmış Azərbaycan şöbəsində oxumaq üçün şagird toplayan Aleksey Osipoviç cəmi bir neçə gənc ilə geri qayıdır. Sonralar onlardan yalniz üç nəfəri, Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görülürlər. A. Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxlayır. Mirzə Əliməmməd müəllim işləmişdi. O, 1896-cı ildə vəfat edib. == Fəaliyyəti == Dövrün tərəqqipərvər, açıqfikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846–1931), Qurbanəli Şərifov (1854–1917), Məhəmməd Tağı Sidqi (1854–1903), Cəlil Məmmədquluzadə (1869–1932), Eynəli bəy Sultanov (1866–1935), Mirzə Əlməmməd Xəlilov (1862–1896), Mirzə Ələkbər Süleymanov (1862–1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" (R.Nəcəfov.