Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elsuort Torpağı
Elsuort Torpağı, (ing. "Ellsworth Land") (əvvəllər Elsuort Dağlıq Bölgəsi), Antarktidada Antarktik yarımadasının quru hissəsinə yaxın bir yerdə yerləşən bölgəsidir. Meri Berd Torpağının şərqində, Ronni buzluğu ilə Bellinshauzen dənizi arasındadır. Bölgədə bir neçə sıradağları görmək olar. Bunlardan Elsuort dağlarındakı Vinson massiv (5.140 m) Antarktidanın ən yüksək nöqtəsidir. Kələ-kötür və buzla örtülü olan bölgə 1935-ci ildə amerikalı səyyah Linkoln Elsuort və pilotu Herbert Hollik-Kenyon tərəfindən, qitənin üzərindən təyyarə ilə keçərkən tapılmışdır. Argentina, Çili və ABŞ-nin, üzərində haqq iddia etdiyi Elsuort Torpağı hələ tam olaraq kəşf edilməmişdir.
Elsuort dağları
Elsuort dağları (ing. Ellsworth Mountains) — Antarktidada yerləşən ən hündür dağ sistemidir. Tərkibinə Sentinel və Heritic silsilələri daxildir. Antarktidanın ən hündür zirvəsi olan Vinson massivi Sentinel dağları silsiləsində yerləşir. Elsuort dağları 401 km uzunluğa və 223 km enə malikdir. Gilli suxurlardan ibarətdir. Silsilə ərazisində zəngin daş kömür ehtiyatları vardır. Dağ sistemi 1935-ci ildə ABŞ araşdırmaçısı Linkoln Elsuort tərəfindən kəşf edilmiş və bir müddət sonra onun şərəfinə adlandırılmışdır. 1958—1966 illərdə ABŞ geologiya xidməti tərəfindən tətqiq edilmişdir.
Elsuort gölü
Elsuort gölü (ing. Lake Ellsworth) — Antarktida ərazisində buzaltında yerləşən göl. Bir çox aliklərin fikirinə görə göl təqribi olaraq 125 mln xarici aləmlə əlaqəsi yoxdur. Gölün ölçüləri 14,7 km х 3,1 km nisbətindədir. Elsuort gölünün sahəsi 28,9 km². Dərinliyi isə 52-156 metr arasında dəyişir. Gölün həcmi 1,37 km³-dir. Gölün araşdırılmasını Böyük Britaniya alimləri həyata keçirir.
Çağatay Ulusoy
Çağatay Ulusoy (d. 23 sentyabr, 1990, Türkiyə, İstanbul) — Türk model və aktyorudur. 1990-cı ildə İstanbul Bakırköydə anadan olub.
Fərəc Ulusoy
Fərəc Quliyev və ya Fərəc Ulusoy (tam adı: Quliyev Fərəc İbrahim oğlu; 22 dekabr 1962, Üstüpü, Ordubad rayonu) — ictimai-siyasi xadim, istiqlalçı deputat, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin dördüncü və beşinci çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədri. == Həyatı == Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Tibb Universiteti "Müalicə işi" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili almışdır. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 oğlu var. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə–könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. 1995-ci ildə həbs edilmiş və 2002-ci ildə azadlığa buraxılmışdır. Həbsdə ikən 5 kitab və elmi-nəzəri məqalələr yazmışdır.