Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Esmiralda Şahbazova
Şahbazova Esmiralda Məmmədəli qızı — azərbaycanlı aktrisa. == Həyatı == Orta məktəbi bitirdikdən sonra Bakı Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1985-ci ildə təyinatla M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndərilib: bu teatrda çalışdığı 5 il ərzində onlarla tamaşada çıxış edib. 1990-1992-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirmişdir. 1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır. "Dronqo" serialında mehmanxana inzibatçısı rolunu oynamışdır. Aktrisa Yağmur Şahbazovanın anasıdır. == Mükafatları == Azərbaycan Respublikasının əməkdar artisti — 2002 Prezident mükafatı — 9 may 2024 == Əsas rolları == Adamın adamı (Anar) — Nazlı-qəmzəli Ovod (E.L.Voyniç) — Cemma Mumu (İ.Turgenyev) — xanım Mingəçevir Dövlət Dram Teatrı Vaqif (S.Vurğun) — Gülnar Nabat xalanın çörəyi (N.Həsənzadə) — Fərəh Bakı Bələdiyyə Teatrı Tomris (Altunbay) — Qövhərşah; rəqqasə qız Vətənə igidlər gərəkdir (R.İçərişəhərli) — Əsmər Nadir şah (N.Nərimanov) — Gülcahan Dəli Domrul (A.Məmmədov) — Banı İnsan və iblis (Ə.Pəhləvan) — Dilbər Dönüş (C.Cabbarlı) — Xurşud İblis (H.Cavid) — Xavər Xəyanətin müsibəti (İ.Kərimov) — Cuda Damokl qılıncı (N.Hikmət) — arxitektorun arvadı Elektra (Sofokl) — qız Türk sancağı (A.Qurbani) — ana Məhsəti (N.Rəfibəyli) — Məhsəti == Filmoqrafiya == Salur Qazanın evi talandığı boy (film, 2001) Yoxlama (film, 2006) Tək olanda qorxma...
Esmeralda (personaj)
Esmeralda — Fransız yazıçı Viktor Hüqonun 1831-ci ildə yazdığı qotik və romantizm janrlarında olan və fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Paris Notr-Dam kilsəsi rəsərinin əsas qəhrəmanlarından biri. Əsl adı Agnès olan Esmeralda roman-fransız, qaraçı qızıdır. Küçə rəqqasəsidir. Ecaskar rəqsləri ilə bütün kişilərin ağlını başından alır. Cali adlı keçisi var. Təxminən 16 yaşlarında, incə lakin mərd bir ürəyə sahibdir. Olduqca gözəldir.
Belçikalı Mariya-Esmeralda (III Leopoldun qızı)
Belçikalı Mariya-Esmeralda Adelayd Lilyan Anna Leopoldina (fr. Marie-Esméralda Adelaide Lilian Anne Léopoldine de Belgique; 30 sentyabr 1956) — Belçika kralı III Leopoldun ikinci evliliyindən doğulan qızı, Belçika şahzadəsi. Kralın gizli evliliyindən dünyaya gəlməsi səbəbilə, şahzadə titulu daşımasına baxmayaraq Belçika taxt-tacından məhrum edilmişdir. 30 sentyabr 1956-cı ildə Laykendə dünyaya gəldi. Atası taxtdan əl çəkdirilən keçmiş Belçika kralı III Leopold, anası isə onun gizlicə evləndiyi ikinci xanımı Mariya Lilyan Baeldir. Vəftiz atası isə ögey qardaşı olan II Albertdir. Valideynlərinin gizlicə evlənməsi səbəbilə Mariya-Esmeralda kralın rəsmi övladı olaraq qəbul edilsə də, Belçika taxt-tacından məhrum edildi. 5 aprel 1998-ci ildə Londonda ingilis əsilli farmakoloq Sör Salvador Monkada ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi. Aleksandra Leopoldina Monkada (4 avqust 1998, London) Leopold Danyel Monkada (21 may 2001, London) Jurnalistika üzrə təhsil alan Mariya-Esmeralda yazar və jurnalist olaraq fəaliyyət göstərir.