Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eyniyyətli-həqiqi mülahizələr
Eyniyyətli-həqiqi mülahizələr — məntiqi hesablamaların mülahizələri, ifadələri və ya formullarıdır. Müvafiq eyniyyətli-yanlış mülahizələr və ya formullar onların dəyişənlərinin həqiqiliyinin istənilən qiymətlərində yanlış olacaqlar.
Keyfiyyət
Keyfiyyət Keyfiyyət bəşər tarixi boyu üzərində ciddi düşünülmüş, müxtəlif ideyalar irəli sürülmüş və gələcək tarixin gedişatı boyu böyük maraq doğuracaq bir anlayışdır. Keyfiyyətin əhəmiyyəti kommersiya və akademik olaraq media vasitəsilə dəfələrlə qeyd edilmişdir. Son bir araşdırmaya görə, məhsul və xidmət keyfiyyətinin yüksək səviyyəli menecerlər tərəfindən ən çox inkişaf etdirildiyi düşünülən anlayışlar arasında ön sıralarda olduğu müəyyən edilmişdir. Keyfiyyət həm də şirkətlərin beynəlxalq miqyasda yüksəlməsinə kömək edən ən mühüm qüvvə kimi müəyyən edilir. Keyfiyyət anlayışını tək bir anlayış kimi axtarmaq tədqiqatçıları yormaqdan başqa heç nə etmədi. Keyfiyyət; Dəyər, məhsulun texniki xüsusiyyətlərinə uyğunluq, ehtiyaclara uyğunluq, istifadəyə yararlılıq kimi də müəyyən edilmişdir. Konsept izah olunmağa və təyin olunmağa çalışıldığı tarixdən asılı olmayaraq dəfələrlə maraqlı və təəccüblü təriflərə malik olmuşdur. Uzun illər əvvəl ortaya atılan və bu günə qədər gəlib çatan prosesdə müxtəlif dəyişikliklərə məruz qalan Keyfiyyət Konsepsiyası Bütöv Keyfiyyət İdarəetmə Fəlsəfəsinin rəhbərliyi altında müasir adını tapmışdır və bu prosesdə yeni təriflər tapmağa davam edəcəkdir. == Tərif == Keyfiyyətin tərifi bunu edəcək şəxsə görə dəyişir. Bu, keyfiyyətin çox geniş anlayış olması ilə bağlıdır.
Niyyət
Niyyət (ərəb. نية‎) — İslam qanunlarında bir anlayışdır. Niyyat məqsəd və mənasını aydın dərk edərək hər hansı bir hərəkəti şüurlu şəkildə yerinə yetirmək və ya ondan çəkinmək kimi yozulur. Niyat insanın əməllərinin qiymətləndirilməsində əsas rol oynayır, xüsusən də, bu və ya digər hərəkətin (namaz, oruc, nikah, boşanma) ritual və hüquqi qüvvəsi ilə bağlı teoloji və hüquqi nəticəsinə və ya cinayət işi üzrə İslam məhkəməsinin qərarına təsir göstərir. == Niyyətsiz ibadət == Əksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı başında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058–1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar. "Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın.
Keyfiyyət (şahmat)
Keyfiyyət — Şahmat termini Spesifik şahmat terminidir. Keyfiyyətin udulması – yüngül fiqurun əvəzinə topun udulmasıdır.
Keyfiyyət xərcləri
Keyfiyyət xərcləri — yarana biləcək nöqsanların qarşısının alınması, keyfiyyətin qiymətləndirilməsi, istehsal prosesi zamanı və ya məhsulun müştəriyə çatdırılmasından sonra ortaya çıxan xərclərin məcmusudur. Keyfiyyət xərcləri bəzən keyfiyyətə nail olmaq üçün çəkilən xərclər, bəzən keyfiyyət şöbəsinin istifadə etdiyi büdcə, bəzən isə uyğun olmayan (qeyri qənaətbəxş) keyfiyyətin meydana gətirdiyi xərclər olaraq başa düşülür. Ancaq, müasir dövrdə idarəetmə sahəsində çalışanlar Keyfiyyət xərcləri dedikdə bir qayda olaraq keyfiyyətlə bağlı bütün xərcləri nəzərdə tutur. == Önəmi == İstehlakçılar fərqli özəllikləri olan məhsulları daha çox istehlak etməyə başladığı üçün, istehsalçılar da bu fərqli özəllikləri keyfiyyət vasitəsi ilə yaratmağa başlamışlar. Buna görə də, keyfiyyətlə bağlı həyata keçirilən fəaliyyətlər hər hansı məhsulun uğurlu olmasında daha çox rol oynamağa başlayıb. Firma və müəssisələr keyfiyyətlə bağlı rəqabət aparmaqla yanaşı, həmçinin keyfiyyətin xərclərə təsirini də nəzarət altında saxlamaq üçün çalışırlar. Daha yaxşı nəticə əldə etmək üçün şirkətlər büdcələrinin bir hissəsini hədəflədikləri keyfiyyət göstəricilərinə çatmaq üçün istifadə edirlər. Həmin istifadə edilən vəsaitə isə keyfiyyət xərcləri deyilir. Keyfiyyət xərcləri bir şirkətin keyfiyyət dərəcəsini müəyyən edən ən vacib göstəricidir. Eyni zamanda keyfiyyətin idarə edilməsi prosesinin tətbiq olunması və standartlaşdırılması üçün keyfiyyətlə əlaəqdəar olaraq həyata keçirilən bütün fəaliyyətin ölçülməsi və qeydiyyatının aparılması da çox önəmlidir, çünki keyfiyyət xərclərinin ölçülməsi bu göstəricilər əsasında apara bilər.
Zehniyyət tarixi
Zehniyyət tarixi fransızca histoire des mentalités qavramına əsaslanır və bu termin davranışlar tarixi, zeyniyyət və ya dünyagörüşü olaraq tərcümə oluna bilər. Termin tarixin sonrakı nəsil Annallar məktəbinin (xüsusilə kitab və oxuyub-yazmaq tarixçisi Roger Kartierin) "kritik dönüş" (tournant critique) ilə əlaqəli müəyyən bir icra yöntəmini əhatə edir. Annalın longue durée'yə (uzun dövr) olan marağı qısa dövrlük hadisələrdənsə uzun müddət davam edən hadisələri daha əhraflı tədqiq etməkdır.. Qavram bundan əlavə kültür tarixi və ya tarixi antropologiyaya bərabər ya da onun bir növü olaraq qəbul edilə bilər. == Tarixi == === Annales === Zehniyyət tarixi ya da histoire des mentalités, müəyyən bir zamandakı insanların haqqında düşündükləri, iç-içə keçdikləri və sinifləndirildikləri özlərini əhatə edən dünyalarını tədqiq etmə yollarını öyrənməyi məqsəd kimi qəbul edən tarixi tədqiqatları təsvir etmək üçün istifadə olunan bir ifadədir. Zehniyyət tarixi müxtəlif tarix məktəblərindən bir çox tarixçi və elm adamı tərəfindən tarixi bir vasitə olaraq istifadə olunmuşdur. Xüsusilə, Annallar məktəbi tarixçiləri zehniyyət tarixini inkişaf etdirmədə və işləyəcək bir metodologiya yaratmaqda kömək etdilər. Bu metodologiyanı qurarkən özlərini müəyyən bir zaman və məkanla sərhədlədilər.Zehniyyət tarixi termininin qaynağı Annal tarixçiləri Cors Duby və Roger Kartierin əsərlərindəndir. Total tarixin tədqiqatları içində Annal tarixçiləri keçmiş nəsillərin sadə hadisə və siyasət mərkəzli tarixlərini əsas götürdülər. Maykl Harsgor Annal tarixçilərinin mübarizəsinin o dövrlərdə yazılan Marksist tarix kimi teleolojik nəticələrə əsaslanan müəyyənedici bir tarix yazmaq olmadığını bildirir.
Əqli keyfiyyət
Əqli keyfiyyət – şəxsiyyətin idrak obyektinə, məsələlərin həllinə yanaşma tərzini xarakterizə edən, nisbətən davamlı və mühüm xüsusiyyəti. Hər şəxsin fikri fəaliyyəti həm alınan nəticə, həm də məsələni həlletmə üsulunun səmərəliliyi ilə müəyyən edilir və ağılın keyfiyyəti, yaxud əqli keyfiyyətdə fərdi fərqlər adlanır. Əqli keyfiyyətə əqlin genişliyi, dərinliyi, çevikliyi, təfəkkürün müstəqilliyi və s. daxildir. == Ədəbiyyat == R.Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == Intelligence quotient What is IQ? What is intelligence?
Xoş niyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş-niyyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Keyfiyyət tədqiqatı metodları
Sosial və davranış elmlərində keyfiyyət tədqiqatı ədədi informasiyaya əsaslanmayan tədqiqat üsuludur. Bu tədqiqatda müxtəlif sənədlərin, söhbətlərin, intervyuların məzmunu, baş vermiş hadisələr ətraflı araşdırılır. Müxtəlif mənbələrdə sosial və davranış elmlərinə aid tədqiqat metodlarının fərqli təsnifatına rast gəlmək olar. Psixologiyaya aid edilən keyfiyyət tədqiqatlarını (qualitative research) başqa elm sahələrinə aid olanlardan fərqləndirmək üçün son zamanlar psixoloji keyfiyyət tədqiqatları (qualitative psychological research) ifadəsi işlənir. Qeyd etmək lazımdır ki, sadalanan metod adları bəzən şərti xarakter daşıyır. Bir çox metodları ətraflı gözdən keçirdikdə onların bir birinə çox yaxın olduğu, bəzən isə sadəcə olaraq eyni metoda fərqli adlar verildiyi aydınlaşır. Amerika psixoloqu D. Martin psixoloji keyfiyyət tədqiqatları kimi əsas üç metodu göstərir: Təbii şəraitdə müşahidə Etnoqrafik tədqiqat Hadisənin öyrənilməsiBaşqa mənbələrdən bu siyahıya aşağıdakıları əlavə etmək olar: Iştirakçı kimi müşahidə aparılması Məzmun analizi Fokus qrupu Qeyri struktur intervyu === Metodların qısa təsviri === Təbii şəraitdə müşahidə aparılması əslində heyvanların davranışının öyrənilməsi üsulu kimi yaranıb. Sosial psixoloqlar kəmiyyət tədqiqatlarından uzaqlaşmağa başladıqda bu metod insanlara da tətbiq edilməyə başladı. Bu üsulun başqa adı çöl tədqiqatıdır (field study). Adından da göründüyü kimi bu üsul, obyektin ona aid olan sahədə fəaliyyəti zamanı müşahidə edilməsidir.
Zehniyyət (serial, 2020)
Zehniyyət serialı — Rejissor Ekta Kapur və Karişma Kohli tərəfindən 11 mart 2020-ci ildə ALT Balaci internet televiziyasında yayımlanacaq Hindistan komediya serialıdır.Serial təkcə,ALT Balacidə yox,ZEE TV-də də yayımlanacaq.Serialın çəkilişləri 2019-cu ildən başlayıb.Baş rolda Dino Morea və Karişma Kapur oynayacaq.Karişma Kapurun oynayacağı ilk serial olan Zehniyyət Kapurun təcrübəsi ilə daha da tanınacaq. == Məzmun == Serial anaların fərqli təbiətləri ətrafında fırlanır və əsassız gözləntilərlə uşaqlarını necə idarə etdiklərini göstərir.Analar öz övladlarının yaxşılığı üçün əllərindən gələni edirlər.Posterdən də göründüyü kimi,ananın ayaqları da əldir.Bir əl bir işi,o biri əl də növbəti işi görür.Serial, müxtəlif növ anaların çoxuşaqlı təbiətini və uşaqlarının tərbiyəsində rollarını araşdırır və ana olacaq qadınlara bir dərs verir.
Niyyət (film, 2010)
Niyyət — 2010-cu ildə çəkilmiş Azərbaycan filmi. == Haqqında == Samir Kərimoğlunun rejissoru olduğu film "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunub. "Niyyət" filmi özünəməxsus süjet xətti və bu gün üçün aktual olan mövzusu ilə diqqətçəkəndir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (Azərbaycan)
Təhsildə Keyfiyyət Təminatı Agentliyi — ali, orta ixtisas və əlavə təhsilin keyfiyyətinə nəzarət edən dövlət orqanıdır == Tarixi == 29.12.2019-cu ildə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilib. Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Kəlniyyət (jurnal)
"Kəlniyyət" jurnalı (az.-əbcəd کل نیت‎) — 1912–1913-cu illərdə Bakıda həftədə iki dəfə nəşr olunan satirik jurnal. == Haqqında == "Kəlniyyət" jurnalının ilk nömrəsi 1912-ci il may ayının 24-də Bakıda nəşr edilmişdir. Jurnalın müdiri Hacı İbrahim Qasımov, imtiyaz sahibi isə Seyid Hüseyn Sadiq idi. Jurnal Orucov qardaşları mətbəəsi və "Kaspi" tipolitoqrafda çap olunmuşdur. Məzhəkə məcmuəsi idi. 8 səhifəli, şəkilli, satira və karikatura jurnalı olub. "Kəlniyyət" 1912-ci ildə 31 nömrə çıxmış, 1913-cü ilin fevral ayının 10-da isə 6-cı nömrəsindən sonra bağlanmışdır. Cəmi 37 nömrəsi çıxmışdır.Jurnalın naşiri və redaktoru == Fəaliyyəti == Jurnalın birinci səhifəsində böyük şriftlərlə "Kəllə" sözə verilmişdir. Bu, baş məqalənin sərlövhəsidir. Jurnalın oxucu ilə ilk söhbəti belə başlayır: Oxucularla ilk söhbətini bu cür maraqlı başlayan jurnal öz səhifələrində dövrün aktual problemlərinə, bir sıra ictimai-siyasi məsələlərə toxunmuşdur.
Tərlan Eyniyev
Tərlan Gölişad oğlu Eyniyev (22 yanvar 1993; Yardımlı rayonu, Azərbaycan — 5 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tərlan Eyniyev 1993-cü il yanvarın 22-də Yardımlı rayonunun Zevin kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Tərlan Eyniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Eyniyev oktyabrın 5-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Xəzər rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Eyniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Eyniyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.