Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tverdə Embraer Legacy 600 qəzası
Tverdə "Embraer Legacy 600" qəzası — 2023-cü ilin 23 avqust tarixində Rusiya Federasiyasının Tver vilayətində baş vermiş təyyarə qəzası. Moskvadan Sankt-Peterburqa uçduğu güman edilən Embraer Legacy 600 tipli şəxsi təyyarənin qəzaya uğraması nəticəsində üçü ekipaj üzvü olmaqla, on nəfər həlak olub. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi telegram kanalının verdiyi məlumata görə həlak olan sərnişinlər arasında Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin və onun əsas köməkçisi Dmitri Utkin də olub.Qəzada Vaqner qrupunun Baş Qərargah rəisi və Təhlükəsizlik Xidmətinin rəhbəri Andrey Troşev də həlak olub. Flightradar24 xidmətinin hesabatına görə qəzaya uğrayan təyyarə düşməyə başlamazdan əvvəl bir necə dəfə hündürlük itirib və yenidən yüksəlib. Flightradar24 ən son məlumatları təyyarə təxminən 6 km hündürlükdə olarkən alıb. Bütün bu dəyişikliklər 32 saniyə ərzində baş verib.