rəvac
rə'y
OBASTAN VİKİ
Rəvayət
Rəvayət — bir hadisə, əhvalat haqqında nəsillərdən nəsillərə ağızda dolaşan, mövzusu çox zaman fövqəladə xarakter daşıyan qısa nağıl, hekayə. Rəvayətlərdə uzaq və yaxın dövrün tarixi həqiqətləri özünəməxsusluğu qorumaqla bədii təfəkkürə məxsus konkretliyi qoruyub saxlayır. Rəvayətlər konkret bir hadisəni, faktı əhatə edir və ibrətamiz bir sonluqla bitir. == Növləri == Rəvayətlər 2 cür olur: Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlər. Toponimlərlə (coğrafi ərazilərlə) bağlı rəvayətlər.Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlərə Nuh peğəmbər, Süleyman peyğəmbər, Astiaq, Tomris, Nadir şah, Makedoniyalı İsgəndər, Əmir Teymur və başqa ədəbi-tarixi şəxsiyyətlərin həyatına dair rəvayətləri misal göstərmək olar. Toponimlərlə bağlı "Şuşa", "Qırxqız", "Bayandur", "Qız qalası", "Dadməlik dağı", "Qarı dağı", "Sınıq körpü", "Bibiheybət", "Şuşa", "Xatun arxı" rəvayətləri isə yer adları ilə bağlı yaranmış rəvayətlərdir. Yazıçı və şairlərimiz yaradıcılığında bir çox hekayə, nağıl və poemalarda rəvayətlərdən yararlanmışlar. Cəfər Cabbarlı "Qız qalası", Mikayıl Müşfiq "Çoban", Səməd Vurğun "Aslan qayası" poemalarının, İlyas Əfəndiyev "Qarı dağı" hekayəsinin mövzusunu xalq rəvayətlərindən götürmüşdür. Rəvayətlər nə vaxtsa həqiqətən baş vermiş, lakin ağızdan-ağıza keçərkən ilkin dəqiqliyini, təfərrüatını itirmiş söhbətlərdir. Buna görə də həmişə "rəvayətə görə", "deyilənə görə", "belə rəvayət edirlər ki" ifadələri ilə başlanır..
Azərbaycan rəvayətləri
Azərbaycan rəvayətləri — Azərbaycan xalq nəsrinin formalaşmasında xüsusi yeri olan janrlardan biridir. Azərbaycan ədəbiyyatının bizə gəlib çatmış qədim nümunələri hələ yazıdan xeyli əvvəl, ümumi bədii inkişafın "nisbətən aşağı pillədə", kainat, yaradılmış, həyat haqqında ibtidaimifolji mərhələdə olduğu zamanlarda əsasən şifahi surətdə meydana çıxmışdır.Bu nümunələri əsrlər boyu toplanıb yazıya köçürülməmiş, şifahi şəkildə ağızdan-ağıza nəsildən-nəslə keçərək yaşamışdır. Azərbaycan ədəbiyyatında belə nümunələrdən biri də rəvayətlərdir. Azərbaycan rəvayətləri üç yerə bölünür: Əxlaqi-ibrətamiz rəvayətlər. Toponomik rəvayətlər. Dini rəvayətlərBirinci qrup rəvayətlərdə əsas məqsəd əxlaqi-ibrətamiz keyfiyyətlər aşılamaqdır. İkinci qrup rəvayətlər əsasən yer-yurd (kənd, şəhər, çay, dağ və s.) adları ilə bağlı meydana gələn rəvayətlərdir. Üçüncü qrup rəvayətlərdə də ibrətamiz yekun nəzərə çapdırılır. Onlar içərisində ayrı-ayrı peyğəmbərlər, müqəddəs ocaqlar, axund və qazilər barədə konkret hadisə və faktlara əsaslanan rəvayətlər vardır.

Digər lüğətlərdə

консолида́ция поража́юще расселя́ться щу́пальный касса́тор одрябле́ть паца́ничий пра́чкин срисо́вывание сыро́й удостове́риться колодник тябушить aerial tramway amen corner beech disgrace fondant locomotiveness stoving вытрясать геоцентризм приверженный фанатик эскимо