Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Filateliya
Filateliya — poçt markaları yığmaq. İlk dəfə marka yığmaq tembrofliya və ya tembrologiya (fransız dilindən tərcümədə tembr - poçt markası deməkdir) adlandırılmışdır. Sonradan marka yığmaq markamaniya adlandırılmışdır. 1864-cü ildə fransalı Jorj Erena marka yığmağı filateliya adlandırmışdır. 1899-cu ildə bütün dünyada filatelistlərin sayı 1 milyona yaxın olmuşdur. On il sonra isə İngiltərənin "Ştamp Adventiser" jurnalının yazdığına görə marka yığanların sayı daha 500 min nəfər artmışdır. Birinci dünya müharibəsindən sonra isə marka yığanların sayı 2,3 milyon, 1940-cı ildə 7,5 milyon, 1967-ci ildə "İtaliya filateliyası" jurnalının yazdığına görə isə marka yığanların sayı 18 milyon nəfərə çatmışdır. Hal-hazırda aparılmış araşdırmalara görə marka yığanların sayı 100 milyon nəfərə yaxındır. Filatelistlər hər hansı ölkənin poçt markasını topladıqda istər-istəməz həmin ölkənin tarixini, memarlığını, flora və faunasını, dahi şəxsiyyətlərini, idman aləmində nailiyyətlərini öyrənir. Filateliya dünyada dərin məzmunlu bir elm sahəsi kimi tanınır.
Heydər Əliyev filateliyada
Heydər Əliyev filateliyada — Azərbaycanın dövlət xadimi Heydər Əliyev haqqında buraxılmış filateliya məhsulları. == Azərbaycan buraxılışları == === Xarici rəhbərlərlə görüşlərə həsr olunan markalar === == Xarici buraxılışları == == "Heydər Əliyev" ordeni poçt markası üzərində == 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 5000 ədəd olan həmin markalardan biri "Heydər Əliyev" ordeninə həsr olunmuşdur.
Filadelfiya
Filadelfiya — ABŞ-nin Pensilvaniya ştatında yerləşən şəhər. Yunan dilində "fileo" və "adelfos" sözləri "sevgi" və "qardaş" demək olduğu üçün "Qardaşlıq sevgisi şəhəri" ləqəbi ilə tanınır. == Əhalisi == 2010-cu əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,526,006 nəfər olmuşdur.
Filadelfiya Universiteti
Filadelfiya Universiteti (ing. Philadelphia University) — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən ali təhsil müəssisəsi.
Filadelfiya eksperimenti
Filadelfiya eksperimenti (ing. Philadelphia Experiment) — ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan əfsanəvi eksperimentdir. 28 oktyabr 1943-cü ildə ABŞ donanmasının Pensilvaniya əyalətinə bağlı olan Filadelfiya şəhərinin limanında baş verən təcrübədir. İddiaya görə, donanmaya aid bir qoruma destroyeri olan DE 173 sinifi 1240 tonluq "USS Eldridge" bir neçə dəqiqə içərisində 600 km.-dən çox bir uzaqlığa gedib və təkrar gəlmişdir. Təcrübənin varlığı mövzusunda heç bir dəlil yoxdur. Amerika donanması da belə bir təcrübənin qeydlərdə var olmadığını ifadə etmişdir. Al Bielek xaric təcrübəyə qatıldığı iddia edilən bütün əsgərlər bunu yalan, hekayənin bir aldatmaca olduğunu söyləmişlər. Bielekin hekayəsi də daha sonra təkzib olunmuşdu. Layihənin digər adı "Göy qurşağı" əməliyyatıdır (ing. Rainbow Project).
Filadelfiya təcrübəsi

Filadelfiya Seventi Siksers
Filadelfiya Seventi Siksers — NBA-də Şərq Konfransında, Atlantik qrupunda yer alan Filadelfiya, Kaliforniyanı təmsil edən basketbol klubu.
Filadelfiya əhvalatı (film, 1940)
"Filadelfiya əhvalatı" (ing. The Philadelphia Story) — rejissor Corc Kyukorun filmi. == Məzmun == Yüksək təbəqədən olan varlı gözəl Treysi Samanta Lord ikinci dəfə nikaha girməyə hazırlaşır. O, öz adı ətrafında heç bir hay-küy eşitmək istəmir. Lakin sarı mətbuat jurnalının naşirinin etdiyi şantajın köməyilə öz reportyorlarının toyda iştirakına nail olur. Müxbirlər sensasiya gözləyirlər. Və onlar heç kimin gözləmədiyi hadisələrin şahidinə çevrilirlər. Treysi başa düşür ki, adaxlısını sevmir və jurnalistlərin birindən xoşlanır. == Film haqqında == Filmin çəkilişləri bir aydan azacıq artıq müddətdə aparılmışdır. Çəkilişlər 1940-cı ilin 5 iyulunda başlamış və 14 avqustunda başa çatmışdır.