Bartlbi və çevrəsi (roman)
Bartlbi və çevrəsi (isp. Bartleby y compañía) — Enrike Vila-Matasın romanı.
== Məzmun ==
“Bartlbi və çevrəsi” həm roman, həm də sənədli essedir. Əsərdə müxtəlif səbəblərə görə yazmağı atmış yazıçılardan bəhs edilir. Vila-Matasın çevrəsinə həm real (Servantes, Moppassan, Rembo, Selincer, Pinçon və b.), həm də səksəndən artıq uydurma müəllif daxildir. Qeydlər formasında yazılmış romanda Bartlbi “niyə yazırıq, niyə mövcuduq?” kimi suallara cavab axtarır. Cavablar isə elə əsərin özündədir: bu cavablar qadınlar barədə bəxti gətirməyən, yazmağı bacarmayan qozbel Bartlbinin dilindən söylənilir. O, fəlsəfi gözəlliyə malik, dolaşıq düşüncələrə sahib bir insandır. Oxucuları “Yox cərəyanı” ədəbiyyatının labirintlərinə başgicəlləndirici səyahət gözləyir.
== Tərcümə və nəşr ==
Roman ATV Kitab layihəsi çərçivəsində Nicat Məmmədov və Qismət Rüstəmov tərəfindən ispan dilindən azərbaycan dilinə tərcümə olunmuş və 2016-cı ildə Parlaq İmzalar nəşriyyatı tərəfindən Bakıda nəşr olunmuşdur.