Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Afrika eşşəyi
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Seseli
Çiləotu (lat. Seseli) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Essen
Essen (alm. Essen‎ [ˈɛsən]) — Almaniyanın qərbinə, Şimali Reyn-Vestfaliya federal torpağında torpaq tabeli şəhər. Əhalisi 579,8 min nəfər (2009); 2000-ci ildə 599,5 min. Ölkənin ən böyük 6-cı şəhəridir. XX əsrlərdə Almaniyanın ən önəmli dəmir və daş kömür mərkəzi idi.
Esseks Universiteti
Esseks Universiteti ― İngiltərənin Esseks şəhərində yerləşən dövlət tədqiqat universiteti. 1959-cu ildə Esseks Şəhər Bələdiyyəsi bölgədə bir ali təhsil qurumunun yaradılması istiqamətində verilmiş təklifi qəbul etdi və 1963-cü ildə ilk professorların təyinatı ilə universitetin əsası qoyuldu. 1965-ci ildə kral imtiyaznaməsi alan ali təhsil müəssisəsi, 1964-cü ildən ilk tələbələrini qəbul etmişdir. Esseks Universiteti 1961–1965-ci illərdə Birləşmiş Krallıqda təsis edilən "Plitə şüşə universitetləri" kateqoriyasına aid edilir.Esseks Universiteti təlim-tədris keyfiyyətinə görə Birləşmiş Krallıq hökuməti tərəfindən tərtib olunmuş "Tədris Mükəmməlliyi Çərçivəsi"nə görə qızıl kateqoriyada yerləşir. Birləşmiş Krallıq üzrə milli sıralamada ilk 30 ali təhsil müəssisəsi arasında yer alan Esseks Universiteti, qlobal miqyasda isə The Higher Education jurnalının 2022-ci ildə dərc edilmiş sıralamasında ən nüfuzlu 350 universitet sırasındadır.Universitetin 3 fakültə nəzdnində humanitar, sosial elmlər və elm və səhiyyə sahəsini əhatə edən 21 məktəb və departamentdə təhsil alan 15 minə yaxın tələbəsi vardır. Ümumən Esseks Universitetinin beynəlxalq səviyyədə 16 akademik tərəfdaşlığı mövcuddur. Universitetin əsas kampusu Esseksin hüdudları daxilindəki Kolçester şəhərindəki Vivenho Parkında, digər iki kampusu isə Sausend və Lauton şəhərlərində yerləşir. Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Esseks Universitetinin məzunları sırasında Kosta Rika prezidenti və Nobel Sülh mükafatı lauratı Oskar Sançes, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Xristofor Pisserides, Böyük Britaniya İcmalar palatasının spikeri Con Berkau, İraqın xarici işlər naziri Hoşyar Zəbari, Birləşmiş Krallığın daxili işlər naziri Priti Patel və Yunanıstanın maliyyə naziri Yanis Varufakis də vardır.
Salvia sessei
Salvia sessei (lat. Salvia sessei) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Senecio esleri
Senecio esleri (lat. Senecio esleri) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Seseli foeniculum
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Seseli gilliesii
Adi cirəgülü (lat. Pimpinella anisum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü. == Yayılması == Adi cirəgülünün vətəninin Aralıq dənizi sahilləri və ya Yaxın Şərq olduğunu hesab edilsə də hələ də, onun vətəni dəqiq məlum deyil. Bəzi müəlliflər (Dekandol, Kalestani) isə bu bitkinin yabanı əcdadının Anisum creticum olduğunu hesab edirlər. == Sinonimləri == Anisum odoratum Raf. Anisum officinale DC. Anisum officinarum Moench Anisum vulgare Gaertn. Apium anisum (L.) Crantz Carum anisum (L.) Baill. Ptychotis vargasiana DC. Selinum anisum (L.) E.H.L. Krause Seseli gilliesii Hook. & Arn. Sison anisum (L.) Spreng.
Seseli graveolens
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Seseli tortuosum
Əyri çiləotu (lat. Seseli tortuosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çiləotu cinsinə aid bitki növü.
Esse
Esse — ən çox ədəbiyyatda istifadə olunur. Kiçik və ya orta həcmdə olan, bir çox elmi sahəyə müraciət olunan nəsr janrı. Esse fransız sözü olub, mənası sınaq, təcrübə, oçerk deməkdir. Tənqid və ədəbiyatşünaslığın müəyyən bir problemi sərbəst surətdə izah etməsi ilə fərqlənən janrı. Daha çox ədəbiyatda istifadə olunur. Essedə məqsəddəki fikri bildirmək üçün fəlsəfi ifadə, yanaşma, təhlildən istifədə edilir. Ədəbiyatşünaslıq, avtobioqrafik, biografik məqalələr, psixoloji, tarixi, politoloji, siyasi və başqa təhlillər əsasən esse janrı üzərində qurulmuşdur. Esse problemin sərbəst şəkildə qoyuluşudur. Essenin müəllifi seçdiyi problemi (ədəbi, etik, fəlsəfi və s.) təhlil və izah edərkən ifadə tərzinin sistemli, ardıcıl, gəldiyi nəticələrin əsası, hamı üçün eyni dərəcədə məqbul olması qayğısına qalmır.
Ərşəli
Ərşəli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kürdəmir rayonunun Ərşəli kəndi Pirili kənd Sovetindən Karrar kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsinin adı ərşəli tayfasının adı ilə əlaqədar yaranmışdır. Ərşəlilər keçmişdə Quba və Şirvan zonasında yaşamışlar. Cənubi Azərbaycanda Ərşə adlı tarixi mahal (Ərdəbilin şimal-qərbində Qarasu çayı hövzəsində) mövcuddur. Şirvanda yaşayan ərşəlilərin həmin tarixi mahaldan köçüb gəlmələri güman edilir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 737 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Beji Caid Essebsi
Beji Kaid əs-Sebsi, Əl-Baci Qaid əs-Səbsi (ərəb. الباجي قائد السبسي‎; 29 noyabr 1926[…], Sidi-Bu-Said[d], Tunis Fransa protektoratı[d] – 25 iyul 2019[…], Tunis hərbi xəstəxanası[d]) — Tunis dövlət və siyasi xadimi, Tunisin 6-cı prezidenti. 2011-ci il 27 fevral — 24 dekabr tarixlərində ölkənin 10-cu baş naziri, 1981–1986-cı illərdə xarici işlər naziri və 1960-70-ci illərdə digər nazir və s. dövlət vəzifələri tutmuşdur. == Həyatı == Beji Kaid əs-Sebsi 1926-cı ilin 26 noyabr tarixində Tunisin liman şəhəri olan Sidi-Bu-Səiddə anadan olub. İlk təhsilini vətənində aldıqdan sonra ali təhsil almaq üçün Fransaya yollanıb. Paris şəhərində hüquq üzrə təhsil aldıqdan sonra 1952-ci ildə vəkillik karyerasına başlayıb. Əs-Sebsinin ilkin siyasi fəaliyyəti 1941-ci ildə başlayır. Parisdə aldığı təhsili başa vurduqdan sonra ölkəsinə qayıdır və burada baş nazir Həbib Burguibanın müşvariri olaraq işləyir. 1965–1969-cu illər aralığında Tunisin daxili işlər naziri, 1969–1970-ci illərdə isə müdafiə naziri vəzifəsində çalışır.
Eşşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Zaparojya Seçi
Zaparojya Seçi (ukr. Запорізька Січ, Zaporiz'ka Siç) — hal-hazırda Kaxovka ərazisində yerləşən bölgə 16–18-ci əsrlərdə əsgər düşərgəsi. Bölgə Dnepr hövzəsini əhatə edirdi. SSRİ vaxtında su anbarlarının inşa edilməsindən sonra bu bölgə su altında qalmışdır.
Zaporojya Seçi
Zaparojya Seçi (ukr. Запорізька Січ, Zaporiz'ka Siç) — hal-hazırda Kaxovka ərazisində yerləşən bölgə 16–18-ci əsrlərdə əsgər düşərgəsi. Bölgə Dnepr hövzəsini əhatə edirdi. SSRİ vaxtında su anbarlarının inşa edilməsindən sonra bu bölgə su altında qalmışdır.
Altay əsməsi
Altay əsməsi (lat. Anemone altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Meşəlik əsməsi
Meşəlik əsməsi (lat. Anemone sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Radde əsməsi
Radde əsməsi (lat. Anemone raddeana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Süleyman Əsgəri
Süleyman Əsgəri (türk. Süleyman Askerî) (d. 1884, Prizren, Osmanlı İmperiyası - ö. 14.04.1915, Bəsrə, Osmanlı İmperiyası) — Osmanlı əsgəri. == Həyatı == 1902-ci ildə Hərbi məktəbi, 1905-ci ilin 5 noyabrında isə Osmanlı Hərbi Kollecini bitirmişdir. Selanikdəki Üçüncü ordunun tərkibində olan monastıra təyin edildi. Monastırda qaldığı müddət ərzində İttihad və Tərəqqi Cəmiyyətinə qoşuldu. Plovdivin ən tanınmış ailələrdindən birinin qızı olan Fadimə xanım ilə ailə həyatı qurdu. Fatimə və Dilək adlarında iki övladı dünyaya gəldi. 7 iyul 1908-ci ildə Şəmsi Paşaya qarşı sui-qəsd təşkil edən Atıf Əfəndini müdafiə etdi Jön türklər dövrünə qoşuldu.
Yuxu əsməsi
Yuxu əsməsi (lat. Anemone pulsatilla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
Çələng əsməsi
Çələng əsməsi (lat. Anemone coronaria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü.
İmam Əsgəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; ən geci 3 dekabr 844, Mədinə, Abbasilər – ən tezi 25 dekabr 873 və ən geci 4 yanvar 874, Səmərra, Abbasilər) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. == Ədəbiyyat == Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
İmam Əskəri
İmam Əskəri, (tam adı: Əbul Məhəmməd Həsən ibn Əli əl-Əskəri; ən geci 3 dekabr 844, Mədinə, Abbasilər – ən tezi 25 dekabr 873 və ən geci 4 yanvar 874, Səmərra, Abbasilər) - Cəfəri şiələrinə görə 13-cü məsum, 11-ci imam və xəlifə. == Künyə və ləqəbləri == Künyəsi: Əbu Muhəmməd (Məhəmmədin atası) Ləqəbləri: İbni-Riza (Rizanın oğlu), Zəki, Hadi, Əskəri. == Ədəbiyyat == Qurani Kərim Mehdi Pişvayi, "İmam Həsən Əskəri əleyhissəlamın həyatı", Tərcüməçi: Mais Ağaverdiyev, "Moce-elm", 2003, 22 səh. Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine Əllamə Kuleyni, "Əl Kafi", c.
Əşrəfi yatağı
Əşrəfi yatağı — Xəzərin Azərbaycan sahilində, Bakının 105 kilometr cənub-şərqində, Qarabağ neft yatağının qərbində yerləşən qaz və neft yatağı. == Dan Ulduzu-Əşrəfi bloku == Dan Ulduzu-Əşrəfi bloku üçün ARDNŞ və Şimali Abşeron Əməliyyat Şirkəti (abr. ŞAƏŞ) konsorsiumu arasında kəşfiyyat, inkişaf və hasilat haqqında istehsal bölgüsü razılaşması (İBR) 14 dekabr 1996 tarixində imzalanmışdır. Müqavilə sahəsi 453 km² idi. Yatağın yerləşdiyi ərazidə suyun dərinliyi 160–180 metr arasındadır. Razılaşmaya əsasən, 3 kəşfiyyat quyusu qalılacaqdı, əgər uğurlu olarsa, istehsalat 2003-cü ildə başlayıb, 2007-ci ildə 7 milyon tona çatacaq hasilat ilə bitəcəkdi. Ümumi kapital investisiyası 2.5 milyard dollar olacağı ehtimal olunur. 3 kəşfiyyat quyusunun qazılmasından sonra Dan Ulduzunda 2 milyon ton neft, 1998-ci ilin yanvar ayında isə, Əşrəfi yatağında 6 milyon ton neft aşkar edilmişdir. 1998–2001-ci illərdəki kəşfiyyat mərhələsində neftin bir barrelinin qiyməti 20 dollardan aşağı idi. Enerji qiymətlərinin aşağı olması səbəbindən blok kommersiya cəhətdən etibarlı sayılmamış və beləliklə də tərk edilmişdir.
Seci
Seci− (ərəbcə: سجع), ədəbi terminlərdən biridir və nəsrdə qafiyələri ifadə etmək üçün istifadə olunur == Mahiyyəti == Seci ərəb poeziyasının ən qədim forması hesab olunur. Seci istifadə etməklə əldə edilən ritmik diskurslar poeziyanın inkişafına imkan verirdi. Seci sənəti ərəb satirasının inkişafında mühüm mərhələ hesab olunur. Seciler cahiliyyət dövründə uzun müddət poeziya olaraq görülmüşdür. == Kahin Secileri == İslamdan əvvəlki ərəb kahinləri insanları heyran etmək üçün seci-li sözlər deyirdilər: “And olsun parlaq aya! And olsun parlayan ulduza! Yağış gətirən buludlara and olsun! Səmadakı quşlara and olsun! Səyyahın yolunu tapdığı işarəyə and olsun... …Biri Necd’e, digəri isə Gavr’a getdi!
Abbasəli Əsədi
Əsədi Abbasəli Əsədulla oğlu - Təbriz teatrının yarandığı ilk günlərdən bu sənət ocağı ilə bağlı olan teatr fəadailərindən biri. == Həyatı == Abbasəli Əsədi 1888-ci ildə Təbrizdə şöhrətli hərbçi ailəsində doğulub. İbtidai təhsilini şəhərdəki "Loğman" mədrəsəsində alıb. Elmə, maarifə rəğbət bəsləyən Əsədulla kişi təhsilini davam etdirmək üçün Abbasəlini Tehran şəhərinə göndərib. Abbasəli Əsədi burada orta təhsilə yiyələnib. Bayram günlərində bu məktəbin dram dərnəyində fars dilində kiçik məzhəkə və məsxərələr hazırlanıb oynanılırdı. Abbasəli göstərilən məzhəkələrdən birində uşaq rolu oynamaqla səhnəyə ilk dəfə qədəm basıb. Təhsilini başa vurub Təbrizə qayıdan Abbasəli Əsədi 1918-ci ildə inqilabi hərəkata qoşulub. İnqilab yatırılanda Təbrizi tərk etməli olub. 1921-ci ildə Cəlil Məmmədquluzadə ilə Əhar şəhərində görüşüb.
Murtuza Əsədi
Murtuza Əsədi (29 fevral 1979, Ərdəbil) — Azərbaycan əsilli İran futbolçusu, mudafiəçi. Əsədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Səba Batri klubunda oynamışdır. Murtuza Əsədi Traktor Sazi klubunun heyətində futbol üzrə İran çempionatının yüksək liqasında 2011/2011 mövsümündə ən güclü müdafiə xəttinin formalaşmasında əsas rol oynamışdır. O həm də həmin mövsümdə bütün oyunlarda əvəzlənmədən 90 dəqiqə meydanda olan yeganə oyunçu olmuşdur.
Əhali prinsipi haqqında esse
Əhali prinsipi haqqında esse kitabı ilk dəfə 1798-ci ildə anonim olaraq nəşr olunub, lakin tezliklə müəllifin Tomas Robert Maltus olduğu müəyyən edildi. Kitabda əhalinin həndəsi irəliləyişlə artmasının (hər 25 ildən 2 dəfə artması) ilə bağlı gələcək çətinliklər barədə, qida istehsalının isə arifmetik irəliləyişlə artıb, qida çatışmazlığına səbəb olacağı, doğum nisbətləri azalmazsa aclıq ola biləcəyi ilə bağlı xəbərdarlıqlar yer alır.Əhalinin sayı haqqında ilk kitab olmasa da, Maltusun kitabı Britaniyada əhalinin sayı ilə bağlı mübahisələri qızışdırdı və 1800-cü il siyahıyaalınması haqqında qanunun qəbul edilməsinə gətirib çıxardım Bu qanun İngiltərə, Uels və Şotlandiyada 1801-ci ildən başlayaraq bu günə qədər hər on ildən bir davam edən milli siyahıyaalınma aparmağa imkan verdi. Kitabın 1826-cı ildəki 6-cı nəşri həm Çarlz Darvin, həm də Alfred Russel Uollesə təbii seçmə nəzəriyyəsinin inkişafında əsas təsir göstərən əsərlərdən olmuşdur. Kitabın əsas hissəsi indi Maltusun Əhali Qanunu kimi tanınan qanuna həsr edilmişdir. Nəzəriyyə iddia edir ki, artan əhali nisbəti əmək təklifinin artmasına kömək edir və istər-istəməz əmək haqqını aşağı salır. Əslində, Maltus əhalinin davamlı artımının yoxsulluğa səbəb olacağından qorxurdu. 1803-cü ildə Maltus eyni başlıq altında əsərinin əsaslı şəkildə yenidən işlənmiş ikinci nəşrini nəşr etdi. Onun son variantı, 6-cı nəşri 1826-cı ildə nəşr olundu. 1830-cu ildə, ilk nəşrdən 32 il sonra, Maltus daha geniş əsərin tənqidlərinə cavabları özündə əks etdirən Əhali Prinsipinə Xülasə Baxış adlı yığcam versiyanı nəşr etdi.