Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yücələn (Qars)
Yücələn — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 214 nəfərdir (2022).
Fucyen
Futszyan (çin. sadə. 福建, pinyin: Fújiàn ; , rəsmi olaraq: çin. sadə. 福建省, pinyin: Fújiàn Shěng) — Çin Xalq Respublikasında əyalət. Ərazisi 124015.64 km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 36.894.217 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 37.480.000 nəfər, inzibati mərkəzi Fuçjou şəhəridir.
Çətən
Çətən – eyni diametrli qamış və ya ağac çubuğundan hazırlanmış məhsul. Çətən "çətmək" sözündən yaranıb, mənası "bağlamaq" deməkdir. Bəzən onu alaçıqlarda çox istifadə edildiyi üçün "çığ" da adlandırırlar. Çətən adətən eyni ölçülü qamış və ya ağac çubuğundan hazırlanır. Bu çubuqlar yan-yana qoyularaq həm qıraqdan, həm də uzunluğundan asılı olaraq ortadan bir və ya bir neçə dəfə sadə ip vasitəsilə bir-birinə bərkidilirdi. Bu texnikada hazırlanmış məhsul dik vəziyyətdə alaçığın alt hissəsini bərkitmək məqsədilə istifadə edilirdi. Azərbaycanda adətən iki cür çətən mövcud olmuşdur: Saya. Saya çətənlər üzərində heç bir bəzək elementi olmurdu və o sırf məişət məqsədləri üçün hazırlanırdı. Naxışlı. Naxışlı çətənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi məqsədlərə xidmət edirdi.
Fucyen tulouları
Fucyen tulouları (Çincə:福建土樓|福建土楼|Fújiàn Tǔlóu) — Çində XII və XX əsrlərdə inşa edilən yaşayış yerləri. Tulay evləri 46 evdən ibarətdir. Çinin Fuji bölgəsinin 120 km-də yerləşir. Hər birinin içində 800 adam yaşaya biləcək şəkildə tikilmişdir. Bütün bir qəbiləni içində saxlaya bilən bu evlər sanki kiçik şəhəri xatırladır.
Çətən (film, 1995)
Xalçaçılıqla Azərbaycanda hələ e.ə. 3-4-cü minilliklərdə məşğul olunub. Çətən ən qədim xovsuz xalça növüdür. Çətəndən alaçıqlarda həm qapılıq kimi, həm də alaçığın divarını bəzəmək, yurdu isti saxlamaq üçün istifadə edirdilər. Filmdə bu qədim sənət növünün sirlərindən bəhs edilir. Filmdə yeganə çətən ustası Tariyel Bəşirovun əsərlərindən istifadə olunmuşdur.