SUBYEKT
\[alm. Subjekt; fr. Sujet; ing. Sunject; lat. Subjectum; yun. Hypokeimenon; osm. tr. fail, mevzu; ər. جىهش \] – Subyekt termini Aristotelə görə sonra da Orta əsrlərdə cövhər mənasında işlədilirdi. Bugünkü mənasında isə XVII əsrdən sonra işlədilir. Fəlsəfi kateqoriya. Subyekt anlayışı ilk əvvəl \[məs., Aristoteldə\] xassələrin, vəziyyətlərin, hərəkətlərin daşıyıcısını bildirmişdir və bu mənada substansiya anlayışı ilə eyniyyət təşkil etmişdir.