Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fright Night
Fright Night - Moskvada yaradılan, rusiya rok qrupu.
Fight Club
Döyüş klubu (ing. Fight Club) — Çak Palanikin romanının motivləri əsasında Devid Finçerin çəkdiyi triller. Film 1999-cu ildə ABŞ-də çəkilib. "IMDb versiyasına görə ən yaxşı 250 film" reytinqinə əsasən "Döyüş klubu" siyahıda dünyanın ən yaxşı filmləri sırasında 10-cu yeri tutur. Film həmçinin "Ölməzdən əvvəl baxılmalı 50 film" siyahısına daxildir. İlk əvvəl filmi çəkən şirkətə Finçerin əsəri xoş gəlmir və marketinq kampaniyası üçün ayrılmış büdcə, mümkün itkilər studiyaya güclü zərbə endirməsin deyə kəsilir. "Döyüş klubu" studiyanın ümidlərini doğrultmur və tənqidçilər tərəfindən polyar rəylər qazanır. Buna baxmayaraq film 1999-cu ilin ən mübahisəli və ən çox müzakirə edilən filminə çevrilir. Bir çoxları filmin ABŞ siyasi həyatında baş verən dəyişikliklər dövründə meydana çıxdığını və güclü novator stilinə malik olduğunu qeyd edirlər. İlk əvvəl gəlir gözləniləndən çox aşağı olmasına baxmayaraq, Döyüş klubu sonrakı illərdə buraxılan DVD relizlər hesabına ən uğurlu kommersiya filmlərindən birinə çevrilir.
Final Fight
Final Fight (yap. ファイナルファイト, azərb. Final döyüşü‎) - Capcom oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Oyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. İlk dəfə "Final Fight" oyunu "Street Fighter" oyununun davamı kimi buraxılacaq və adı "Street Fighter '89" olmalı idi. Lakin oyunun janrı və mövzusu fərqli olduğundan, oyuna "Final Fight" adı verildi. == Hekayə == Baş qəhrəman Haqqar "Metro Citi"nin bələdiyyə başçısı olan köhnə bir güləşçidir. Haqqarı öz mənfəətləri istiqamətində istifadə etmək istəyən qanqster Belqer və adamları, qızı Cessikanı qaçırırlar. Haqqar qanqsterlərin istəklərini qəbul etmir və Cessikanın dostu Kodi və Cessikanın qardaşı Geyin köməyiylə qurtarma əməliyyatına girişirlər.
J.E.Wright
Corce Eduardo Rayt (isp. Jorge Eduardo Wright; 20 aprel 1922, Buenos Ayres – 4 yanvar 2005) — Argentina mikoloqu. == Elmi fəaliyyəti == Corce Eduardo Rayt mikologiya üzrə ixtisaslaşmışdır. == Əsərləri == E.O. Albertó., B.E. Lechner, J.E. Wright. 2004. The genus Pleurotus in Argentina. Mycologia 96 ( 4 ): 849 - 857 B.E. Lechner, J.E. Wright, E.O. Albertó. 2005. The genus Pleurotus in Argentina: mating tests. Sydowia 57 ( 2) : 233 - 245.
Top Right Group
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir.2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi. Verilənlər bazası biznesinin adı dəyişdirilərək "4C Group", tədbirlər bölməsi isə "I2i Events Group" adlandırılmışdır.
Electronic flight instrument system
EFIS (ing. Electronic flight instrument system, pilotaj cihazlarının elektron sistemi). Hava naviqasiyası məsələləri üçün təyyarənin kabinəsində stasionar şəkildə quraşdırılır. Uçuş məlumatlarına elektromexaniki nəzarət texnologiyasını əvəz edən ilk tam rəqəmsal sistemlərdən biridir. 1980-ci illərin sonlarından Boeing və Airbus təyyarələrində quraşdırılır. Ümumiyyətlə iki uçuş displeydən (PFD) və iki çoxfunksiyalı displeydən (MFD) ibarətdir. Cari onillikdə maye kristallik displeylər şüa borularını (ELT) istifadə edən uçuş cihazlarının əvvəlki nəsilini dəyişmişdir. Bu gün EFIS elektron uçuş-informasiya sistemlərinin müasir dünya nümunəsi kimi tanınır. Daxili sistem uçuş və naviqasiya məlumatlarını göstərmək üçün nəzərdə tutulmuşdur. Bu elektron-kompüter vasitəsi bir çox sensorlar sayəsində fəaliyyət göstərir.
Uncharted: Fight for Fortune
Uncharted: Fight for Fortune — 2012-ci ilin dekabrın 4-də satışa çıxarılan oyun, Uncharted seryasına əsaslandırılmış bir sıra əsaslı strategiya kart oyunudur. Oyun, iki oyunçunu seriyadaki obrazları təmsil edərək bir-birlərinə qarşı döyüşdürür. Oyunçular qarşı tərəfi məğlub etmək üçün kart dəstələrindən istifadə edirlər. Oyun, Uncharted: Golden Abyss ilə əlaqə quraraq, oyundakı irəliləmələrinə və qazanmış olduqları kuboklara əsaslanaraq oyunçuların yeni kartlar qazanmağına imkanı verir. Əsas oyundan olan kartlar Uncharted: Drake’s Fortune, Uncharted: Golden Abyss və Uncharted: Indra'nın Gözü'ndən gəlir. PlayStation Network'da Uncharted 2: Among Thieves və Uncharted 3: Drake’s Deception-dan kartlar əlavə etmək üçün iki genişlətmə paketi hazırlandı. == Qəbulu == Uncharted: Fight for Fortune satışa çıxarıldıqdan sonra müsbət fikirlərlə qarışdı. Destructoid jurnalisti Kris Karter oyunun 7.5 / 10 verərək, "Təməlində, Uncharted: Fight for Fortune, Magic: The Gathering-ın elementlərini daşıyan, sadələşdirilmiş bir vəsait rəhbərliyi oyunudur" dedi. Metacritic-də oyun 25 şərh ilə hesablandıqdan sonra 67/100 bal aldı, yəni qısaca oyun "qarışıq və orta baxış" aldı.
Der Werwolf: The Annals of Veight
Der Werwolf: The Annals of Veight (azərb. Qurd adam: Veyt salnamələri‎) və ya Yaponiyada tanınan adı ilə Jinrou e no Tensei, Maou no Fukukan (人狼への転生、魔王の副官, azərb. Qurd adama çevrilmə, Demon lordunun düşərgəsi‎) – Nishieda-nın rəssamlığı ilə Hyougetsu tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata qurd adam kimi dirilən Veyt adlı personajdan bəhs edir. Hyougetsu ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Earth Star Entertainment 2015-ci ilin noyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 7 cildi buraxılmışdır. Bundan əlavə, iki manqa adaptasiyası istehsal olunmuşdur. J-Novel Club ranobeni ingilis dilinə tərcümə edərək saytında yayımlamışdır. == Məzmun == Qurd adam kimi yenidən dirilən Veyt Demon lordunun üçüncü alayına vitse-komandir titulu ilə komandanlıq edir.
Märchen der Werwolf - The Annals of Veight
Der Werwolf: The Annals of Veight (azərb. Qurd adam: Veyt salnamələri‎) və ya Yaponiyada tanınan adı ilə Jinrou e no Tensei, Maou no Fukukan (人狼への転生、魔王の副官, azərb. Qurd adama çevrilmə, Demon lordunun düşərgəsi‎) – Nishieda-nın rəssamlığı ilə Hyougetsu tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata qurd adam kimi dirilən Veyt adlı personajdan bəhs edir. Hyougetsu ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Earth Star Entertainment 2015-ci ilin noyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 7 cildi buraxılmışdır. Bundan əlavə, iki manqa adaptasiyası istehsal olunmuşdur. J-Novel Club ranobeni ingilis dilinə tərcümə edərək saytında yayımlamışdır. == Məzmun == Qurd adam kimi yenidən dirilən Veyt Demon lordunun üçüncü alayına vitse-komandir titulu ilə komandanlıq edir.
Freqat
Freqat ( it. frigata ) — qaleranın bir növü olub, Aralıq dənizinə məxsus, sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi.