Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
BƏƏS-çilərarası münaqişə
BƏƏS-çilərarası münaqişə — Suriyanın rəhbərlik etdiyi BƏƏS Partiyası və onun alt qrupları ilə İraqın rəhbərlik etdiyi BƏƏS Partiyası və onun alt qrupları arasındakı münaqişə. == Tarixi == Münaqişə 1966-cı ildə Suriyada Mişel Əfləq və Səlahəddin Bitarın Hafiz Əsəd və Səlah Cədid tərəfindən devrildiyi dövlət çevrilişindən sonra BƏƏS Partiyasının Suriya və İraq fraksiyasına bölünməsindən sonra ortaya çıxmışdır. 1970-ci illərdə iki BƏƏS partiyası barışmağa nail olmuşdu, lakin 1979-cu ildə İraqdakı BƏƏS Partiyasında təmizləmə nəticəsində münaqişə yenidən alovlanmışdır. 1980-ci ildə Səddam Hüseyn İrana hücum edərək İran–İraq müharibəsinə səbəb olanda Suriya BƏƏS-i İranla müttəfiq olmağı seçmişdir. Nəticədə Suriya BƏƏS-i şiə islamçılarla, İraq BƏƏS-çiləri isə Qərb və sünni islamçılarla ittifaq qurmuşdur. BƏƏS Partiyasının bütövlükdə sekulyar olduğunu iddia etməsinə baxmayaraq, İraq BƏƏS-nə sünnilər, Suriya BƏƏS-nə isə nüseyrilər rəhbərlik etdiyi üçün münaqişə qismən məzhəbçilikdən qaynaqlanır. İraq BƏƏS-i Suriya BƏƏS-nə qarşı üsyanlarında "Müsəlman Qardaşlar"a dəstək vermişdir.