Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fiziologiya
Fiziologiya (yunan dili φύσις — təbiət və λόγος — bilik sözlərinin birləşməsindən əmələ gəlmişdir) — müxtəlif səviyyəli bioloji sistemlərin fəaliyyəti və tənzimlənməsi, həyati proseslərin normadakı sərhədlərini (bax: normal fiziologiya) və onlardan kənaraçıxmaları (bax: patofiziologiya) öyrənən elm. Fiziologiya canlı orqanizm və onun həyat fəaliyyəti haqqında olan elmdir. Fiziologiya canlı orqanizmin fəaliyyətlərinin icra mexanizmini açmaqla, onlar arasındakı əlaqəni, təkamülünü və fərdi inkişaf proseslərini öyrənir. Fiziologiyanın öyrənmə obyekti canlı orqanizmdir. Bioloji elmlərə aid olub, bütöv orqanizmin və onu təşkil edən orqan, toxuma və hüceyrələrin struktur elementlərinin həyat fəaliyyətinin, bu fəaliyyətin səbəb və mexanizmlərini müəyyən etməklə orqanizm ilə xarici mühit arasındakı əlaqəni öyrənir. Fiziologiyanın iki sərbəst elm sahəsindən ibarətdir: Bitki fiziologiyası İnsan və heyvan fiziologiyası == Fiziologiyanın inkişaf tarixi == Qədim fiziologiyanın inkişafı – Fiziologiyanın tarixi çox qədimdir. Onun əsasını eramizdan əvvəl Çində, Hindistanda, Yunanistanda və s. yaşamış filosoflar və həkimlərin anatomiyası və fiziologiyaya aid bəzi təsəvvürləri təşkil edir. Eramızdan 400 il əvvəl yaşamış Hipokrat (460–377) təbabətə aid qiymətli məlumatlar vermişdir. O, insanın bədən quruluşunu , kəllənin örtük sümüklərini öyrənmiş , bəzi cərrahi əməliyyatlar aparmış , şişlərin və çıxıqların müalicə üsullarını göstərmişdir.
Avtomatizm (fiziologiya)
Avtomatizm — orqanın və ya ayrı-ayrı hüceyrələrin zahiri səbəblərdən asılı olmayaraq ritmik, dövri və ya qeyri-dövri fəaliyyət qabiliyyəti. Bu, hətta orqanizmdən ayrılmış ürəyin, bağırsaq ilgəyinin yığılması, bəzi epiteli hüceyrələri "kirpikciklərinin" titrəməsi, bitki hüceyrələrində mübadilə proseslərinin dövriliyi, ya da inkişafın daha yüksək pilləsində oyanıcılığa malik hüceyrələr sisteminin fəaliyyətidir. Məsələn, ürək əzələlərində və ya beynin tənəffüs mərkəzində yerləşən sinir hüceyrələri. Avtomatizmin digər forması şərti refleks əlaqələrinin möhkəmlənməsi nəticəsində yaranan passiv, mexaniki sürətdə edilən stereotip hərəkətlər, məsələn, yeriyərkən ətrafların hərəkəti, həmçinin müxtəlif əzələ qruplarını (boyun, bədən, ətraflar) əhatə edən köməkçi hərəkətlər və s. hərəki avtomatizmdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Автоматизм // Большой энциклопедический словарь / Гл. ред. А. М. Прохоров. — 1-е изд. — М. : Большая российская энциклопедия, 1991.
Fiziologiya İnstitutu
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. Abbas Mirzə Şərifzadə küçəsində yerləşir. == Tarixi == AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu 1968-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Fiziologiya sektoru əsasında yaradılmışdır (Azərbaycan SSR Nazirlər Kabinetinin 21 fevral 1968-ci il tarixli 80 saylı qərarı). İnstitutun ilk direktoru akademik Abdulla İsmayıl oğlu Qarayev olmuşdur. Hazırda institut onun adını daşıyır. == Fəaliyyət istiqamətləri == Orqanizmin inkişafının ekoloqo-fizioloji və biokimyəvi əsasları, şərti reflektor fəaliyyəti, analizator funksiyaların neyrofizioloji və neyrokimyəvi mexanizmləri, insan orqanizminin inkişafının və qocalmasının psixofizioloji və neyroendokrin qanunauyğunluqları. Azərbaycanın yüksək uzunömürlülük indeksinə malik olan regionlarında uzunömürlülərin tibbi-bioloji tədqiqi; Təbii mənşəli heroprotektorların fizioloji və biokimyəvi proseslərə təsiri; Prenatal ontogenezin müxtəlif dövrlərində stres faktorların təsirinə məruz qalmış baş beynin strukturlarında energetik mübadiləni tənzimləyən fermentlərin postnatal ontogenezdə fəallığının öyrənilməsi; Ağır metalların balıqların və siçovulların fizioloji göstəricilərinə təsiri; Sensor mərkəzlərin inkişafına hipoksiya və hipokineziyanın təsiri; Кütləvi istifadə edilən qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmalarının inkişafda olan orqanizmin redoks-homeostazına təsirinin öyrənilməsi; Sinir proseslərinin plastiki təminatinda monoaminergik sistemin iştirakının neyrofizioloji aspektləri; Qidanin zülal tərkibinin dəyişməsi fonunda toxumaların morfofunksional plastikliyi; Baş beyində strukturlararası qarşılıqlı əlaqələrin, sosial və şərti-reflektor davranışların və hüceyrələrin differensiasıyanın neyrofizioloji və neyrokimyəvi tədqiqi; Normada və müxtəlif funksional vəziyyətlərdə olan baş beynin inteqrativ sistemlərinin yaş xüsusiyyətləri; Tamamlanmış elmi-tədqiqat işlərinin araşdırılması, innovativ əhəmiyyətli nəticələrin üzə çıxarılması və təqdim edilməsi.
Sekresiya (fiziologiya)
Canlılarda ifrazat — Canlıların qəbul etdiyi iri molekullu üzvi qida maddələri mərhələlərlə parçalanır. Alınan maddələrin bir qismi orqanizmin hüceyrələrinin qurulmasında iştirak edir. Digər qismi isə energetik mübadilə nəticəsində tam parçalanır və bu zaman enerji ayrılır. Parçalanma məhsullarının bəziləri orqanizmə lazım olmur, hətta onların bir qismi zərərli məhsullara çevrilir, Orqanizm belə məhsulları necə xaric edir. Canlılarda ifrazat orqanları fərqlidir. Bütün onurğalı heyvanlarda ifrazat orqanları böyrəklərdir. Qədimdən böyrəklərin ifrazat məhsullarını xaric etdiyi məlum olsa da, onların iş mexanizmi çox sonralar öyrənilmişdir. Yaşadıqları mühitdən asılı olaraq, onurğalıların ifrazat orqanların quruluşunda fərqliliklər yaranmışdır. Hətta şirin su və duzlu suda yaşayan balıqların belə ifrazat orqanlarının quruluşunda fərqli xüsusiyyətlərə rast gəlinir. Bunun nəticəsində orqanizmlər öz daxili maye mühitlərini sabit saxlayır.
AMEA Fiziologiya İnstitutu
Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. Abbas Mirzə Şərifzadə küçəsində yerləşir. == Tarixi == AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu 1968-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Fiziologiya sektoru əsasında yaradılmışdır (Azərbaycan SSR Nazirlər Kabinetinin 21 fevral 1968-ci il tarixli 80 saylı qərarı). İnstitutun ilk direktoru akademik Abdulla İsmayıl oğlu Qarayev olmuşdur. Hazırda institut onun adını daşıyır. == Fəaliyyət istiqamətləri == Orqanizmin inkişafının ekoloqo-fizioloji və biokimyəvi əsasları, şərti reflektor fəaliyyəti, analizator funksiyaların neyrofizioloji və neyrokimyəvi mexanizmləri, insan orqanizminin inkişafının və qocalmasının psixofizioloji və neyroendokrin qanunauyğunluqları. Azərbaycanın yüksək uzunömürlülük indeksinə malik olan regionlarında uzunömürlülərin tibbi-bioloji tədqiqi; Təbii mənşəli heroprotektorların fizioloji və biokimyəvi proseslərə təsiri; Prenatal ontogenezin müxtəlif dövrlərində stres faktorların təsirinə məruz qalmış baş beynin strukturlarında energetik mübadiləni tənzimləyən fermentlərin postnatal ontogenezdə fəallığının öyrənilməsi; Ağır metalların balıqların və siçovulların fizioloji göstəricilərinə təsiri; Sensor mərkəzlərin inkişafına hipoksiya və hipokineziyanın təsiri; Кütləvi istifadə edilən qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmalarının inkişafda olan orqanizmin redoks-homeostazına təsirinin öyrənilməsi; Sinir proseslərinin plastiki təminatinda monoaminergik sistemin iştirakının neyrofizioloji aspektləri; Qidanin zülal tərkibinin dəyişməsi fonunda toxumaların morfofunksional plastikliyi; Baş beyində strukturlararası qarşılıqlı əlaqələrin, sosial və şərti-reflektor davranışların və hüceyrələrin differensiasıyanın neyrofizioloji və neyrokimyəvi tədqiqi; Normada və müxtəlif funksional vəziyyətlərdə olan baş beynin inteqrativ sistemlərinin yaş xüsusiyyətləri; Tamamlanmış elmi-tədqiqat işlərinin araşdırılması, innovativ əhəmiyyətli nəticələrin üzə çıxarılması və təqdim edilməsi.
Fiziologiya İnstitutu (Azərbaycan)

Fiziologiya və tibb üzrə Nobel mükafatı
Nobel Tibb və Fiziologiya mükafatı — tibb və fiziologiya sahəsində yüksək elmi nailiyyətlər əldə etmiş, kəşflərə imza atmış alimlərə təqdim edilən mükafat
Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatı
Nobel Tibb və Fiziologiya mükafatı — tibb və fiziologiya sahəsində yüksək elmi nailiyyətlər əldə etmiş, kəşflərə imza atmış alimlərə təqdim edilən mükafat
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı
Nobel Tibb və Fiziologiya mükafatı — tibb və fiziologiya sahəsində yüksək elmi nailiyyətlər əldə etmiş, kəşflərə imza atmış alimlərə təqdim edilən mükafat
Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir. Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər. Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. 1901-ci ildə Behrinqə verilən mükafat məbləği 150.782 isveç kronu idi, bu məbləğ 2008-ci ilin dekabr ayında 7.731.004 isveç kronuna bərabər idi.
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı