Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gülümey
Gülümey– folklor janrı. Adətən toy və el şənliklərində ifa olunan qədim mahnı-oyundur. Dil yallısı oyunu da adlanır. Naxçıvan bölgəsi üçün səciyyəvi olan və əsasən xınayaxdı mərasimlərində ifa olunan bu oyunda qız-gəlinlər hər bəndi dörd misralı və bütün misralarının sonunda "gülümey" sözü təkrarlanan mahnı oxuyurlar. == Mənbə == Naxçıvan Ensiklopediyası, 2 cilddə. I cild, İstanbul:Bakanlar Medya, 2005. == İstinadlar == == Dil yallısı == Gülümey Naxçıvan Muxtar Respublikasının bəzi regionlarında, əsasən Şərur rayonunda, həmçinin Ermənistanın vaxtilə azərbaycanlılar yaşayan bölgəsində ifa olunan halay xarakterli rəqs nümunəsidir. Rəqs zamanı oxunan sözlər bayatı qəlibində qurulur, ənənəvi bayatılardan fərqli olaraq hər misranın sonunda “gülüm hey” rədifi işlənir. Rəqsin adı da buradan götürülüb. Naxçıvan ərazisində bu rəqs nümunəsi “gülümay”, “gülməyi”, “a gülüm hey” adları ilə tanınır.