Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Entomoloji mikropreparatların hazırlanma texnikası
== Entomoloji mikropreparatların hazırlanma texnikası == Böyük ixtisas təcrübə məşğələlərində çox vaxt müxtəlif entomoloji obyektlərin mikropreparatlarından istifadə olunur. Tədris prosesində hər hansı bir həşərat növünün morfoloji və anatomik quruluş xüsusiyyətləri tədqiq olunan zaman tələbənin preparat hazırlama texnikası ilə tanışlığı və özünün həmin prosesə yiyələnməsi vacibdir. Adətən entomoloji obyektin xarakterindən asılı olaraq, müvəqqəti və ehtiyat üçün (daimi) mikropreparatlar hazırlanır. Müvəqqəti preparatlar bir qayda olaraq, məşğələlərdə istifadə olunmaq üçün hazırlanır. Məsələn, çox kiçik ölçülərə malik olan həşərat növündən və ya onun pəncəsi və s. orqanından bir damla suda əşya şüşəsi üzərində hazırlanıb mikroskop altında baxılır. Ehtiyat (daimi) mikropreparatların hazırlanması daha mürəkkəbdir. Adətən kafedralarda bu preparatlardan çoxlu sayda istifadə olunur. Lakin magistr tələbənin mikropreparatların hazırlanması texnikasına yiyələnməsi üçün onun bu işə cəlb olunması vacibdir. Daimi mikropreparatların hazırlanmasında çox vaxt mikrotom kəsiklərindən istifadə olunur.
Entomoloq
Entomologiya (yunanca έντομον - cücü, λόγος - öyrənmək) - həşəratları öyrənən elm. Entomologiya zoologiyanın bir hissəsi olmaqla başlanğıcını həmin elmdən götürmüş və onun əsasında inkişaf etmişdir. Müasir entomologiya elmi biologiyanın inkişaf edən ən mühüm sahələrindən biri olub, praktika ilə sıx bağlıdır və onun ümumi entomologiya, kənd təsərrüfatı, meşə, tibbi və baytarlıq entomologiyası kimi müstəqil sahələri vardır. == Entomologiyanın inkişaf tarixi == Həşərat haqqında ilk və sadə məlumatlara qədim yunan alimi Aristotel (b.e.ə. 384-322) və başqa alimlərin fikirlərində rast gəlsək də onların öyrənilməsinə XVII əsrdən başlanmışdır. XVII-XVIII əsrlərdə italyan alimi M.Malpigi (1628-1694), Hollandiya alimi Y.Svammerdam (1634-1684), məşhur İsveç alimi K.Linney (1707-1778), görkəmli təbiətşünas və səyyah, akademik P.S.Pallas (1741-1811) həşəratın anatomiyası, metamorfozu, təsnifatı, morfologiyası, biologiyası, faunası haqqında bir çox tədqiqatlar aparmış və əsərlər yazmışlar. XIX əsrdə entomologiya bir elm kimi formalaşır və 1832-ci ildə Fransada, 1833-cü ildə İngiltərədə entomologiya cəmiyyəti yaranır.Rusiysda isə 1859-cu ildə rus entomologiya cəmiyyəti yaradılmış və onun ilk prezidenti məşhur alim, akademik K.M.Ber olmuşdur. Azərbaycanda entomologiya elminin inkişafı Sovet hakimiyyəti dövrünə təsadüf edir. Bu məqsədlə Azərbaycan Dövlət Universitetində, 1923-cü ildə təşkil olunmuş Mikrobiologiya institutunda entomologiyaya aid ilk tədqiqat işləri aparılmağa başlanır. 1932-ci ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin Zoologiya bölməsinin, 1935-ci ildə Zoologiya İnstitutunun təşkili ilə əlaqədar olaraq entomoloji tədqiqatların aparılması üçün daha əlverişli şərait yaradılmış olur.
Etimoloji lüğət
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
Etimoloji sözlük
Etimoloji lüğət — sözlərin mənşəyini (kökənini) göstərən lüğət. == Altay dillərinin etimoloji lüğətləri == Сравнительный словарь тунгусо-маньчжурских языков. Материалы к этимологическому словарю. В 2 т. / Отв. ред. В. И. Цинциус, сост.: В. А. Горцевская, В. Д. Колесникова, О. А. Константинова, К. А. Новикова, Т. И. Петрова, В. И. Цинциус, Т. Г. Бугаева — Л: Наука, 1975—1977. — 672 с.+471с. Sergey Starostin, Anna Dıbo, Oleq Mudrak. Etymological Dictionary of the Altaic Languages, 3 Vol.
Şamil Cəfərov (entomoloq)
Şamil Məmməd oğlu Cəfərov (ukr. Джафаров Шаміль Мамедович; 19 mart 1927, Azərbaycan, Azərbaycan SSR, SSRİ – 21 may 1999, Melitopol, Zaporojya vilayəti) — entomoloq. Biologiya elmləri doktoru (1963), professor (1968). == Həyatı == 1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Həmin vaxtdan Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunda çalışıb. == Əsas elmi əsərləri == Кровососущие мокрицы (Diptera, Heleidae) Закавказья. Баку, 1964; Учебник по зоологии беспозвоночных. Баку, 1969; Мухи-тахины (Diptera, Tachinidae) юга УССР. Дн., 1990; Паразитические мухи-тахины Крыма // Проблема изучения фаунист. комплексов юга Украины и разработки науч. основ их мониторинга.