Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Filogenetika
Filogenetika və ya filogenetik sistemləşdirmə — müasir və nəsli kəsilmiş canlılar arasında, təkamül üzrə mövcud olan qarşılıqlı əlaqələri müəyyənləşdirən və identikləşdirən bioloji sistemləşdirmə sahəsidir. Təkamül nəzəriyyəsi iddia edir ki, individlər və ya növlər arasında olan oxşarlıq, əksər hallarda onların eyni mənşəli olmalarına və ya əcdadlarının eyni olmasına işarədir. Buna görə də, filogenetika ilə müəyyən edilən qarşılıqlı əlaqələr, adətən bioloji növün filogenezini və təkamül tarixini təsvir edir. Filogenetik taksomaniya filogenetikadan yaransa da, onun məntiqi davamı deyil. Filogenetik taksomaniya orqanizmlərin təkamül münasibətlərinin səviyyəsi üzrə təsniləşdirilməsi ilə məşğul olur. == Filogenetik ağac == Sistem taksonlar arasındakı qarşılıqlı əlaqəni təsvir edir və canlı orqanizmlərin təkamül tarixini başa düşməyə imkan verir. Alimlər tarixi göstəricilər əsasında həyatın tarixi barədə hipotez, fərziyyə və modellər hazırlayır.Filogenetikada təkamül üzrə növlər arasındakı qarşılıqlı əlaqə filogenetik ağac adlanan qrafiklə vizual şəkildə təsvir olunur. Filogenetik ağac nümunəsi Qovşaq: taksomonik vahidi göstərir. Bu həm mövcud olan qrup, həm də onun əcdadı ola bilər. Budaq: taksonlar arasında qarşılıqlı əlaqəni müəyyən edir Topologiya: ağacın budaqlanması qaydası: Budağın uzunluğu: taksonlar arasında baş vermiş dəyişiklikləri sayını göstərir Kök: baxılan orqanizmlərin hamısının əcdadı Miqyas: orqanizmlər və ya genlərin ardıcıllığı arasındakı fərqlər Klada: iki və ya daha artıq takson və ya DNT-si özünün əcdadını və ondan törəyən bütün nəsilləri özündə ehtiva edən qrup.
Mitogenetik şüalar
Mitogenetik şüalar — dalğasının uzunluğu 1900–3250 Å, intensivliyi az olan ultrabənövşəyi şüalar. Bitki və heyvanların hüceyrə və toxumalarının çoxalması zamanı hasil edilir. Mitogenetik şüalar 1923-cü ildə Aleksandr Qurviç tərəfindən kəşf edilmişdir. O göstərmişdir ki, mitogenik şüalar hüceyrələrin mitoz bölünməsinin və hüceyrədə ardıcıl kimyəvi prosesləri stimulə edir. Mitogenik şüalar hüceyrəsiz sistemlərdə də müşahidə olunmuşdur. Mitogenik şüaların spektrlərinin analizi onların tədqiq olunan obyektlərin fizioloji vəziyyətindən asılılığını aşkara çıxarır. Bəzi patoloji hallarda mitogenik şüalar intensivliyi dəyişir. Bischof M. "Bibliography on biophoton research and related subjects". International Institute of Biophysics. 2010-01-25 tarixində arxivləşdirilib.
Biogenetik qanun
Biogenetik qanun – orqanizmlərin fərdi inkişafı (ontogenez) və növlərin təkamül tarixinin (filogenez) qarşılıqlı münasibətlərini izah edən konsepsiya. Biogenetik qanunun E. Hekkel (Haeckel) orqanizmlərin fərdi və tarixi inkişafı arasındakı asılılığı belə ifadə etmişdir: hər bir orqanizmin ontogenezi onun əcdadının filogenezinin qısa və yığcam təkrarını (rekapitulyasiya) təmsil edir. Hekkelə görə, təkamül prosesində yeni əlamətlərin yaranması orqanizmlərin fərdi inkişafının sonunda yeni mərhələlərin əlavə olunması yolu ilə baş verir, əvvəlki yaşlı vəziyyət isə ondan (sonuncudan) əvvəlki embrional mərhələyə çevrilir. Ontogenezdə əcdad əlamətlərinin təkrarlanması bununla əlaqədardır. Beləliklə, ontogenezin formalaşmasının səbəbi filogenezdir. Fərdi inkişaf sonsuz uzana bilməz, buna görə də filogenetik mərhələlərin embriogenezdə təkrarlanması tədricən qısalmış olur. Ç. Darvin (1859) göstərmişdir ki, təbii seçmə orqanizmlərin ontogenezinin bütün mərhələlərinə təsir edərək onların hər birinin xarici şəraitin xüsusiyyətlərinə uyğunlaşmasına səbəb olur. E. Hekkel rüşeym və sürfələrin spesifik uyğunlaşmasını senogenez adlandırmış, bunların arasında embrional rüşeymlərin formalaşma yerinin dəyişilməsini (heterotopiya), onların inkişafının müddət və templərini (heteroxroniya) ayırd etmişdir. Fərdi inkişafda senogenezin yaranması sayəsində konservativ əlamət və proseslərin təkrarlanma qaydası pozulur. E. Hekkel güman edirdi ki, bütöv filogenetik mərhələlər ontogenezdə ardıcıl təkrarlanır və bunun sayəsində növün tarixi inkişafının gedişini yenidən yaratmaq olar.