Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kənarlaşma
Standart kənarlaşma statistika məlumatların təhlili, ehtimal nəzəriyyəsi və risklərin idarə edilməsində geniş istifadə edilən metoddardan biridir.Standart kənarlaşma qeyd olunan ədədin, ümumi ədədlər toplusunun orta rəqəmindən kənarlaşmasını ( dispersiyanı) göstərir. σ = ∑ ( x − x ′ ) 2 n {\displaystyle \sigma ={\sqrt {\sum (x-x')^{2} \over n}}} Reallıqda bu formula üzrə hesablamağa ehtiyac qalmır, çünki Excel kimi proqramlarda xüsusi formula vardırki, adətən ondan istfadə edilir ( funksiyanın adı: = STDEV.S). Daha rahat izah üçün məsələ üzərində göstərək: Fərz edilsin ki, İnvestor bir valyutaya yatırım etmək istəyir.Və USD seçilir və onun 5 gün üzrə qiyməti təqdim olunur. Rəqəmlər belədir: 0.8 ; 0.78; 0,91; 0.77; 0.54 İndi isə EURO üzrə qiymətlər təqdim edilib: 0.2 ; 0.33; 0,57; 0.11; 0.7 Və minimum riskli investisiya forması tapılmalıdır. Birinci çoxluğun Standart kənarlaşması 0.135093-ə,ikinci çoxluğun Standart kənarlaşması isə 0.248133 bərabərdir. Hər iki çoxluq üzrə Standart kənarlaşmaya baxdıqda görürük ki, 2-ci çoxluğun kənarlaşması daha çoxdur – yəni risk daha artıqdır,qiymət tez-tez enib qalxır.
Tektonik fəallaşma zonaları
Tektonik fəallaşma zonaları – tektonik fəallaşma zonalarında aşınma və denudasiya hadisələri səciyyəvi olub, zəlzələ və sürüşmələr daha çox müşahidə olunur. Aşınma hadisəsi zamanı Ca elementi, denudasiya hadisəsi zamanı isə Si elementinin toplanması müşahidə olunur. Tektonik fəalliyyətin yüksəldiyi sahələrdə torpaqlarda Mn və Fe elementlərii ilə, yeraltı sularda isə karbonla zənginləşmə hadisəsi baş verir. Mn elementinin yüksək miqdarı tektonik fəallaşma sahələri üçün tipomorf kimyəvi element hesab olunur. Tektonik fəallaşma zonalarında manqan yataqları, habelə Fe / Na nisbətlərinin yüksək göstəriciləri səciyyəvidir.
Tektoniki fəallaşma sahələri
Tektoniki fəallaşma sahələri – zəlzələ, uçqun və sürüşmələr tipli neotektoniki hadisələrlə müşayət olunur. Həmin sahələr üçün aşınma və denudasiya hadisələri də səciyyəvidir. Oksidləşmə şəraiti yaradan kimyəvi elementlər və birləşmələr – sərbəst O ilə yanaşı S, Fe və s. elementlərin kimyəvi fəallığı yüksəlir. Qələvi və qələvi-torpaq metallar, habelə halogenlər aqressivlik göstərir. Tektonik fəallığın yüksəldiyi sahələrdəki geokimyəvi mühitdə yaranan torpaqlar və sularda K, Fe və S elementlərii ilə zənginləşmə baş verir. Tektoniki oreollar öz mahiyyətinə görə həm də diffuziya oreolları hesab oluna bilər. Tektoniki oreollarda Fe, C, S və s. elementlərinin zənginliyi diffuziya qabiliyyətini nümayiş etdirir. Səth və yeraltı sularda orta temperaturdan yüksək göstəricilər müşahidə edilir.