Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vroom-un gözlənti teoriyası
Vroom- un gözlənti teoriyasına əsasən bir işçi ona verilən tapşırığı yerinə yetirdikdə, onların fikirlərinə aşağıdakılar təsir edir: Tapşırığı yerinə yetirmə ehtimalı Tapşırığı yerinə yetriməyin mümkün nəticəsi Gözlənti teoriyasına görə fərdlər özlərinə xeyir verəcək və ya zərəri azaldacaq fəaliyyətləri seçirlər. Bu teoriyaya əsasən “məqsəd” fərdlər üçün önəmli deyildir, əksinə həmin məqsədə çatanda, önəmli olan çatdıqları məqsədin onlar üzərində formalaşdırdığı təsirdir. İşçilərin fikirlərinə təsir edən faktorlar: Vroom-un gözlənti teoriyasına görə fikirlər aşağıdakı faktorlar tərəfindən təsir altına düşür: Gözlənti – Fərd özü tapşırığı yerinə yetirə biləcəyinə inanır? Dəyərlik – Tapşırığı yerinə yetirdiyi təqdirdə fərd üçün xeyir və ya zərərli olacağını anlayır? İnstrumentallıq – Tapşırığı yerinə yetirərkən fərd tərəfindən tapşırığın arzulanan nəticəyə çatmasının ehtimalı nə qədərdir? Gözlənti (Subyektiv Ehtimal) Gözlənti bir fərdin tapşırığı yerinə yetirəcəyi ilə bağlı inancıdır. Buna təsir edən bir sıra faktorlar: – Tapşırıq üçün ehtiyac olunan bacarıqlar – Həmkar və rəhbərlərin dəstəyi – Təchizat və ləvazimatlar – Uyğun informasiyaya çıxış Gözləntiyə təsir edən faktorlardan biri də əvvəlki iş təcrübəsidir. Əgər əvvəlki təcrübələrdə tapşırıq uğurla yerinə yetirilibsə, gözlənti yüksək olacaqdır, əgər əksi olmuçdursa, o zaman gözlənti aşağı olacaqdır. Dəyərlilik (Şəxsi Xeyir/Şəxsi Zərər) Dəyərlilik – bir işçinin tapşırığı yerinə yetirdikdə, onun nəticəsinin hansı səviyyədə bilməsini ölçür. Əgər tapşırığı yerinə yetirmə, fərd tərəfindən arzuladığı nəticə verirsə, o zaman dəyərlilik pozitiv olur.
Adaptiv gözləntilər
Adaptiv gözləntilər (ing. adaptive expectations theory) — iqtisadi göstəricilərlə bağlı gözləntilərin formalaşması prosesini təsvir edən makroiqtisadiyyat konsepsiyası. Adaptiv gözləntilər bu göstəricilərin keçmişdəki müşahidələrinə əsasən formalaşır. Məsələn, keçmişdə inflyasiya səviyyəsinin sistematik olaraq qiymətləndirilməməsi faktı gələcəkdə inflyasiyanın qiymətləndirilməsinə təsir göstərir. Əvvəllər mövcud olan makroiqtisadi modellər iqtisadiyyatda ya işsizliyin, ya da inflyasiyanın ola biləcəyini düşünürdü, lakin hər iki fenomen eyni vaxtda baş verə bilməzdi. Keçən əsrin 50-60-cı illərində empirik tədqiqatlar əsasında iqtisadçılar yeni bir əlaqənin mövcud olduğunu təsdiqlədilər və bu əlaqələr Fillips əyrisi kimi tanınmağa başladı: inflyasiya ilə işsizlik arasında sabit və proqnozlaşdırıla bilən bir tərs əlaqə var. p e = p − 1 e + λ ( p − p − 1 e ) {\displaystyle p^{e}=p_{-1}^{e}+\lambda (p-p_{-1}^{e})} burada λ {\displaystyle \lambda } 0 ilə 1 arasındadır. Bu, gələcək inflyasiya ilə bağlı cari gözləntilərin keçmiş gözləntiləri və cari gözləntilərin həqiqi inflyasiya ilə əvvəlki gözləntilər arasındakı fərqə uyğun olaraq artdığı (və ya düşdüyü) "səhv düzəldilməsi" ifadəsini əks etdirdiyini göstərir. Bu səhv düzəlişinə "qismən düzəltmə" də deyilir. Fillips əyrisi işsizlik və inflyasiya arasında sabit bir əlaqənin mövcudluğunu göstərir.
Rasional gözləntilər
Rasional gözləntilər nəzəriyyəsi (ing. Rational expectations theory) (qısaca — RGN) — əslən 1961-ci ildə Con F. Mut tərəfindən yaradılan və 1970-ci illərin ortalarında Robert Lukas tərəfindən inkişaf etdirilən (Lukas 1995-ci ildə İqtisadiyyat üzrə Nobel Mükafatına layiq görülmüşdür) habelə Kristofer Sims və Tomas Sarcent (Nobel mükafatına layiq görülmüşlər) İqtisadiyyatda "makroiqtisadiyyatda səbəb əlaqələrinin empirik bir araşdırması üçün") tərəfindən də inkişaf etdirilmişdir . Rasional gözləntilər nəzəriyyəsi adaptiv gözləntilər nəzəriyyəsindən fərqli olaraq inkişaf etdirilmişdir. Əsas fikir ondan ibarətdir ki, iqtisadi subyektlər gözləntilərin yalnız tədricən (asimptotik) dəyişikliklərə uyğunlaşdıqları adaptiv gözləntilər modelindən fərqli olaraq, mövcud olan bütün məlumatları istifadə edir və proqnozlarında (gözləntilərində) sistematik səhvlər etmirlər. Rasional gözləntilər nəzəriyyəsində gözləntilərin formalaşması modeli reallıqla ziddiyyət təşkil edir və təsdiqlənən proqnozlar verməyə imkan vermir. == Əsas yanaşmalar == Nəzəriyyənin banisi John Moot, iqtisadi subyektlərin özlərində mövcud olan bütün məlumatlara sahib olduqlarını və onlardan iqtisadi təsəvvür etdikləri və doğru hesab etdikləri bir iqtisadiyyat modelində iqtisadi prosesi proqnozlaşdırmaq üçün istifadə etdiklərindən, subyektiv də olsa rasional olaraq hərəkət etdiklərindən irəli gəlir. Bu, bazar iştirakçılarının bazar mexanizmləri ilə tanış olduqlarını və qiymət dəyişikliyinə tələb və təklifin reaksiyasını proqnozlaşdırmağı bacardıqlarını göstərir. Rasional gözləntilər nəzəriyyəsi, gözləntilərin rasional gözləntilər nəzəriyyəsinin təklif etdiyi kimi mövcud olan bütün məlumatlara deyil, yalnız keçmişin göstəricilərinin müşahidəsinə əsaslandığı adaptiv gözləntilər nəzəriyyəsinə zidd olaraq inkişaf etdirilmişdir. Adaptiv gözləntilər nəzəriyyəsindəki tarazlıq yalnız asimptotik şəkildə əldə edilir, rasional gözləntilər nəzəriyyəsinin müəlliflərindən biri olan Tomas Sarcentə görə "yeni klassik makroiqtisadiyyatın əsas elementi ümumi tarazlığa sadiq qalmaq və optimallaşdırılmış strateji davranışdır". Rasional gözləntilər nəzəriyyəsi hələ də mübahisəli olaraq qalmaqda olan bir çox iqtisadi və siyasi nəticələrin əsasını təşkil edir.
Pelisterin gözləri
Pelisterin gözləri — bunlar Pelisterin buzlaq mənşəlli gölləridir. Bu iki gölü həmçinin böyük və kiçik göllər olaraq adlandırırlar. Böyük göl 2218 m yüksəklikdə yerləşir. Onun uzunluğu 233 m, eni isə 162 metrdir. Kiçik göl isə 2180 metr yüksəklikdə yerləşir. onun uzunluğu 79 m, eni isə 162 metrdir. Böyük göl 14,5 m, Kiçik göl isə 2,6 m dərinliyə malikdir. Böyük gölün yanında 50–100 yerlik bir dağ evi və gəzinti, dağa dırmanma, dağ velosipedi və idman üçün gözəl terraslar var. Göllərə iki tərəfdən yaxşı işarələnmiş cığır yolu boyunca çatmaq olar. Bir cığır Nizepole kəndindən Lak Potok kəndində və ya Debel Rid ərazisindən xizək liftinədək, digər çığır isə yolsuzluq avtomobili ala biləcəyiniz Molika Oteldən Yorqov-Kamen kəndindən keçir.
Gözlənən fayda nəzəriyyəsi
İqtisadiyyatda oyun nəzəriyyəsi, qərar vermə nəzəriyyəsi, gözlənən fayda nəzəriyyəsi — riyazi gözləntiyə alternativdir, qərar qəbul edərkən rasional oyunçu tərəfindən istifadə edilə bilən düsturdur. == Hipotezanın mənası == Rasional oyunçu — həll seçərkən müəyyən bir dəyəri (yaxşı) maksimuma çatdırmağa çalışır; seçilmiş qərar nəticəsində ortaya çıxan yaxşılığın riyazi gözləntisini belə bir kəmiyyət kimi istifadə etmək təbii görünür. Bununla yanaşı, təcrübə göstərir ki, real həyatda bir çox lotereya iştirakçısı daha az riyazi gözləntiləri olan, eyni zamanda daha az riskli bir həll yolu seçir. Məsələn, 0,2% (riyazi gözləmə 2 rubl) ehtimalı ilə min rubl almaq və ya 100% (riyazi gözləmə 1 rubl) ehtimalı ilə bir rubl almaq seçimi ilə qarşılaşdıqda, bir çox insan daha aşağı riyazi gözləməsinə baxmayaraq zəmanətli bir ödənişə üstünlük verəcəkdir. Bu davranışı təsvir etmək üçün gözlənilən yardım düsturu icad edilmişdir. == Tarixi == 1947-ci ildə Con fon Neyman və Oskar Morgenşternin "Oyun nəzəriyyəsi və iqtisadi davranış" adlı kitabının ikinci nəşri gözlənilən faydalılıq nəzəriyyəsini təqdim edən ikinci nəşri olmuşdur. Yeni nəzəriyyə oyun nəzəriyyəsinə əlavə olaraq ortaya çıxdı. Oyun nəzəriyyəsinin iqtisadiyyatda tətbiq olunmasından bəhs edən kitabın giriş hissəsində müəlliflər iqtisadi nəzəriyyənin əsas müddəalarını ümumiləşdirir və malların faydalılığını qiymətləndirmək üçün yeni bir metod təklif edirlər — burada gözlənilən fayda nəzəriyyəsinin aksiomatikası təqdim edildi. 1948-ci ildə riyaziyyatçı Leonard Sevic və iqtisadçı Milton Fridmen risk münasibətləri nəzəriyyəsini inkişaf etdirdilər. İnsanları iki növə böldülər: riskə qarşı (lotereyaları, qumar oyunlarını, riskli investisiyaları sevənlər) və riskdən çəkinənlər.
Təpələrin gözləri var (film, 1977)
Təpələrin gözləri var (ing. The Hills Have Eyes) — 1977-ci ildə qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. == Məzmun == Ailə Kaliforniya yolu ilə gedən zaman səhvən yeni model təyyarələrin sınaqdan keçirildiyi yerə düşürlər. Bu yoldan keçmək isə digər insanlara qadağandır. Onlar yol ilə gedən zaman qəzaya uğrayırlar. Amma təhlükə hələ qarşıdadır. Onlar yeni sivilizasiyadan xəbəri olmayan insanlarla qarşılaşacaqlar. Bu isə daha sonra qarabasmaya çevriləcəkdir...
Təpələrin gözləri var (film, 2006)
Təpələrin gözləri var (ing. The Hills Have Eyes) — 2006-cı ildə qorxu filmi janrında çəkilən ABŞ filmi. Filmin ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyven və rejissor Aleksandr Ajadır. == Məzmun == Filmin başlanğıcında bir qrup əsgər formasında olan araşdırmaçılar göstərilir. Ancaq ani və səbəbi naməlum bir mutantın hücumu nəticəsində araşdırmaçıların hamısı ölər. Etel Karter və həyat yoldaşı Bob Karter evlilik il dönümlərini qeyd etmək üzrə Kleveland, Ohayodan San Diyeqo, Kaliforniyaya hərəkət edərlər. Bu səfərdə karvan içində qızları Brenda, oğulları Bobbi (Den Bird), böyük qızları Linn (Vinessa Shau), Linninin həyat yoldaşı Douq (Aaron Stenford), ikilinin qız körpələri Katherina və "Gözəl" və "Canavar" adlarıyla bilinən Alman çoban itləri var. Ailə üzvləri ən başda bir benzinlikdə fasilə verər. Burada bəzi qəribə hadisələr yaşadıqdan sonra benzinliyin sahibi olan adamdan yolu soruşarlar. Ancaq yola çıxdıqdan bir müddət sonra yolu itirərlər.
Təpələrin gözləri var 2 (film, 1985)
Təpələrin gözləri var 2 (ing. The Hills Have Eyes 2) — 1985-ci ildə qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. == Məzmun == Cavan qrup heyəti idmana getməyə hazırlaşırlar. Onlar yolda olan zaman səhralıqda bir fermanın olduğunu görürlər. Getdikcə heyət başa düşür ki, onların arxalarıyca kimsə izləyir. Bir müddətdən sonra cavanlar bir-bir yoxa çıxmağa başlayır. Sonradan aydın olur ki, onlar müasir sivilizasiyadan xəbəri olmayan hannibal (adam yeyən) tipinə mənsub insanlardılar... == Maraqlı faktlar == Ues Kreyven etiraf edir ki, bu filmi ona pul lazım olduğu üçün çəkmişdir.
Təpələrin gözləri var 2 (film, 2007)
Təpələrin gözləri var 2 (ing. The Hills Have Eyes 2) — 2007-ci ildə Qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyven və oğlu Conatan Kreyvendir. == Məzmun == İlk filmdə iştirak edən bölgə bu filmin də məkanı olaraq işlənməkdədir. Daha əvvəl nüvə sınaqların edildiyi sahə ilk filmdəki ailənin tragediyası sonrası tamamilə boşaldılmışdır. Ancaq axtarış və idarə işləri üçün kiçik bir elmi və əsgəri qrup burada vəzifəyə davam etməkdədir. Alimlər Nyu-Meksikada mutant varlıqların heç birini tapa bilmirlər. Film ilk filmdən dost olan mutantların əsir götürdükləri insandan uşaq sahibi olmalarının görünüşləri ilə başlayır. Qanlı doğum görünüşləri sonrası bir qrup əsgərin Əfqanıstan dekorasiyalı mühitdə etdikləri manevr görünüşləri gəlir. Daha sonra bu əsgərlər iş məqsədi ilə sərt bir liderliyində məşhur səhraya gedirlər.