XARABLAŞMAQ

f. Pisləşmək, daha da xarab olmaq, fənalaşmaq, korlanmaq.
[Həsənqulu bəy:] Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur. Ü.Hacıbəyov.
Kişinin ovqatı daha da xarablaşır, oyan-buyanı, axtarar, əlinə təndir kösöyü götürüb, itə bir-iki çəkərdi. H.Sarabski.
Gülşən işdən çıxanda günortadan pozulmağa başlayan hava get-gedə daha da xarablaşdı. M.Süleymanov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XARABLAŞMAQ pisləşmək — ağırlaşmaq — pozulmaq

Antonimlər (əks mənalı sözlər)

  • XARABLAŞMAQ XARABLAŞMAQ – YAXŞILAŞMAQ Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur
XARABLAŞMA
XARABLIQ

Digər lüğətlərdə