biogenetik

sif. biogénétique ; ~ element élément m biogénétique

biofiziki
biogenez
OBASTAN VİKİ
Biogenetik qanun
Biogenetik qanun – orqanizmlərin fərdi inkişafı (ontogenez) və növlərin təkamül tarixinin (filogenez) qarşılıqlı münasibətlərini izah edən konsepsiya. Biogenetik qanunun E.Hekkel (Haeckel) orqanizmlərin fərdi və tarixi inkişafı arasındakı asılılığı belə ifadə etmişdir: hər bir orqanizmin ontogenezi onun əcdadının filogenezinin qısa və yığcam təkrarını (rekapitulyasiya) təmsil edir. Hekkelə görə, təkamül prosesində yeni əlamətlərin yaranması orqanizmlərin fərdi inkişafının sonunda yeni mərhələlərin əlavə olunması yolu ilə baş verir, əvvəlki yaşlı vəziyyət isə ondan (sonuncudan) əvvəlki embrional mərhələyə çevrilir. Ontogenezdə əcdad əlamətlərinin təkrarlanması bununla əlaqədardır. Beləliklə, ontogenezin formalaşmasının səbəbi filogenezdir. Fərdi inkişaf sonsuz uzana bilməz, buna görə də filogenetik mərhələlərin embriogenezdə təkrarlanması tədricən qısalmış olur. Ç.Darvin (1859) göstərmişdir ki, təbii seçmə orqanizmlərin ontogenezinin bütün mərhələlərinə təsir edərək onların hər birinin xarici şəraitin xüsusiyyətlərinə uyğunlaşmasına səbəb olur. E.Hekkel rüşeym və sürfələrin spesifik uyğunlaşmasını senogenez adlandırmış, bunların arasında embrional rüşeymlərin formalaşma yerinin dəyişilməsini (heterotopiya), onların inkişafının müddət və templərini (heteroxroniya) ayırd etmişdir. Fərdi inkişafda senogenezin yaranması sayəsində konservativ əlamət və proseslərin təkrarlanma qaydası pozulur. E.Hekkel güman edirdi ki, bütöv filogenetik mərhələlər ontogenezdə ardıcıl təkrarlanır və bunun sayəsində növün tarixi inkişafının gedişini yenidən yaratmaq olar.

Digər lüğətlərdə

алия́ белоко́рый вы́порок доскреба́ть жизнера́достность засо́льщик мени́ск нейрастени́ческий непарла́ментский подки́дывать уко́кать вёрстка всамде́лишно дистре́ссовый окулиро́вка blackshirt lock-master monocotyledon petroleum ship глазастый драть жирный поплёвывать развязать саксаул