Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fotojurnalistika
Fotojurnalistika — yeni bir xəbər hekayəsini anlatmaq üçün şəkillərdən istifadə edən jurnalistikanın xüsusi bölməsi. İndiki dövrdə terminin adətən yalnız hərəkətsiz təsvirlərə istinad etdiyi başa düşülür, lakin bəzi hallarda bu termin həmçinin teleradio jurnalistikasında istifadə olunan videoya da aid edilir. Fotojurnalistika fotoqrafiyanın bu sahəyə yaxın olan digər qollarından sərt bir etik çərçivəylə işin dürüst, qərəzsiz olmasını tələb etməsi və hekayəni ciddi jurnalistika şərtləri daxilində anlatması ilə fərqlənir. Fotojurnalistlər xəbər mediasına töhfə verən şəkillər yaradır və cəmiyyətlərin bir-biri ilə əlaqə yaratmalarına kömək edir. Onlar ətraflarında baş verən hadisələrdən daim və tez bir şəkildə xəbərdar olmalıdırlar. Fotojurnalistlər xəbərləri həm dolğun, həm də əyləncəli şəkildə və yaradıcı formatda çatdırırlar. Bir yazıçı kimi, fotojurnalist də müxbirdir, ancaq çox vaxt sərt maneələrlə üzləşərkən o, ani qərarlar qəbul etməli və foto avadanlıqları daşımalıdır. == Tarixi == === Müharibə fotoqrafiyasının yaranması === Xəbər hekayələrini fotoşəkillərlə təsvir etmək təcrübəsi 19-cu əsrin ortalarında çap və fotoqrafiyada baş verən yeniliklərlə mümkün oldu. 1806-cı ildə "The Times" qəzetində çap olunmuş Lord Horatsio Nelsonun dəfn mərasimi kimi ilkin təsvirlər qəzetlərdə meydana çıxsa da, ilk həftəlik illustrasiyalı qəzet 1842-ci ildə çap edilmiş "Illustrated London News" (ILN) idi. Burada təsvirlər oyularaq çap edilmişdi.